Argentinozavr (lat.Argentinosaurus) — ölçülərinə görə mövcud olmuş ən iri dinozavrlardan biridir. Onların skletlərinin yalnız bir necə fraqmenti aşkarlanmışdır. Bu səbəbdən onların dəqiq ölçülərini demək mumkün deyil. Bununla belə alimlər onların uzunluğunu 22–35 m, cəkisini isə 60–108 t qiymətləndirirlər[1][2][3][4]. Tapılan dinozavlar skletinin hissələri arasında aşkarlanmış onurğa fəqərəsinin hündürlüyü 159 sm-dir. Bu tapıntılar Argentinada yerli paleontoloqlar Xose Fernando Bonapart və Rodolfo Koria 1993-cü ildə aşkarlanmışdır[5]. Aşkarlanan tapıntılar Təbaşir dövründə 115–90 milyon il öncə yaşamışdır.
Son araşdırmalar nəticəsində Argentinozavr dəqiq hansı qrupa daxil olması dəqiq müəyyənləşdirilə bilməmişdir. Kristina Karri Rocers 2005-ci araşdırmasına görə ArgentinozavrOpisthocoelicaudiinae fəsiləsinə daxil etmişdir. Leonardo Salqado və Rodolfo Koria Argentinozavrları Titanosauridae fəsiləsinə, Sebastiyan Apesteqiya (2005) isə onları Andesauridae fəsiləsinə daxil etmişdir[6][7].
↑Paul, Gregory S. (Fall 1994). "Big Sauropods — Really, Really Big Sauropods". The Dinosaur Report. The Dinosaur Society. pp. 12–13.
↑Paul, Gregory S. (1997). "Dinosaur models: the good, the bad, and using them to estimate the mass of dinosaurs". in Wolberg, D. L.; Stump, E.; Rosenberg, G. D.. DinoFest International Proceedings. The Academy of Natural Sciences. pp. 129–154.
↑(Испан.) Bonaparte J, Coria R (1993). "Un nuevo y gigantesco sauropodo titanosaurio de la Formacion Rio Limay (Albiano-Cenomaniano) de la Provincia del Neuquen, Argentina". Ameghiniana 30 (3): 271–282.