Argentina Xarici Borc Muzeyi

Argentina Xarici Borc Muzeyi (ing. Museum of Foreign Debt, isp. Museo de la Deuda Externa) — Buenos-Ayres Universitetinin tərkibində olan qurumlardan biri.

Argentina Xarici Borc Muzeyi
Əsası qoyulub 2005[1]
Ölkə
Yerləşir Buenos Ayres[1]
34°36′00″ c. e. 58°23′55″ q. u.
Argentina Xarici Borc Muzeyi xəritədə
Argentina Xarici Borc Muzeyi
Argentina Xarici Borc Muzeyi
museodeladeuda.econ.uba.ar

Tarixi[redaktə | mənbəni redaktə et]

28 aprel 2005-ci il tarixində Argentinanın paytaxtı Buenos-Ayresdə, Buenos-Ayres Universitetinin İqtisadiyyat fakültəsində fəaliyyətə başlamışdır.

Məqsədi[redaktə | mənbəni redaktə et]

Muzey xarici borc təhlükələrinə diqqət çəkmək məqsədiylə yaradılmışdır. Belə ki, 2001-ci ildə Argentinada yaşanan iqtisadi böhran nəticəsində üsyanlar çıxmış, bir çox mağaza və market talan edilmişdir. Bu dövrdə Argentinanın xarici borcu tarixin ən yüksək səviyyəsinə qalxaraq 100 milyard dollardan çox olmuşdur.

Muzeydə Argentinanın 1810-cu ildə müstəqilliyi qazanmasından sonra xarici borcun necə böyüdüyü və bu borcun böyüməsində məsuliyyəti olan partiyalara diqqət yönəldilir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Muzeyə giriş pulsuzdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]