Aqraxan körfəzi

Aqraxan körfəzi — körfəz Xəzər dənizinin qərb sahillərində yerləşir. Dənizdən Aqraxan yarımadası ilə təcrid olunur. Körfəz girəcəkdən cənuba doğru 40 km uzunluğa malikdir. Eni bir necə yüz metrdən 10 km-lərə qədərdir. Dərinliyi 4 metrdir. Körfəzin şimalına doğru suyu şorlaşır. Körfəzə axan ən iri çay Terekdir

Aqraxan körfəzi
rus. Аграханский залив
Ümumi məlumatlar
Tip Körfəz
Sahəsi ≈ 160 km²
Orta dərinliyi 3-4 m
Yerləşməsi
43°40′32″ şm. e. 47°29′02″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Aqraxan körfəzi xəritədə
Aqraxan körfəzi
Aqraxan körfəzi
Aqraxan körfəzi (Dağıstan)
Aqraxan
körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaxtı ilə körfəz olduqca dərin olmuşdur. Buna sübut I Pyotrın İran yürüşü zamanı gəmilərlə körfəzin cənubuna maneəsiz irəliləməsi və burada Müqəddəs Xaç qalasını inşa etdirməsidir.

Körfəzdə və ətraf ərazilərində relik bitkilərə rast glmək olar. Suları balıqlarla zəngindir. Burada hətta «Dağıstan» adlı balıq ovu düşərgəsi vardır. Ərazisi «Aqraxan» yasaqlığı ərazisinə daxildir. Suların kənarlarında 200 quş qonaq olur.