Aramiyan — Təbriz şəhərinin mərkəzində yerləşən, ermənilərin məskunlaşdığı məhəllədir. Bu məhəllə, Şimali Şəriəti xiyabanındadır və müqəddəs Məryəm kilsəsinin yaxınlığındadır. Qədim Postxana küçəsi, onun məruf küçələrindəndir[1].
Aramiyan məhəlləsi, Təbrizin bir böyük və məruf tacirinin şərəfinə belə adlandırılmışdır. İranın ilk teatr salonu, 1291-ci günəş ilində bu məhəllədə təsis olunmuşdur. Əlbəttə Təbrizin erməniləri ondan qabaq da bu salonda mərasimlər keçirdərdilər[1].
Təbriz şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |