Üzeyir ömrü (film, 1981)

Üzeyir ömrü və ya Uzun ömrün akkordları — Xalq yazıçısı, müəllif və rejissor Anarın quruluşunda eyniadlı film.[2]

Üzeyir ömrü
Fayl:Üzeyir ömrü (film, 1981).jpg
Janr dram
komediya
bioqrafik
musiqili
Rejissor Anar Rzayev
Ssenari müəllifi Anar Rzayev
Baş rollarda Hüseynağa AtakişiyevÜzeyir Hacıbəyov
Yalçın Əfəndiyev — Üzeyir uşaqlıqda
Nəcibə MəlikovaXurşid Banu Natəvan
Qədir RüstəmovCabbar Qaryağdı
Ramiz QuliyevQurban Pirimov
Rüstəm RüstəmzadəƏbdürrəhim bəy Haqverdiyev
Məmməd MəmmədovMüslüm Maqomayev
Əli ZeynalovHəsən bəy Zərdabi
Mikayıl MirzəHüseynqulu Sarabski
Mikayıl Kərimov — Hüseyn Ərəblinski
Yaşar NuriZülfüqar Hacıbəyov
Həmidə Ömərova — Məleykə xanım Hacıbəyov
Operator Zaur Məhərrəmov
Rəssam Rafiz İsmayılov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 10 yanvar 1982
Filmin digər adı Uzun ömrün akkordları[1]
Filmin növü tammetrajlı bədii film
Müddət 163 dəq.
1-ci seriya: 88,5 dəq. (88 dəq. 38 san.)
2-ci seriya: 74 dəq. (74 dəq. 15 san.)
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
Texniki məlumatlar 2 seriya
17 hissə
4850 metr
35 mm
"Svema" kinolenti (Şostka kimya kombinatı)
Rəng rəngli
IMDb ID1198151

Film bəstəkar Üzeyir Hacıbəyovun uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Sənətkar, mübariz ziyalı, gözəl insan. Tamaşaçılar bu nəcib keyfiyyətlərin hamısını Üzeyir Hacıbəyovda görür və dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Filmdə bəstəkarın ayrı-ayrı əsərləri, o cümlədən "Leyli və Məcnun"u, "Arşın Mal Alan"ı və "Koroğlu"sunun səhnə taleyi də öz əksini tapmışdır.

Filmdə SSRİ Dövlət Filmfondundan və Azərbaycan SSR Mərkəzi Dövlət kinofotosənədlər arxivində saxlanılan bədii və sənədli filmlərdən alınmış fraqmentlərdən istifadə olunmuşdur.

Filmdə Üzeyir Hacıbəyovun əsərləri və Azərbaycan xalq musiqisi, habelə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səslənir.

Filmdə "Küləklər şəhəri", "Arşın mal alan", "O olmasın, bu olsun", "Doğma xalqıma", "Bəstəkar Müslüm Maqomayev" filmlərindəki kadrlardan istifadə olunmuşdur.

Film SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sifarişilə çəkilmişdir.

Film iki seriyalıdır.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Anar
Quruluşçu rejissor: Anar
Quruluşçu operator: Zaur Məhərrəmov
Quruluşçu rəssam: Rafiz İsmayılov
Səs operatoru: Əziz Şeyxov
Rejissor: Rafiq Dadaşov
Operator: Nemət Rzayev
Geyim üzrə rəssam: Kazım Kazımzadə
Montaj edən: Tahirə Babayeva
Qrim üzrə rəssam: Elbrus Vahidov
Rejissor assistentləri: T.Məmmədov, Süleyman Əhmədov
Operator assistenti: Aydın Mustafayev
Rəssam assistentləri: M.Manuvaxova, A.Məmmədov
Montaj üzrə assistent: Nisə Hacıyeva
Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
İşıq üzrə usta: V.Ağacanov
Musiqi redaktoru: Nazim Əliverdibəyov
Redaktor: Toğrul Cuvarlı
Məsləhətçi: Niyazi Hacıbəyov-Tağızadə (SSRİ xalq artisti, Sosialist əməyi qəhrəmanı, SSRİ Dövlət mükafatları, C.Nehru adına bəynəlxaql mükafat və Üzeyir Hacıbəyov adına respublika mükafatı laureatı, Üzeyir Hacıbəyov adına Dövlət Simfonik orkestrinin bədii rəhbəri)
Filmin direktoru: Rimma Abdullayeva
Oxuyurlar: Bülbül, Şövkət Məmmədova, M.Əliyev, Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Maqomayev, Ağababa Bünyadzadə, A.Rzayeva, Mobil Əhmədov, Rübabə Muradova, Arif Babayev, Qədir Rüstəmov, Mirzə Babayev, Fidan Qasımova, Akif İslamzadə, A.Əliyeva, "Qarabağ Bülbülləri" Uşaq Ansamblı
Tarda çalır: Bəhram Mansurov
Hüseynağa AtakişiyevÜzeyir Hacıbəyov
Yalçın Əfəndiyev — Üzeyir uşaqlıqda
Nəcibə MəlikovaXurşid Banu Natəvan
Qədir RüstəmovCabbar Qaryağdı
Ramiz QuliyevQurban Pirimov
Rüstəm RüstəmzadəƏbdürrəhim Haqverdiyev
Məmməd MəmmədovMüslüm Maqomayev
Əli ZeynalovHəsən bəy Zərdabi
Mikayıl MirzəyevHüseynqulu Sarabski
Mikayıl Kərimov — Hüseyn Ərəblinski
Yaşar NuriZülfüqar Hacıbəyov
Həmidə Ömərova — Məleykə xanım Hacıbəyov
İbrahim ƏliyevƏhməd Ağdamski
Şahmar ƏləkbərovMirzəağa Əliyev
Maya İsgəndərova — Şövkət Məmmədova
Tofiq Mirzəyev — aparıcı
Ağarəfi Rəhimov — köməkçi
Kamil MəhərrəmovMirzə Muxtar
İlham Əhmədov — jurnalist
İlham Xanbudaqov — jurnalist
T.Məmmədov — məşədi
Ələsgər Məmmədoğlu — jurnalist
Əli HaqverdiyevHənəfi Terequlov
Rafiq Əliyev — Əli Terequlov
Aydın Əzimov — redaksiyanın əməkdaşı
Gülşən Ənnağıyeva — Leyli
A.Rzaquliyeva — Leyli
Fərhad Hüseynov — Ağalar Əliverdibəyov
Şəmsi Şəmsizadə — Üzeyirin atası
Tanilə Əhmərova — Üzeyirin anası
Firəngiz ŞərifovaHəsən bəy Zərdabinin arvadı
Məmməd Əlili — Dadaş
Cahangir Məmmədov — hacı
Osman Həqqi — türk konsul
Rafiq Kərimov — fotoqraf
Şamil SüleymanovƏbdürrəhman Fərəcov
Zilli Namazov — Üzeyirin tanışı
Mayak Kərimov — jurnalist
K.Məmmədov
R.Şifrin

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Allahverdi Yolçuyev — su alan (titrlərdə yoxdur)
Vaqif MustafayevAbbas Səhhət (titrlərdə yoxdur)
Ötkəm İsgəndərov — tələbə (titrlərdə yoxdur)
Mirzə Babayev — şeir deyən (titrlərdə yoxdur)
Əhməd Əhmədov — qoçu (titrlərdə yoxdur)
Həsənağa Turabov — aparıcı (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
Pərviz Bağırov — Cabbar Qaryağdı (Qədir Rüstəmov) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov — Əbdürrəhim Haqverdiyev (Rüstəm Rüstəmzadə) (titrlərdə yoxdur)
Rasim Balayev — Üzeyir Hacıbəyov (Hüseynağa Atakişiyev) (titrlərdə yoxdur)
Mirvari Novruzova — Həsən bəy Zərdabinin arvadı (Firəngiz Şərifova) (titrlərdə yoxdur)
Fəxrəddin ManafovHüseyn Ərəblinski (Mikayıl Kərimov) (titrlərdə yoxdur)
Hamlet Xanızadə — Mirzə Muxtar (Kamil Məhərrəmov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Şövkət Məmmədova (özü) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli — jurnalist (titrlərdə yoxdur)
Əfrasiyab Məmmədov — türk konsulu (Osman Həqqi) (titrlərdə yoxdur)
Ədalət Məmmədov — Müslüm Maqomayev (Məmməd Məmmədov) (titrlərdə yoxdur)

Arxiv kadrlarda iştirak edənlər

[redaktə | mənbəni redaktə et]
Üzeyir Hacıbəyov
Xurşid Banu Natəvan (şəkil)
Cabbar Qaryağdı
Qurban Pirimov
Əbdürrəhimbəy Haqverdiyev (şəkil)
Müslüm Maqomayev (şəkil)
Həsən bəy Zərdabi (şəkil)
Hüseynqulu Sarabski
Hüseyn Ərəblinski (şəkil)
Zülfüqar Hacıbəyov (şəkil)
Məleykə Hacıbəyova (şəkil)
Əhməd Ağdamski (şəkil)
Mirzağa Əliyev
Şövkət Məmmədova
Fərhad Bədəlbəyli (şəkil)
Niyazi
Rəşid Behbudov (şəkil)
Rəsul Rza
Bülbül
Nəriman Nərimanov (şəkil)
Nikolay Qoqol (şəkil)
Həqiqət Rzayeva (şəkil)
Ələkbər Hüseynzadə
İsmayıl Əfəndiyev
Leyla Bədirbəyli
Lütfəli Abdullayev
Fatma Mehrəliyeva
Tamara Gözəlova
Əliağa Ağayev
Barat Şəkinskaya
Arif Mirzəquliyev
Zeynəb Xanlarova
Rəhilə Mustafayeva
Müslüm Maqomayev
Sona Aslanova
Həsənağa Salayev
Fikrət Əmirov
Xuraman Qasımova
Aqşin Əlizadə
Anar
Dmitri Şostakoviç (şəkil)
Qara Qarayev
  1. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.
  2. “Uzun ömrün akkordları”: [Xalq yazıçısı, müəllif və rejissor Anarın quruluşunda eyniadlı filmin nümayişi haqqında] //Mədəniyyət.- 2015.- 23 sentyabr.- S.5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 305-306; 311.
  • Həsənova, T. “Üzeyir Hacıbəyov və Azərbaycan kinosu”. //Kino.- 2006.- 29 sentyabr.- səh. 7.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]