Aqraxan yarımadası

Aqraxan yarımadası [1] (və ya, Üç-Kosa) — Alçaq yarımada olaraq Xəzər dənizinin Dağıstan sahillərində yerləşir. Terek çayının tarixi deltasında meydana gələn yarımada. İnzibati cəhətdən Mahaçqala şəhəri inzibati sovetliyinə daxiıdir.

Aqraxan yarımadası
Ümumi məlumatlar
Sahəsi 212 km²
Ən yüksək nöqtəsi 308 m
Yerləşməsi
43°20′00″ şm. e. 47°16′00″ ş. u.HGYO
Akvatoriya Xəzər dənizi
Ölkə  Rusiya
Aqraxan yarımadası xəritədə
Aqraxan yarımadası
Aqraxan yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yarımadanın sahəsi 212 km², uzunluğu 50 km, eni isə 8 km təşkil edir. Ən hündür nöqtəsi Xəzərdən 10 metr yüksəklikdə yerləşir. Qərbdən Aqraxan körfəzinin suları ilə yuyulur.

Düynlər və şoranlıqlar ərazisinin böyük hissəsini əhatə edir. Əsasən yarımsəhra bitkiləri geniş yayılıb. Güçlü küləklər əsir.

Yarımada boyunca vaxtı ilə mövcud olan Sulak Lopatin dəmir yolunun qalıqlarına rast gəlmək olar. Ərazisi balıq ovu, turislərin dincəlmə yeri kimi məşhurdur. Üstəlik qaramalın otlaq yeri kimi istifadə edilir.

Yarımadanın şimalında Çeçen adası yerləşir. Adadan eyni adlı boğazla ayrılır.

  1. "Dagestan Reserve". 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-01.