Koç Holdinq 1926-cı ildə Vəhbi Qoç tərəfindən qurulmuş holdinqdir . Türkiyənin ilk holdinqi[1] və ölkə üzrə ən böyük özəl təşkilatlardan biri hesab olunur. Holdinqin baş ofisi İstanbulda Üsküdar, Nakkaştəpədə yerləşir.
Koç Holdinq | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | Konqlomerat |
Məhsulu | enerji |
Təsis tarixi | 31 may 1938 |
Baş qərargahın yeri | |
Struktur | |
Tərəfdaşlar | Arçelik, Beko |
Rəhbərlik | |
Təsisçi | |
koc.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Koç Holdinqin tarixi şirkət qurucusu olan Vehbi Koçun 1920-ci illərdə Ankarada ticarət fəaliyyətinə başladığı vaxtlara qədər gedib çıxır. Zaman keçdikcə fəaliyyət sahələrini genişləndirən və 1950-ci illərdə müxtəlif sənaye şirkətləri qurmuş Vehbi Koç qida sənayesindəki uğurlarındansonra elektrik cihazları və avtomobil sektoruna da adım atmışdır.
1963-cü ildə yaratdığı şirkətlərin sayı 25-ə çatdı və qrup yeni təşkilat yaradaraq holdinq statusunu aldı.
Vehbi Koç 1984-cü ildə idarə heyətinin sədrliyini öz oğlu Rəhmi Koça, Rəhmi Koç isə öz növbəsində 2003-cü ildə həmin vəzifəni oğlu Mustafa Koça ötürmüşdür.
Mustafa Koçun vəfatından sonra Koç Holdinq İdarə Heyəti tərəfindən İdarə Heyətinin sədri vəzifəsinə Ömər M. Koç, İdarə Heyəti sədrinin müavini vəzifəsinə isə Ali Y. Koç təyin edilmişdir.[2]
Holdinq 2020-ci ildə Fortune jurnalının dünyanın 500 ən böyük sənaye şirkəti (Fortune Global 500) siyahısında 471-ci yeri tutmuşdur.
İstanbul Sənaye Palatası tərəfindən hazırlanmış "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi"nin 2019-cu il sorğusunda Koç Qrupuna bağlı 4 şirkət ilk 10-luqda öz yerlərini tutmağa nail olmuşdur.
"The Economist" jurnalının Türkiyənin ən zəngin ailələri ilə bağlı keçirdiyi sorğuda Koç ailəsi öz var-dövləti ilə Türkiyənin ən zəngin ailəsi seçilmişdir.[3]