Əlövsət Baxışov

Əlövsət Məmmədşah oğlu Baxışov (3 mart 1923, Amsar, Quba rayonu3 iyun 2013) — tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.

Əlövsət Baxışov
1971 – 1979
1965 – 1971
? – 1962
Quba Rayon Xalq Deputatları Soveti İcraiyəə Komitəsinin sədri
1953 – 1954
Şəxsi məlumatlar
Doğum tarixi 3 mart 1923(1923-03-03)
Doğum yeri
Vəfat tarixi 3 iyun 2013(2013-06-03) (90 yaşında)
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şöhrət" ordeni

Əlövsət Baxışov 1923-cü il martın 3-də Quba rayonunun Amsar kəndində anadan olub[1]. 1942-ci ildə orta məktəbi və müəllimlik kurslarını bitirdikdən sonra bir müddət Qubanın Xanəgah kənd məktəbində dərs deyib. O, 1943-cü ildə hərbi xidmətə çağırılıb, İkinci Dünya müharibəsindən sonra 1950-ci ilin mart ayınadək ordu sıralarında qulluq edib.

Əlövsət Baxışov 1952-ci ildə Müəllimlər İnstitutunun tarix fakültəsini, 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, 1958-ci ildə Bakı Ali Partiya Məktəbini, 1978-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Ordudan tərxis olunduqdan sonra Əlövsət Baxışov 1950–1951-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində çalışıb. 1951–1952-ci illərdə Quba Rayon Komsomol Komitəsinin birinci katibi olub. Sonrakı dövrlərdə o, partiya və sovet orqanlarında müxtəlif vəzifələr tutub. 1952–1953-cü illərdə Quba Rayon Partiya Komitəsinin katibi, 1953–1954-cü illərdə Quba Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı və məsul təşkilatçısı olub. O, 1959–1979-cu illərdə Dəvəçi, Şamaxı, Masallı və Gədəbəydə Rayon Partiya Komitəsinin birinci katibi seçilib. 1979-cu ildən etibarən kənd təsərrüfatı sahəsində çalışmağa başlayan Əlövsət Baxışov 1992-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində baş idarə rəisi vəzifəsində işləyib.

1992-ci ildən etibarən Əlövsət Baxışov Azərbaycan Respublikası Veteranlar Şurası daxilində ayrı-ayrı vəzifələri tutmuş, o cümlədən daimi komissiya sədri, məsul katib və sədrin birinci müavini kimi çalışıb, 2008-ci ildə isə həmin təşkilatın IV qurultayında Şuranın sədri vəzifəsinə seçilib.

Əlövsət Baxışov dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Əlövsət Baxışov 2 dəfə "Lenin" ordeni və 14 medalla təltif edilib, "Şöhrət" ordeninə layiq görülüb.

Əlövsət Məmmədşah oğlu Baxışov 2013-cü il iyun ayının 3-də vəfat etmişdir.

  • Әлөвсәт Мәммәдшаһ оғлу Бахышов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 53.
  1. "Əlövsət Baxışovun vəfatı ilə bağlı neqroloq imzalandı". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.