Qusul atı[1][2], həmçinin Qusulik[3] və ya Qusul — Dağ şəraitinə uyğunlaşmış ev at cinsi[4]. Bu atlar əsasən Karpat dağları ərazisində və Şərqi Avropa ölkələrində yetişdirilir və dünya genefondu hesab edilir[5]. 1979-ci ildə Qusul atı relikt növ statusu elan edilmiş və qorunma statusu almışdır.
Qusul atı | |
---|---|
Hucul pony | |
| |
Cinsin istiqaməti | minik, qoşu |
Ölçüləri | 139 - 145 sm |
Rəngi | Boz, küll və pass rəngli |
Yetişdirildiyi yer | Şərqi Avropa |
Arealı | Şərqi Avropa |
Vikianbarda əlaqəli mediafayllar |
Bu ad qusullarla bağlıdır[6][7]. Ukraynların etnik qrupu olan qusullar əsasən İvano-Frankov, Çernovis vilayətləri və Zakarpat vilayətinin Raxovski rayonu ərazilərində yaşayırlar.
Atlar elə də hündür olmurlar. Erkəklərin orta hündürlüyü 139 - 145 sm, dişilər isə 137 - 142 sm olur. Sinəsi geniş və enlidir. İri gözlərə və kiçik qulara sahibdir. Güçlü beli və əzələli boynu vardır. Boz, küll və pass rəngli, qaramtıl olurlar. Dırnaqları kiçik və möhkəm olur. Bu səbəbdən nala ehtiyac duymur.
Bu atların törənməsi Tarpanla bağlanılır. Bununla belə bəzi alimlər onların Ərəb atlarından törənməsidi düşünürlər. Digər fərziyyəyə görə Qusul atlarının əcdadı Roma imperiyasında yetişdirilən atlardır[8].
Qusul atları olduqca sakit və sözə baxandırlar. Onlar həm minik vastəsi həm də qoşqu kimi istifadə edilə bilir. Onlar hətta təcrübəsiz çaoarlara qarşı belə sakitdirlər.
Qusul atları haqqında ilk məlumat XIII əsrə aiddir. Ukraynada bu atlar haqqında ilk yaxılı məlumat 1603-ci ildə çap olunan «Qippika» kitabında verilir.
1856-ci ildə Radoves at zavodundan bir qədər aralıda Lusina at zavodu inşa edilir. Bu zananlar Karpat dağları Avstriya-Macarıstan imperiyasının ərazisinə daxil idi. İkinci Dünya müharibəsi Qusul atlarının populyasiyasına ağır zərbə vurmuşdur. Bu zaman Çexdlovakiyada cəmi 300 başa qədər Qusul atı qalır.
Şərqi Avropa ölkələrində bu cins atlar at idmanı[9][10][11], kənd təsərrüfatı[12], turizm[13] və Hippoterapiya məqsədi ilə istifadə edilir.