Aqqtelek Milli Parkı

Aqqtelek Milli Parkı (ing. Aggtelek National Park, mac. Aggteleki Nemzeti Park) — Şimali Macarıstanda, Aqqtelek Karst regionunda yerləşən milli park. Milli parkın ən əhəmiyyətli təbiət nümunələrinə xüsusi səth quruluşları və əhəngdaşı landşaftında olan mağaralar daxildir.[1]

Aqqtelek Milli Parkı
mac. Aggteleki Nemzeti Park
Aqqtelek Milli Parkı
Aqqtelek Milli Parkı
Sahəsi 198.92 ha
Yaradılma tarixi 1985
Yerləşməsi
48°28′32″ şm. e. 20°29′12″ ş. u.HGYO
Ölkə  Macarıstan
anp.hu/hu
Aqqtelek Milli Parkı xəritədə
Aqqtelek Milli Parkı
Aqqtelek Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli park müxtəlif ölçüdə olan 280 mağaradan ibarətdir.[1] Ümumi sahəsi 198,92 km² əhatə edir ki, bunun 39,22 km²-i xüsusi mühafizə edilir. Avropanın ən böyük stalaktit mağarası bu sahədə yerləşir: Baradla mağarası (26 km uzunluğundadır, 8 km hissəsi Slovakiyanın sərhədlərinə daxildir və Domiça adlanır). Mağaranın bəzi hissələrinin müxtəlif məqsədlər üçün istifadə olunur. Məsələn, Sülh mağarasında astma xəstəsi olan insanları müalicə etmək üçün sanatoriya fəaliyyət göstərir.

Mağara haqqında ilk yazılı sənədlər 1579-cu ilə aiddir. 1920-ci ildən bəri bu mağara turistləri ən çox cəlb edən məkanlardan biri kimi tanınır. Aqqtelek milli parkı 1985-ci ildə yaradılmışdır. 1995-ci ildən Slovakiyanın Karst mağaraları ilə birlikdə Aqqtelek milli parkı YUNESKO-nun Dünya İrsinin bir hissəsi olmuşdur.[1]

Aqqtelek milli parkında ləkəli salamandra, qusul atı, adi sar, Avropa çılpaqgözü, nəcib maral, adi vaşaq, adi canavar, çöldonuzu, kəkilli arıquşu, adi bonazi tetrası, adi balıqçıl, Maxaon (kəpənək) və s. kimi heyvanlara rast gəlmək mümkündür.

  1. 1 2 3 Experience? Naturally! (1). Budapest: Ministry of Rural Development. May 2014. səh. 14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]