Üçüncü Ağrı üsyanı

Üçüncü Ağrı üsyanı — 1930-cu ildə Ağrı dağında kürd tayfalarının qaldırdığı üsyan. 11 iyun 1930-cu ildə Türkiyə Silahlı Qüvvələri üsyanı yatırmaq üçün əməliyyata kurmanc kürdlərinin əksəriyyəti rəhbərlik edirdi. Kurmanc kürdləri dərsimlilərdən çox idi. Üsyan nəticədə yatırılmışdır.[1]

Üçüncü Ağrı üsyanı

1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır.[2] Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır.[3] Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında[4] Birləşmiş Krallığın dəstəyi ilə[5] İhsan Nuri tərəfindən[6] Ağrı Respublikası qurulmuşdur.[7] 1928-ci ildə Ağrı Respublikasının dövlət xadimlərinin təşəbbüsü ilə tərtib edilmiş Kürdüstan bayrağı ilk dəfə istifadəyə verilmişdir.[8] 1930-cu ilin iyul ayında Saleh Omurtak öndərliyi türk qoşunları təxminən 15,000 kürdü öldürərək qətliam törətmişdir.[9][10]

Baş vermiş bu böhranı çatdırmaq istəyən Türkiyə ordusu 1 iyulda Ağrı dağını mühasirəyə almış və 7 iyul 1930-cu ildə ümumi əməliyyata start vermişdir. 25 iyulda sona çatan döyüşdə kürd liderlərin çoxusu həlak və ya həbs olunmuş, İhsan Nuri isə İrana qaçmışdır. Həbs olunanlar daha sonra Adanada edam edilmişdir.[11]

  1. Jwaideh, Wadie. The Kurdish National Movement: Its Origins and Development (English). Syracuse University Press. June 19, 2006. ISBN 081563093X.
  2. Bulud, Faiq. Devletin Gözüyle Türkiye'de Kürt İsyanları (türk). İstanbul: Yön Yayıncılık. 1991. OCLC 551489566. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  3. Qəhrəman, Əhməd. Kürt İsyanları (Tedip ve Tenkil) (türk). İstanbul: Evrensel Basım Yayın. 2003. ISBN 975-6525-48-7. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  4. Edmonds, S. C. "Kurdish Nationalism",". Journal of Contemporary History (ingilis). 6 (No. 1). 1971: 91.
  5. Kurdish Republic of Ararat // Encyclopedia of the Peoples of Africa and the Middle East (ingilis). Volume I. Infobase Publishing. 2009. səh. 385. ISBN 9780816071586. 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  6. Vali, Abbas. Essays on the origins of Kurdish nationalism (ingilis). Mazda Publishers. 2003. səh. 199. ISBN 978-1-56859-142-1. 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  7. Kurdish Republic of Ararat // Encyclopedia of the Peoples of Africa and the Middle East (ingilis). Infobase Publishing. 2009. səh. 38. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  8. Allsopp, Harriet. The Kurds of Syria: Political Parties and Identity in the Middle East. I.B. Taurisl. 2016. ISBN 0857726447.
  9. Eygi, Mehmet Şevket. "Zilan katliamı". milligazete.com.tr (türk). Millî Gazete. October 17, 2009. November 10, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 26, 2019.
  10. Tahsin Əriş, Felit Özsoy. Öncesi ve Sonrasıyla 1925 Kürt Direnişi (Palu-Hanî-Genç) (türk). Pêrî Yayınları. 2007. səh. 271. ISBN 978-975-9010-57-7. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  11. Alakom, Rohat. Xoybûn örgütü ve Ağrı ayaklanması (türk). Avesta. 1998. səh. 180. ISBN 975-7112-45-3. 2019-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.