Aqunq vulkanı — İndoneziyanın Bali adasında yerləşən ən aktiv vulkanlardan biri. Bu stratovulkan Bali adasının ən yüksək zirvəsidir. Vulkan həm ətaraf mühitə, həm də iqlimə də təsir göstərir. Bali sakinləri inanırlar ki, Aqunq vulkanı Meru dağının surətidir. Əfsanəyə görə, Aqunq vulkanı ilk hindular tərəfindən Bali adasına gətirilən Meru dağının bir parçasıdır. Bali adasının ən mühüm məbədlərindən biri olan Pura Besakih Aqunq vulkanının yamacından daha yüksəkdə yerləşmişdir. Vulkanın tez-tez buludlarla əhatə olunmasına baxmayaraq, vulkanın zirvəsindən Lambok adasında yerləşən Rincani dağının zirvəsini görmək olar.
Aqunq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Vulkan forması | stratovulkan |
Son püskürmə | 1963-1964-cü illər |
Mütləq hündürlüyü | 3.031 m[1] |
Yerləşməsi | |
8°20′27″ şm. e. 115°30′12″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Ada | Bali |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1963-cü il 18 fevralda yerli sakinlər yüksək partlayış səsləri eşitdilər və Aqunq vulkanın kraterindən yüksələn buludları gördülər. Nəticədə 24 fevralda lava növbəti 20 gün ərzində dağın şimal yamacı boyunca 7 km aşağı axmağa başladı.