Araqonlu Eleonora (isp. Leonor de Aragón; port. Leonor de Aragão) (1 fevral 1402, Medina-del-Kampo[d], Kastiliya və Leon – 19 fevral 1445, Toledo) — Portuqaliya kralı I Eduardın xanımı, Portuqaliyanın kraliça-konsortu.
Araqonlu Eleonora | |
---|---|
Əvvəlki | Lankasterli Filipa |
Sonrakı | Koimbralı İzabella |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1402 |
Doğum yeri |
|
Vəfat tarixi | 19 fevral 1445 (43 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | kraliça-konsort[d] |
Atası | I Ferdinand |
Anası | Alburkerkeli Eleonora |
Həyat yoldaşı | I Eduard |
Uşaqları |
V Afonso İnfant Ferdinand İnfanta Eleonora İnfanta Yuanna |
Ailəsi | Trastamar sülaləsi |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Araqon kralı I Ferdinand, anası isə Alburkerkeli Eleonoradır. Hələ 14 yaşında ikən atası vəfat etdi və qardaşı V Alfonso adıyla Araqon taxtına çıxdı. Daha sonra qardaşının və anasının səyləriylə, 22 sentyabr 1428-ci ildə Portuqaliya kralı I Conun böyük oğlu Eduardla evləndirildi. Cütlüyün doqquz övladı olsa da, bunlardan yalnız beşi yetkinlik yaşına çata bildi. 1433-cü ildə kralın vəfatıyla əri I Eduard adıyla Portuqaliya taxtına əyləşdi və beləcə, Eleonora Portuqaliya kraliçası oldu. Ancaq eyni gün 4 yaşlı oğlu Con da vəfat etdi.
Kraliça olaraq siyasi baxımdan nüfuz sahibi deyildi. Bu səbəblə kraliçalıq dönəmiylə bağlı yetərli məlumat yoxdur. Buna baxmayaraq 9 sentyabr 1438-ci ildə vəfat edən I Eduard öz vəsiyyətində bütün dövlət idarəsini xanımına vəsiyyət etmişdi. 6 yaşlı oğlu Afonso kral, o əsnada son övladına hamilə olan Eleonora isə kortes birliyinin də təsdiqi ilə taxt naibəsi elan edildi. Mərhum kralın vəsiyyətinə əsasən naibəliyə təyin edilən Eleonora yerli əsilzadələrin dəstəyini qazansa da, dövlət idarəsində təcrübəsiz idi. Üstəlik Araqonlu olması, xalq tərəfindən narazılığa səbəb oldu. Qaynı olan Koimbra hersoqu İnfant Pyotrun dəstəyi ilə Lissabonda onun naibəliyinə qarşı üsyan başladı. Ancaq Araqondan dəstəyə gələn qardaşı Conun da yardımıyla üsyan yatırıldı.
Uzun sürən sülh danışıqları bəzi müxalif qüvvələrin araya girməsiylə nəticəsiz qaldı. Bu əsnada Eleonora son övladı Yuannanı dünyaya gətirmiş, ən böyük qızı Filipa isə tutulduğu uşaq xəstəliyi səbəbilə vəfat etmişdi. Bütün bunların ardından kortes birliyi İnfant Pyotru taxt naibi elan etməyə məcbur oldu. Eleonora bir müddət buna etiraz etsə də, davam edən münaqişələrə son qoymaq üçün 1440-cı ilin dekabrında Kastiliyaya qaçmağa məcbur oldu. Bu əsnada səhhəti də pisləşən Eleonora uzun sürən xəstəliyin ardından 19 fevral 1445-ci ildə Toledoda vəfat etdi. Cənazəsi Portuqaliyaya gətirilərək Batalha məzarlığına dəfn olundu.