Arif Bərdəli — Tibb Elmləri doktoru, professor.
Arif bərdəli 1962-cü ildə Azərbaycan Respublikası Bərdə rayonu Arabaçılar kəndində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Tibb Universitetində almışdır.Hal-hazırda Türkiyə Cümhuriyyətində yaşayır. Türkiyə Egey Universitetinin Molekulyar Tibb Laboratoriyasında fəaliyyət göstərir.
Tibb Elmləri doktoru, professor
- "Genetik xəstəliklər mütəxəssisi";
- "Uşaq xəstəlikləri mütəxəssisi";
- "Revmatoloji xəstəliklər mütəxəssisi";
- Molekulyar Genetika sahəsində fəlsəfə elmləri doktoru alimlik dərəcəsi, Milan Universiteti;
- Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülmüşdür.
- Rusiya Səhiyyə Nazirliyinin Uşaq xəstəliklər İnstitutunda həkimlik təcrubəsi;
- Türkiyənin İzmir şəhərində "Şəfa Özəl Xəstəxanalar" şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurub və rəhbəri olub;
- Egey Üniversitetində Kök Hüceyrəsi kafedrasının qurucusu və professorudur, tibb fakültəsində Molekulyar Tibb laboratoriyasının müdiridir;
- Yaratdığı Molyekulyar Tibbi Laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir;
- İngilscə nəşr olunan SCI indeksli jurnallarda 145 məqaləsi yayınlanıb. Dünya ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri ona aiddir. SCI indeksli jurnallarda 62 elmi tezisi dərc olunub, beynəlxalq konfrans və simpoziumlarda 172 elmi məruzə ilə çıxış edib. Türk dilində nəşr olunan 34 məqalənin muəllifidir və Türkiyədəki konfranslarda 191 elmi təqdimatı var. 603 elmi məqaləsinə dünya tibb ədəbiyyatında dərc olunan 1700 elmi işdə istinad edilib. Dünyanın 230 müxtəlif elmi qurumu tərəfindən təsdiqlənmiş genetik layihəninin müəllifidir. Elmi fəaliyyəti dövrundə 92 elmlər namizədi və tibb elimləri doktoru yetişdirib.
- Bütövlükdə dünya tibb elmində 315 müxtəlif genetik xəstəliyin molekulyar diaqnostikasının hərtərəfli və elmi cəhətdən əsaslandırılmış tədqiqatları elmi fəaliyyəti ilə bağlıdır.
- Beynəlxalq dərəcəli tibbi nəşrlərdə dərc olunmuş 25 elmi və araşdırma istiqamətində olan 129 məqalənin müəllifidir.