Ararat Respublikası və ya Kürd Ararat Respublikası[1][2][3](Kürd: Komara Agiriyê[4][5], کۆماری ئارارات və Kürd: Komara Araratê[6]) özünü Kürd dövləti elan etmişdi. Türkiyənin şərqində, mərkəzi Karaköse vilayətində yerləşirdi. Agirî, kürd dilində Ararat adlanır.
Xoybun partiyasının mərkəzi komitəsinin rəhbərlik etdiyi Ararat Respublikası 28 oktyabr 1927-ci[7] ildə və ya 1928-ci[8][9] ildə, Türkiyənin cənub-şərqindəki kürdlər arasında üsyan dalğası zamanı müstəqillik elan etdi. Xoybunun ilk iclasında İhsan Nuri Paşa Ararat qiyamının hərbi komandiri elan edildi.[10] 1927-ci ilin oktyabrında Kürd Ava[11], və ya Ararat Dağı yaxınlığındakı bir kənd olan Kürdəva, Kürdüstanın müvəqqəti paytaxtı olaraq təyin edildi. Xoybûn Böyük Güclərə və Millətlər İttifaqına müraciət etdi və eyni zamanda İraq və Suriyadakı digər kürdlərlə əlaqə yaratmaq üçün mesajlar göndərdi. Ancaq Türkiyə tərəfindən edilən təzyiq altında, Britaniya İmperiyası və Fransa Xoybun üzvlərinin fəaliyyətlərinə məhdudiyyətlər qoydular.
Türk ordusu sonradan 1930-cu ilin sentyabrında Ararat Respublikasını məğlub etdi.[12]