Vasili Şukşin

Vasili Makaroviç Şuşkin (rus. Василий Макарович Шукшин; 25 iyul 1929[1][2][…]2 oktyabr 1974[1][2][…]) — rus yazıçısı, kinossenarist, kinoaktyor, kinorejissor.

Vasili Şukşin
rus. Василий Макарович Шукшин
Doğum tarixi 25 iyul 1929(1929-07-25)[1][2][…]
Vəfat tarixi 2 oktyabr 1974(1974-10-02)[1][2][…] (45 yaşında)
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Təhsili
İxtisası yazıçı, aktyor
Fəaliyyəti yazıçı, kinorejissor, ssenarist, dramaturq, aktyor, rejissor
Fəaliyyət illəri 1956—1974
Əsərlərinin dili rus dili
Üzvlüyü
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
RSFSR əməkdar incəsənət xadimi "Lenin" mükafatı SSRİ Dövlət mükafatı Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı
shukshin.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili Şukşin 25 iyul 1929-cu ildə Altay əyalətinin Biysk rayonunun Srostki kəndində kəndli ailəsində doğulub. Valideynləri — həmin ərazinin yetirmələri, ortabab kəndlilər idilər.

1960-cı illərin əvvəlində bir-birinin ardınca Şukşinin bədii əsərləri işıq üzü görməyə başladı. "Həqiqət", "Nurlu ürəklər", "Stepkinin məhəbbəti" hekayələri 1961, "İmtahan", "Dirsəkli vallar", "Jurnalistika fakültəsindən Jelya Seleznyova" əsərləri 1962-ci ildə nəşr olundu.

1963-cü ildə "Gənc qvardiya" nəşriyyatında Şukşinin "Kənd sakinləri" adlı ilk toplusu çapdan çıxdı. Həmin il "Novıy mir" jurnalında onun iki hekayəsi dərc edildi: "Əla sürücü" və "Qrinka Malyuqin" ("Onlar Katundandırlar" silsiləsindən). Bu hekayələr əsasında Şukşin "Belə bir oğlan yaşayır" adlı ilk tammetrajlı filminin ssenarisini yazır. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino festivalında "Kalina Krasnaya" ("Qırmızı Başınağacı") əsas mükafata layiq görüldü. Münsiflər heyəti öz rəyini belə açıqladı: "Yazıçı, rejissor, aktyor Şukşinin fitri və parlaq istedadı nəzərə alınmaqla festivalın baş mükafatı, "Mosfilm"in "Kalina-Krasnaya" filminə verilir". Ömrünün son ili Şukşin üçün həm şəxsi, həm də yaradıcı planda xüsusilə əlamətdar oldu. 1973-cü ildə o, ailəsi ilə birlikdə Pereyaslovski küçəsindəki dar mənzildən Boçkov küçəsindəki yeni, geniş mənzilə köçür. "Xarakterlər" adlı hekayələr toplusu çapdan çıxır. Toplu proza aləmində böyük hadisəyə çevrilir və kəskin müzakirələrə rəvac verir. Q. Tovstonoqov Böyük teatrda Şukşinin "Enerjili adamlar" pyesi əsasında tamaşa hazırlayır (bu, Şukşinin teatrla ilk əməkdaşlığı idi. Buna qədər o öz müəllimi M. Romm kimi teatrı sevmirdi). Tamaşanın son məşqi 1974-cü ilin iyununda Şukşinin iştirakı ilə keçirilir və müəllifə olduqca gözəl təsir bağışlayır.

Yazıçı 1974-cü il oktyabrın 2-də vəfat edib.

RSFSR əməkdar incəsənət xadimi

SSRİ dövlət mükafatı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Шукшин Василий Макарович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.