Aqrofizika

Aqrofizika kənd təsərrüfatı bitkilərinin istehsalına və emalına təsir edən amilləri öyrənən elmdir.

Aqrofizika və ya aqronomik fizikabitkilərin xarici mühit şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat metodlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs edən elm. Bir neçə bölmədən ibarətdir: torpaq fizikası (torpağın bərk fazasının fizikası, torpağın hidrofizikası, torpağın istilik fizikası, torpağın qaz fazasının fizikası); yerüstü havanın fizikası (aerodinamik, radiasion və s. parametrlər); bitki biofizikası (bitkilərin işıq fiziologiyası, bitkilərin radiobiologiyası); bitkilərin vegetasiya müddətini azaltmaq və məhsuldarlığını artırmaq məqsədi ilə onların mühit şəraitinin tənzim edilməsi qaydaları və vasitələri.

Azərbaycanda aqrofizikanın müxtəlif məsələləri ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin biologiya-botanika bölmələrində öyrənilir.[1]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Aqrofizika müasir təbiətşünaslığın, xüsusilə fizikabiofizikanın, həmçinin elektronikanın, yarımkeçiricilər, polimerlər və plastik kütlələr fizikasının nəzəri nailiyyətləri əsasında inkişaf edir.[1]

Xarici mühit şəraitinin qiymətləndirilməsində və bitkilərin mühitlə (su və istilik rejimi, qaz mübadiləsi və s.) qarşılıqlı əlaqəsində baş verən fiziki proseslərin tədqiqində aqrofizika biologiyasının müasir eksperimental metod, vasitə və cihazlarından (vegetasiya və tarla metodları, yarımkeçiricilər, elektron aparatları, radioaktiv şüalanma və s.) istifadə edir. Aqrofizika sahəsindəki tədqiqatlar böyük praktiki əhəmiyyətə malikdir. Torpaq rütubətinin saxlanmasına dair mövcud aqroqaydaların təkmilləşməsi və yeni qaydaların işlənib hazırlanmasında, ən yaxşı səpin üsullarının, becərmə sürətinin müəyyən edilməsində və s.-də aqrofizika tədqiqatlarınn nəticələrindən istifadə edilir. Aqrofiziki təfqiqatlar əsasında bitkilərin işıq kulturasına dair işlənib hazırlanan qaydalar vegetasiya dövrünü qısaldır, tərəvəz məhsulunu artırır. Tərəvəzçilikdə polimer örtüklərdən istifadə, istixanalarda tərəvəz becərilməsi rejiminin avtomatik tənzimi, kənd təsərrüfatı məhsulları və s. saxlanan anbarlarda optimal şəraitin avtomatik sürətdə saxlanması yüksək dərəcədə səmərəlidir.[1]

  1. 1 2 3 Агрофизика // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 92.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Encyclopedia of Agrophysics in series: Encyclopedia of Earth Sciences Series edts. Jan Glinski, Jozef Horabik, Jerzy Lipiec, 2011, Publisher: Springer, ISBN 978-90-481-3585-1
  • Encyclopedia of Soil Science, edts. Ward Chesworth, 2008, Uniw. of Guelph Canada, Publ. Springer, ISBN 978-1-4020-3994-2
  • АГРОФИЗИКА — AGROPHYSICS by Е. В. Шеин (J.W. Chein), В. М. Гончаров (W.M. Gontcharow), Ростов-на-Дону (Rostov-on-Don), Феникс (Phoenix), 2006, — 399 c., ISBN 5-222-07741-1 — Рекомендовано УМО по классическому университетскому образованию в качестве учебника для студентов высших учебных заведений, обучающихся по специальности и направлению высшего профессионального образования «Почвоведение»
  • Scientific Dictionary of Agrophysics: polish-English, polsko-angielski by R. Dębicki, J. Gliński, J. Horabik, R. T. Walczak — Lublin 2004, ISBN 83-87385-88-3
  • Physical Methods in Agriculture. Approach to Precision and Quality, edts. J. Blahovec and M. Kutilek, Kluwer Academic Publishers, New York 2002, ISBN 0-306-47430-1.
  • Soil Physical Condition and Plant Roots by J. Gliński, J. Lipiec, 1990, CRC Press, Inc., Boca Raton, USA, ISBN 0-8493-6498-1
  • Soil Aeration and its Role for Plants by J. Gliński, W. Stępniewski, 1985, Publisher: CRC Press, Inc., Boca Raton, USA, ISBN 0-8493-5250-9
  • Fundamentals of Agrophysics (Osnovy agrofiziki) by A. F. Ioffe, I. B. Revut, Petr Basilevich Vershinin, 1966, English : Publisher: Jerusalem, Israel Program for Scientific Translations; (available from the U.S. Dept. of Commerce, Clearinghouse for Federal Scientific and Technical Information, Va.)
  • Fundamentals of Agrophysics by P. V, etc. Vershinin, 1959, Publisher: IPST, ISBN 0-7065-0358-9

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]