Arbi Osmanov

Arbi Osmanov (7 noyabr 1942) — Çeçen yazıçı və şair, tərcüməçi, dramaturq. Çeçenistan və Rusiya Yazıçılar Birliyinin üzvü, Çeçenistanın Əməkdar Mədəniyyət İşçisi, Çeçenistan Respublikası Başçısı yanında Mədəniyyət Şurasının sədri, Çeçenistan Respublikasının Fəxri Vətəndaşı.

Arbi Osmanov
Doğum tarixi 7 noyabr 1942(1942-11-07) (80 yaş)
Vətəndaşlığı
Təhsili
  • Çeçen Dövlət Pedaqoji İnstitutu[d]
Fəaliyyəti yazıçı, şair, nasir, dramaturq, tərcüməçi, redaktor
Fəaliyyət illəri 1970-ci ildən

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

7 noyabr 1942-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası, Çeberloyev rayonu, Boqaçeroi kəndində anadan olmuşdur. Atası doğulmazdan bir qədər əvvəl cəbhədə itkin düşür. 23 fevral 1944-cü ildə digər çeçenlərlə birlikdə deportasiya edilir. Sürgün illərində Arbi kolxozunda, daha sonra Qazaxıstan SSR, Taldı-Kurqan vilayəti, Taldı-Kurqan rayonu, Kirovskoye kəndində yaşayır. 1960-cı ildə Kirov orta məktəbini bitirir.

Məktəbi bitirdikdən sonra vətənə qayıdır. 1960-cı ildə Çeçen-İnquş Pedaqoji İnstitutuna daxil olur. Bir il sonra qiyabi şöbəyə keçir və Qroznı rayonunda Komsomolsk orta məktəbində ibtidai sinif müəllimi olaraq işə başlayır. 1964-1966-cı illərdə Qroznı rayonunun Ken-Yurt orta məktəbində rus dili və ədəbiyyatı, çeçen dili və ədəbiyyatı müəllimi işləyir. 1966-cı ildə institutu rus dili və ədəbiyyatı, çeçen dili və ədəbiyyatı ixtisası üzrə bitirir.

1966-cı ildə ordu sıralarına çağırılır. 1968-ci ildə xidmətini başa vurduqdan sonra Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Mədəniyyət Nazirliyinə daxil olur. 1972-ci ildə Çeçen-İnquş Respublikası Diyarşünaslıq Muzeyinin direktoru olur. 1985-ci ildən "Vaynax Çeçen-İnquş Dövlət Rəqs Ansamblının direktoru işləyir. 1991-ci ildən Çeçentrikotajbıt istehsal birliyinin baş direktor müavini olur.

1995-ci ildə Qroznıda aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonra Xalid Oşayev adına Birləşmiş Muzeyin direktoru, Mədəniyyət Nazirliyinin şöbə müdiri və mədəniyyət nazirinin müavini işləyib.

1999-cu ildə İkinci Çeçenistan müharibəsi başlayandan sonra müxtəlif humanitar təşkilatlarda çalışır. 2010-cu ilin yanvar ayından Vesti Həmkarlar İttifaqları qəzetinin baş redaktoru olur. 2014-cü ildə Çeçenistan Mədəniyyət Nazirliyi yanında ictimai şuranın rəhbəri seçilir[1].

2016-cı ildə Çeçenistan Respublikasının fəxri vətəndaşı adına layiq görülmüşdür. 2017-ci ildə Çeçenistan Respublikası Başçısı yanında Mədəniyyət Şurasının sədri seçilir[2].

Ədəbi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1970-ci illərdə ədəbiyyatla məşğul olmağa başlayır. İlk əsərlərindən biri, kukla teatrı üçün üç pyes olur: "Mağaranın sirri", "Yenilməz mahnı" və "Axtardığınızı tapacaqsınız". Yazdığı uşaqlar üçün tamaşalar uzun illərdir səhnələşdirilir. Şeirləri, hekayələri və publisistikası yerli "Orqa", "Vaynax", "Vesti Respubliki", "Qroznenski Raboçi", "Vesti Pravsoyuz", "Daymoxk" və digər qəzetlərdə dərc olunur.

Çeçenistan Dövlət Dram Teatrı və Respublika Uşaq Kukla Teatrı üçün rus və xarici klassiklərin otuzdan çox əsərini çeçen dilinə tərcümə etmişdiri. Bunlar arasında Aleksandr Suxovo-Kobılinin "İş", Nikolay Qoqolun "Müfəttiş", Yaroslav Haşekin "Cəsur Əsgər Şveyk", Vasili Şukşinin "Enerjili insanlar", Qriqori Qorinin "Qerostaranı unut !", Aleksandr Gelmanın "Bir görüşün dəqiqələri" və "Biz, aşağıda imza atanlar", A. Kulievin "Eh, siz, kişilər", Şapi Qaziyevin "Nəsrəddinin qızıl eşşəyi", Qriqori Naxutsrişvilinin "Çınçrakvela", Avskentiya Saqarelinin "Xanuma" və s. əsərləri vardır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "«Национальная пятерка – 2016»". chechnyatoday.com. 2017-01-19. 2017-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
  2. "В Грозном прошло первое заседание Совета по культуре при Главе ЧР в обновленном составе". grozny.tv. 2017-04-13. İstifadə tarixi: 2017-05-14.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Адиз Кусаев. Писатели Чечни: био-библиографические очерки. — Гр.: ГУП «Книжное издательство», 2005. — 407 с. — 2000 экз. — ISBN 5988960103, 9785988960102.

Mənbə[redaktə | mənbəni redaktə et]