Yaroslav Haşek (çex. Jaroslav Hašek; 30 aprel 1883[1][2][…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[1][3][…] – 3 yanvar 1923[1][3][…]) —Çex yazıçısı.
Yaroslav Haşek | |
---|---|
çex. Jaroslav Hašek | |
Doğum adı | Jaroslav Matěj František Hašek |
Doğum tarixi | 30 aprel 1883[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1923[1][3][…] (39 yaşında) |
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | müəllif, romançı, jurnalist, yazıçı, publisist, yumor ustası |
Fəaliyyət illəri | 1900-cü ildən |
Əsərlərinin dili | çex dili, rus dili |
Yaroslav Haşek Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Məşhur çex yazıçısı Yaroslav Haşek (1883 – 1923) Praqada müəllim ailəsində dünyaya göz açıb. Nümayişdə iştirakına görə gimnaziyadan xaric olunan Haşek 18 yaşından çap olunmağa başlayır. Yazıçının dünyagörüşünün formalaşmasında onun Avstriya-Macarıstanın tərkibində olan Çexiya, Macarıstan, Qalitsiya kimi ölkələrə səfəri, həmçinin sonradan ayrıldığı anarxistlərlə görüşləri əsas rol oynamışdır.
Birinci Dünya müharibəsi onun həyatında kəskin dönüş yaradır. Rus ordusuna əsir düşən Haşek Rusiyada yaradılan Çexoslovakiya legionuna daxil olub, inqilabi hərəkata kömək etmək üçün partiya tərəfindən 1920-ci ildə Praqaya göndərilir, lakin o zaman inqilab dalğası artıq zəifləmişdi və burjua mətbuatının tənqidlərinə tuş gələn yazıçı Praqadan getməyə məcbur olub, Qavliçkov Brod şəhərində romanı üzərində işləməyə başlayır.
Haşekin ədəbi irsi satirik və yumoristik hekayələrdən ibarətdir. 1921–1923-cü ildə çap olunan "Cəsur əsgər Şveykin majəraları" romanı onun ən məşhur əsəri sayılır. Şveyk bu gün dünya ədəbiyyatı qəhrəmanları arasında özünəməxsus yer tutur.