Arif Mirzəquliyev

Arif Teyyub oğlu Mirzəquliyev — Ləzgi əsilli[2] Azərbaycan aktyoru və həkimi.

Arif Mirzəquliyev
Doğum tarixi [1]
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (51 yaşında)
Vəfat yeri Bakı
Vəfat səbəbi Ürək çatışmazlığı
Fəaliyyəti Aktyor
IMDb ID3742358

Həyatı[redaktə | mənbəni redaktə et]

Arif Teyyub oğlu Mirzəquliyev ixtisasca həkim olub.İlk əvvəl o,Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutunda təhsil almışdır.Amma ailəsində hamı həkim olduğundan və atasının xahişindən sonra Azərbaycan Dövlət Tibb İnstutuna daxil olur və nevropatoloq ixtisasına yiyələnir. Bir neçə kinoya çəkiləndən sonra sənətindən uzaqlaşır və ömrünün sonuna kimi həkim vəzifəsində çalışır.Buna baxmayaraq o,istedadlı aktyor kimi özünü sübut etməyi bacarır. Onun "Görüş" filmində yaratdığı Kamil və "O olmasın,bu olsun" filmində canlandırdığı Sərvər obrazı tamaşaçıların yaddaşına əbədi həkk olmuşdur. İki övladı olan Arif Mirzəquliyev 1990-cı ildə vəfat edib.[3]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Görüş (film, 1955)
  2. O olmasın, bu olsun (film, 1956)
  3. Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
  4. Üzeyir ömrü (film, 1981)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arif Mirzəquliyev-90". Azərbaycan Dövlət Film Fondu. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2022.
  2. . (#archive_missing_date) tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
  3. Yaddan çıxmış sənətkarlar....