Aralıq (İğdır)

Aralıq (türk. Aralık) — İğdır ilinin ilçələrindən biridir.

İlçə
Aralıq

39°52′22″ şm. e. 44°31′09″ ş. u.


Ölkə
Daxildir İğdır ili
Tarixi və coğrafiyası
Sahəsi
  • 709 km²
Hündürlük
821 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 21.311 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 76500
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keçmişdə Azərbaycan QaraqoyunluAğqoyunlu dövlətlərinin, daha sonra Azərbaycan Səfəvilər İmperiyasının tərkibində Azərbaycan əyalətinin (dörd xanlıq dövründə Çuxursəd xanlığının daxilində) tərkibində olmuşdur.

  • 1 yanvar 1960-cı ildə yaradılıb.

İlçənin ərazisi 709.23[1] km²–dir.[2] İlçə ərazisi şərqdə 49 km-lik sərhəd xətti ilə İranla, şimalda 11 km-lik sərhəd xətti ilə Azərbaycanla (Naxçıvan MR-nın Sədərək rayonu), qərbində elin mərkəzi ilçəsi (İğdır İlçəsi), 56 km-lik sərhəd xətti (Araz çayı boyu) ilə Ermənistanla, cənubda isə Ağrı ilinin Doğubəyazıd ilçəsi ilə həmsərhəddir.[3]

Aralıq ilçəsi 5 məhəllədən ibarət Aralıq şəhərini və 22 kənddən ibarət Mərkəz bucağını (bucaq: ilçədən kiçik ərazi bölgüsüdür, kəndləri əhatə edir.) əhatə edir. 31 dekabr 2011-ci il rəsmi təxmininə əsasən cəmi ilçə əhalisi 22.425[4] nəfərdir . Onların 6.775[4] nəfəri şəhərdə yaşamaqdadır.

Əhali
İllər Şəhər Kənd Cəmi
1960 sa. 2 287 7 322 10 191
1965 sa. 2 879 8 813 11 692
2000 sa. 8 115[1] 13 632[1] 21 747[1]
2007 r.t. 7 239 14 916 22 155
2010 r.t. 6 201 15 609 21 810
2011 r.t. 6 775 15 650 22 425
  • Aralıq ilçəsi : əhalinin təxminən 60 %-i kürdlərdən, 40 %-i isə azərbaycanlılardan ibarətdir.
  • Aralıq şəhəri : əhalisinin demək olara ki hamısı (15–20 kürd ailəsi istisna olmaqla) azərbaycanlılardan ibarətdir.
  • Kəndlər : əhali əsasən kürdlərdən, qismən azərbaycanlılardan ibarətdir.

Aralıq şəhəri Araz, Qarasu, Qarşıyaxa, Köprülülər və Ortaköy adlanan 5 məhəllədən ibarətdir .

Aralıq şəhəri əhalisi
Məhəllə 2000 s.a.
Karşıyaka (Qarşıyaxa) 3 273
Köprülüler (Körpülülər) 1 445
Karasu (Qarasu) 1 019
Aras (Araz) 673
Ortaköy 564

2011-ci ilə olan rəsmi təxminə əsasən Mərkəz bucağını əmələ gətirən 22 kənddə 15.650[4] nəfər əhali yaşayır.

Aralıq ilçəsinin kəndləri və milli tərkib
No: Kəndlərin adı[4] Əhali, 2011[4] r.t. Kişilər Qadınlar Milli çoxluq Milli azlıq
1. Adetli (Adətli) 250 117 133 kürd
2. Aşağı Aratan 910 476 434 kürd
3. Aşağıçamurlu (Aşağı Çamırlı) 835 425 410 kürd
4. Aşağıtopraklı (Aşağı Torpaqlı) 405 202 203 kürd
5. Babacan 853 435 418 kürd
6. Gödekli (Gödəkli) 2 527 1 262 1 265 kürd
7. Hacıağa[5] 728 378 350 kürd
8. Hasanhan (Həsənxan)[6] 2 347 1 172 1 175 kürd Hüseyn Bademci
9. Karahacılı (Qarahacılı)[7] 408 205 203 kürd
10. Kırçıçeği (Qırçiçəyi) 388 199 189 kürd
11. Kolikent (Qulukənd (?)) 667 338 329 kürd
12. Ramazankent (Ramazankənd) 456 245 211 kürd
13. Saraçlı (Saraclı) 507 266 241 kürd
14. Yenidoğan 688 357 331 kürd
15. Yukarıçamurlu (Yuxarı Çamırlı) 1 371 711 660 kürd
16. Aşağıçiftlik (Aşağı Çiftlik/Aşağı Cütlük) 387 197 190 azərbaycanlı
17. Emince (Əmincə) 57 30 27 azərbaycanlı
18. Tarlabaşı - - -
19. Tazeköy (Təzəköy/Təzəkənd) 164 84 80 azərbaycanlı
20. Yukarıaratan (Yuxarı Aratan) 293 143 150 azərbaycanlı
21. Yukarıtopraklı (Yuxarı Torpaqlı)[8] 1 021 534 487 azərbaycanlı
22. Yukarıçiftlik (Yuxarı Çiftlik/Yuxarı Cütlük) 388 204 184 azərbaycanlı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 T.C. Iğdır Valiliği :Aralık İlçesi Arxivləşdirilib 2012-04-04 at the Wayback Machine
  2. "Area of regions (including lakes), km²". Arxivləşdirilib 2014-05-29 at the Wayback Machine Regional Statistics Database. Turkish Statistical Institute. 2002. Retrieved: 2015–01-15. Or look here XLS.[ölü keçid]
  3. T.C. Aralık Belediyesi :Coğrafi Durum Arxivləşdirilib 2012-03-03 at the Wayback Machine
  4. 1 2 3 4 5 Türkiye İstatistik Kurumu (TUİK) :Adrese dayalı nüfus kayıt sistemi — 2011 veri tabanı[ölü keçid]: İğdır ili, ilçe, şehir ve köy nüfusları
  5. kürd Sipkan tayfasının Hilo qəbiləsi
  6. 1950-ci ilədək xalis azərbaycanlı əhaliyə sahib olan kənd hazırda kürd əsilli — 80% Helikan və 20% Keleşkan tayfalarından ibarətdir.
  7. kürd Azizi tayfasının Gelo qəbiləsi
  8. 1992-ci ildək Alkızıl adlanmış xalis azərbaycalı əhaliyə sahib kənddir.