Arçelik A. Ş. – Türkiyənin tanınmış əmtəə nişanıdır. 1955-ci ildə Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmış və bu gün Koç Holding qrupunun tərkibinə daxildir.
Arçelik A.Ş. | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Anonim şirkət[d] |
Sənaye | elektron qurğular |
Məhsulu | məişət texnikası |
Təsis tarixi | 1955 |
Baş qərargahın yeri | Türkiyə, İstanbul ,Beyoğlu |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▲ 26,9 Milyard ₺ (2018) |
Xalis mənfəəti | ▲ 856 Milyon ₺ (2018)[1] |
Struktur | |
İşçi sayı | 15 000 nəfər |
Ana şirkət | Koç Holdinq |
Rəhbərlik | |
Təsisçi | Vehbi Koç |
ArcelikAS.Com.Tr | |
Vikianbarda əlaqəli mediafayllar |
1959-cu ildə Arçelik şirkəti özünün ilk paltaryuyan maşınını buraxır. Şirkətin ilk soyuducusu 1960-cı ildə Arçelik zavodunun konveyerindən çıxdı. Zaman keçdikcə Koç məişət texnikasının digər növlərinin də buraxılmasını təşkil etməyə başladı. Artıq 1977-ci ildə bu istehsal növü kütləvi xarakter daşıyırdı. Texnika BEKO brendi altında buraxılırdı və 1983-cü ildə alıcılar arasında geniş yayılmışdı. Arçelik şirkətinin rəhbərləri hesab edirdilər ki, hər zavod müəyyən bir məhsul növündə ixtisaslaşmalıdır. Bununla əlaqədar olaraq 1977-ci ildən etibarən bir sıra fabriklərin tikintisinə başlanıldı. Bir qədər sonra Arçelik şirkəti Türk Demir Döküm şirkəti ilə birgə qızdırıcılar və mətbəx piltələrinin istehsalı ilə məşğul olan Ardem şirkətini yaratdı. 1979-cu ildə İzmirdə tozsoran buraxan zavod fəaliyyətə başladı.
Arçelik şirkətindən başqa Koç Group korporasiyasına 62 minə yaxın işçisi olan 157 şirkət daxildir. Korporasiya maliyyə, turizm, tikinti və energetika ilə məşğul olur. Bu gün BEKO dünya bazarında aparıcı markalardan biridir. Arçelik şirkəti öz alıcılarına müxtəlif məişət texnikasının genış çeşidini təklif edir. Arçelik korporasiyasının ixrac etdiyi bütün malların 80%-i BEKO markasının payına düşür. Şirkətin sərəncamında ildə 6 milyon elektrocihaz buraxan doqquz zavod var. Şirkətin malları daim təkmilləşir və mütləq yoxlamalardan keçir. BEKO texnikası üstün keyfiyyəti ilə seçilir, müasir funksiyalarla təchiz edilmiş və gündəlik həyatı xeyli asanlaşdırır.