Arif Allahverdiyev (1947, Dəvəçi və ya Mollakamallı, Dəvəçi rayonu – 4 aprel 2019) — Şabran Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992-ci illər).
Arif Allahverdiyev | |
---|---|
Arif Talıb oğlu Allahverdiyev | |
30 oktyabr 1991 – 15 iyul 1992 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Mirkamil Hüseynov |
11 noyabr 1988 – 30 oktyabr 1991 | |
Əvvəlki | Çingiz Fərəcov |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mollakamallı, Dəvəçi rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi |
Allahverdiyev Arif Talıb oğlu 1947-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Mollakamallı kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə Dəvəçi rayon "Sovxozlararası" Tikinti Sahəsində usta kimi başlamış, sonralar komsomol, sovet, partiya orqanlarında rəhbər vəzifələrdə işləmişdir.
1974-cü ildən Dəvəçi Rayon Komsomol Komitəsinin birinci katibi, 1977-ci ildən Dəvəçi Rayon Partiya Komitəsində Təşkilat şöbəsinin müdiri və rayon Xalq Nəzarəti Komitəsi sədrinin müavini, 1978-ci ildən Dəvəçi Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1980-cı ildən Dəvəçi Rayon XDS İcraiyyə Komitəsinin sədri, 1988–1991-ci illərdə Dəvəçi Rayon Partiya Komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Sonralar Azərbaycan Respublikası Milli Məclisində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində məsul vəzifələrdə işləyib.
Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir. Ailəlidir, üç övladı var."Bir Ömrün Hekayəsi" adlı kitabı çap olunmuşdur.
4 aprel 2019-cu ildə vəfat edib[1].