Ara (lat. Ara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin tutuquşular fəsiləsinə aid heyvan cinsi.
Ara | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Ara |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Əlvan rəngli, pilləvarı quyruqlu, iri bədənli (uz. 100 sm-ədək, çəkisi 1600 q-a -dək) və iri dimdikli quşlardır. Çoxunun başının yanlarında tüksüz hissələr var. Rəngində cinsi dimorfizm yoxdur. 6 cinsi və 17 növü məlumdur. Əsl aranın 8 növü var. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır; bəzi növlərinin arealı çox məhduddur. Meyvə və toxumlarla, həmçinin bitkilərin vegetativ hissələri ilə qidalanır. Monoqamdırlar, ağac koğuşlarında yuvalayıb 2–3 yumurta qoyurlar. Kəskin səsləri var; insan nitqini təqlid edə bilir. Çox vaxt qəfəslərdə və volyerlərdə saxlanır. Qəfəsdə saxlanılan bəzi aralar çoxalır və 80 ilədək yaşayır. Bəzi növlə rinin nəslinin kəsilmək təhlükəsi var. 4 növü BTMİ-nin "Qırmızı kitab"ına daxil edilmişdir.[3]