Asif Hüseynov

Asif Hüseynov (25 aprel 1981, Qalaqayın, Sabirabad rayonu) — Şabran Rayon İcra Hakimiyyətinin başçısı.

Asif Hüseynov
bayraq
Şabran Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
5 aprel 2019-cu ildən
ƏvvəlkiNovruz Novruzov
bayraq
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
12 oktyabr 2015 – 5 aprel 2019
ƏvvəlkiArif Qasımov
SonrakıNovruz Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi 25 aprel 1981(1981-04-25) (43 yaş)
Doğum yeri
Təhsili Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
Elmi fəaliyyəti
Elmi dərəcəsi iqtisad üzrə fəlsəfə doktoru

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Hüseynov Asif Həbib oğlu 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur.

Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirmişdir.

Əmək fəaliyyətinə başladığı dövrdən ARDNŞın Heydər Əliyev adına Neft Emalı Zavodunda və ARDNŞ-ın Sosial İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışmış, 2015-ci ilin oktyabr ayının 12-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəis müavini olmuşdur.

2015–2019-cu illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.