Arctium bardana

İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü.

İri atpıtrağı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı  ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir. İyun-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir. Keçəvari pıtraq hörümçək toruna bənzəyən tükcüklü və gövdəli, kiçik pıtraq xırda səbətcikli (1,5-2,5 sm diametrli), hörümçək torundan məhrum edilmiş fırçaya bənzəyir.

Zibilli yerlərdə, boş məndəcərlərdə, yaşayış yerlərinə yaxın ərazilərində, bostan və bağlarda yayılmışdır.  

Bitkinin yaşayışının birinci ilində payızda kökləri toplanılır. Kökləri qazılaraq çıxarılır təmizlənir və soyuq suda yuyulur. Sonra yoğun köklər hissələrə kəsilir, qurutmaq üçün 3-5 sm qatlara sərilir, çardax və yaxşı ventiliyasiyalı naveslərə qurudulur. Peçlərdə qurudulma 50-60ºС-də aparılmalıdır.

Xammal quru saxlama məntəqələrində stelaj və yeşiklərdə, perqament döşəmələrdə, apteklərdə isə şüşə bankalarda quru yerlərdə saxlanılmalıdır. Saxlama müddəti 4 ildir.

Özünəməxsus zəif iylidir. Unlu, nişastalı dada malikdir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Kökün tərkibində inulin (45%), selik, piyli turşular, fitosterin, polin (arktinal), seskviterpenoidlər, liqnan, efirli yağlar (0,06-0,18%), fenol turşuları (1,9-3,65%) və kalium, kalsium və maqnezium duzları vardır.

Famakoterapevtik qrup – Diuretik, ödqovucu və iltihabsorucu dərmandır.

Pıtrağın kökü diuretik, ödqovucu, tərlədici, zəif iltihabsorucu və yarasağaldıcı dərmandır. Bu bitki proteolitik fermentlərin sekresiyasını artırır, mədəaltı vəzi fermentini stimullaşdırır. Qaraciyərin qlikogen ehtiyatını artırır, maddələr mübadiləsini, qanın və sidiyin tərkibini normallaşdırır.

Pıtrağın kökü. Diuretik və ödqovucu dərmandır.

Kökünün dəmləmə və bişirməsi revmatizmdə sidikqovucu, ödqovucu, tərlədici, revmatizm, podaqra, xolesistit, xolangit və digər durğunluq xəstəliklərində əvəzsiz vasitədir. Bundan başqa frunkulyoz, ekzema, dəri səpkiləri, trofik yara və yanıqlarda işlədilir. Xaricə yuma, islatma, frunkulyozda ekzema, səpkilərdə, trofik yaralarda və yanıqlarda sulu islatma şəklində işlədilir. Kökünün dəmləməsi zeytun və ya şaftalı yağı ilə birlikdə tüklərin bərkidilməsində tətbiq edilir. Yarpaqları oynaq ağrılarında kompres kimi işlədilir. Yarpaqları iri və saplaqlıdır, ürəkşəkilliyumurtavaridir,seyrək dişli və ya tamkənarlıdır,üst tərəfdən yaşılldır, qısa, seyrək tüklüdür, alt tərəfdən nazik boz keçə tüklüdür, aşağı yarpaqların uzunluğu 50 sm-ə qədərdir, uzun saplaq üzərindədir, yuxarıya doğru getdikcə tez azalandır. Səbəti şarşəkillidir, eni 2,5-4 (5) sm-dir,qismən qalxanşəkilli çiçək qrupunda toplanmışdır. Qını demək olar ki, çılpaqdır;yarpaqcıqları ensiz-xətvari, yuxarı hissədə qarmaqşəkilli ucu vardır. Toxumları 6–7 mm uzunluqdadır, əksinəyumurtaşəkilli-uzunsovdur, tünd qara rəngli çilləri vardır, yuxarı hissədə biraz qırışlıdır; kəkil qısa cod tüklərdən ibarətdir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Meşədə, kolluqların arasında, dağ çəmənlərində bitir. BQ şərq, BQ qərb, KQ mərkəzi, Lənk. dağ. Orta dağ qurşağında və subalp qurşağında, nadir halda yuxarı dağ qurşağında.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, kolluqlarda və dağ çəmənlərində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Cavan zoğları və yarpaqları qidada istifadə olunur. Bütün növləri yaxşı balverən bitkilərə aiddir.

  • Arcion majus Bubani
  • Arcion tomentosum Bubani
  • Arctium adhaerens Gilib. [Invalid]
  • Arctium bardana Willd.
  • Arctium chaorum Klokov
  • Arctium grandiflorum Desf.
  • Arctium lappa Willd. [Illegitimate]
    • Arctium lappa var. lappa lappa
    • Arctium lappa subsp. lappa lappa
    • Arctium lappa subsp. majus (Gaertn.) Arènes
  • Arctium leiospermum Juz. & Ye.V.Serg.
  • Arctium majus (Gaertn.) Bernh.
    • Arctium minus subsp. nemorosum (Lej.) Syme
  • Arctium ruderale Salisb.
  • Arctium vulgare (Hill) Evans
  • Arctium vulgare (Hill) Druce
  • Bardana arctium Hill
  • Bardana lappa Hill
  • Lappa glabra Lam.
  • Lappa major Gaertn.
  • Lappa nemorosa (Lej.) Körn. ex Griewank
  • Lappa officinalis All.
  • Lappa vulgaris Hill
    • Lappa vulgaris var. vulgaris vulgaris
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 816.