Arif Abbasov (tam adı: Arif Akim oğlu Abbasov) — 22 dekabr 1937, Naxçıvan – 21 aprel 2005) tarixçi-etnoqraf. Tarix elmləri doktoru (1995), AMEA-nın müxbir üzvü (2001), general-mayor Akim Abbasovun oğludur. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında təbiətşünaslıq və texnika tarixi elmi şurasının elmi katibi (1973–78), AMEA Tarix İnstitutunun direktor müavini və etno-sosioloji tədqiqatlat şöbəsinin rəhbəri (1978–93), 1993-cü ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru.
Arif Abbasov | |
---|---|
Arif Akim oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarixçi-etnoqraf |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | AMEA-nın müxbir üzvü |
İş yerləri | AMEAnın Arxeologiya və Etnoqrafiya institutunda direktor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Tanınır | tarixçi alim |
Mükafatları | Əməkdar elm xadimi |
Arif Abbasov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi-tədqiqat işlərinə başlamış, bir müddət Moskvada keçmiş SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunda təcrübə keçmişdir. Moskvadan qayıtdıqdan sonra o, Azərbaycan EA-nın Tarix İnstitutunun direktor müavini və etnososioloji tədqiqatlar şöbəsinin müdiri (1978–1993), Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru (1993–2005) işləmişdir.
A. Abbasov 1974-cü ildə Azərbaycanın dağ-mədən sənayesi fəhlələrinin müasir məişət və mədəniyyəti mövzusunda namizədlik, 1995-ci ildə Azərbaycanın yeni şəhərlərinin həyat tərzi (etnososioloji tədqiqatlar üzrə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Professor A. Abbasovun müasir Azərbaycan etnoqrafiyasının inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycan etnoqrafiyasında bir çox problemlərin tədqiqi bilavasitə onun adı və elmi yaradıcılığı ilə bağlıdır. Alim monoqrafiyalarında və məqalələrində etnik xüsusiyyətlərin göstərilməsi ilə kifayətlənməmiş, həm də onların müəyyən sosial-iqtisadi şəraitdə perspektivlərini araşdıraraq müasir ictimai elmdə mühüm əhəmiyyət kəsb edən nəticələr əldə etmişdir. Tədqiqatları Azərbaycanda etnomədəni və etnososioloji proseslərin öyrənilməsinə həsr olunmuşdur. 100-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, 3 elmi broşürun müəllifidir. Elmi kadrların hazırlanmasında xidmətləri vardır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəşrə hazırladığı Azərbaycanlılar monoqrafiyasının müəlliflərindən biri və baş redaktoru olmuşdur.
Beynəlxalq elmi məclislərdə uzunömürlük problemlərinə həsr oilunmuş II Sovet-Amerika simpoziumu (ABŞ, 1082), SSRİ-nin türkdilli xalqlarının problümlərinə dair konqres (ABŞ, 1988), antropoloq və etnoqrafların beynəlxalq konqresi (Zaqreb, Yuqoslaviya,1988), Türkiyənin sosial və iqtisadi tarixinə dair konqres (Türkiyəı, 1989), Azərbaycan-Ermənistan münaqişəsinin nizama salınması məsələlərinə (Fransa, 1989), Qafqazda münaqişə vəziyyəti problümlərinə (İngiltərə) dair konfranslar, folklorçu və etnoqrafların II Avropa konqresi (Suzdal, Rusiya, 1983 və s.) məruzələr etmişdir.[1] AMEA Tarix və Etnoqrafiya İnstitutunun YUNESKO-nun Böyük İpək Yolu və İNTAS-2000 proqramlarında yaxından iştirak etməsində də Arif Abbasovun böyük əməyi olmuşdur.
Arif Abbasov Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşan Balı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin keçdiyi ərazilərin arxeoloji abidələrinin tədqiqi ilə bağlı geniş fəaliyyət proqramı həyata keçirmişdir. O dəfələrlə Fransa, Türkiyə, İtaliya, Rumuniya, Polşa, Almaniya, ABŞ və s. ölkələrdə keçirilən konfrans və komqreslərdə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil etmişdir.[2]