Arif Nihat Asya

Arif Nihat Asya (7 fevral 1904, Çatalca ilçəsi, İstanbul ili5 yanvar 1975, Ankara) — Şair Yazar Müəllim Siyasətçi Cumhuriyyət dönəmi Türk şeirlərinin vacib təmsilçilərindəndir. Sadə bir üslubla milli dəyərləri və dini həyəcanlardan bəhs edən şeirlər yazıb. "Bayrak, Bir Bayrak Rüzgar Bekliyor, Fetih Davulları, Selimler, Kubbeler, Süleymaniye" ən tanınmış şeirləridir. "Bayrak" şeirinə görə Türk ədəbiyyatında "Bayrak şairi" olaraq da xatırlanır. Bir zamanalar TBMM'də millətvəkili olaraq işləmişdir. [1]

Arif Nihat Asya
türk. Arif Nihat Asya
Doğum tarixi 7 fevral 1904(1904-02-07)
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1975(1975-01-05) (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Qarşıyaxa qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti şair, müəllim, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1904-cü ildə Çatalca'nın "İnceğiz" kəndində doğulub. Əsl adı Mehmet Arifdir. Tokatlı Zivər Əfəndi ilə Tırnovalı Zəhra Xanım'ın tək uşağı idi. Hələ uşağikən atası vəba xəstəliyindən vəfat edib. Anasın evlənib Filistin'e getməsinə görə üç yaşından etibarən qohumlarının yanında böyüdüldü. Təhsil həyatı Örçünlü kənd məktəbində başladı. Nənəsinin ölümündən sonra ona baxmağı üstlənən bibisi ilə birliksə "Balkan Savaşı"ndan qısa bir zaman öncə İstanbula köçdü." Kocamustafapaşa" və "Haseki" məhəllə məktəblərində təhsil gördükdən sonra 1-ci Dünya Müharibəzi illərində "Gülşen-i Maarif Rüştiyesi"ne davam etdi. Bu dönəmdə şeir yazmağa başladı. Bəzi dastançıların "Haseki"də oxuyaraq satdıqları hərb dastanları onu şeriə yönləndirən ilk nümunələr idi. Orta təhsilini pulsuz olaraq "Bolu" və "Kastamonu" kolleclərində tamamladı. Təhsilinə "Dârü'l-Muallimîn-i Âliye" (sonrakı adı Yüksək Müəllim Məktəbi, bugünkü İstanbul Univerisiteti Yüksək Müəllimlik Məktəbi) Ədəbiyyat sahəsində davam etdi. İlk şeir kitabı olan "Heykeltıraş", 1924-cü ildə bu məktəbdə şagird ikən yayımlandı. Yüksək Müəllim Məktəbi axırıncı sinifdə ilk həyat yoldaşı olan "Hatica Semiha" Xanım'la evləndi. Bu evlilikden iki uşağı oldu. 1928-ci ildə məzun olduqdan sonra ədəbiyyat müəllimi olaraq Adanaya təyin oldu. Adana Qız Kolleci və Oğlan Kollecində müəllimlik və idarəçilik etdi. Adana'da müəllimlik etdiyi dönəmdə, 1933-cü ildə "Üsküdar Mevlevihanesi" nin son şeyxi "Ahmet Remzi Akyürek"lə tanış olan Arif Nihat, dərvişlik çiləsini çəkib Mevlevilikdə şeyxlik məqamına qədər yüksəldi milli şeirlərdən əlavə mistik şeirlər də yazdı. Şair, 1940-cı ildə Adana'nın düşmən işğalından qurtuluşunun qeyd edildiyi 5 yanvar günü edilən tədbir üçün "Bayrak" adlı şeiri ilə tanındı və "Bayrak Şairi" olaraq anıldı. Şair öncə "Görüşlər" jurnalında yayımlanmış daha sonra da "Bir Bayrak Rüzgâr Bekliyor" adlı şeir kitabının 1946-cı ildə çıxan ilk nəşrində yer alıb. 1941-ci ildə ilk evliliyini sonlandıran şair, kimya müəllimi Servet Akdoğan ilə ikinci evliliyini edib və bu evlilikdən də bir qız, bir oğlanı uşağı var. 1950 Türkiyə seçimlərində Demokratik Partiyanın siyahısında Arif Nihat Asya Adana namizəd oldu. Seçimləri Türkiyə Böyük Millət Məclisinə girdi. Sonunda bu işlərdən imtina edib, müəlliliyinə geri döndü. Qısa bir zaman "Eskişehir Lisesi"ində müəllim kimi fəaliyyət göstərdi. Çox uzun bir zaman çalışmamasına baxmayaraq şerində Eskişehirin çox yer alması və bu şəhərdə çox mənimsəmiş olması bir zamanlar Eskişehir millətvəkilliyi etdiyi və "Bayrak" şeirinin Eskişehirdə yazıldığı kimi yanlış bilgilərin günümüzdə bir çox istinadda yer almasına yol açıb.[2] Arif Nihat Asya, 1955-ci ildən etibarən "Ankara Gazi Lisesi"ndə və" Ankara Polis Koleji"nde ədəbiyyat müəllimiyi etdi. Kiprdə vəzifələndirilib iki il də "Lefkoşa Erkek Lisesi"də işlədikdən sonra 1962-ci ildə Ankaraya qayıtdı və "Gazi Lisesi"ndən təqaüdə ayrıldı. Təqaüdə çıxdıqdan sonra "Yeni İstanbul" və "Babıali"də Sabah qəzetlərində yazılar yazdı. dekabr 1974-cü ilin sonlarında xəstələnərək xəstəxanaya köçürüldü. 5 yanvar 1975-ci ildə isə öldü. Qəbri Ankara Qarşıyaxa Qəbiristanlığındadır.[3]

Ədəbi Həyatı

[redaktə | mənbəni redaktə et]

Milliyətçi şeirləriylə tanınan Arif Nihat Asya, yurdun gözəlliklərini, təbiətindən bəhs edən, Türklüyü ucaldan şeirlər yazmışdır. Ən çox istifadə etdiyi nəzm şəkli Rubaidir. Rubailərdən ibarət beş ayrı kitab yazmışdır. İstifadə etdiyi ən çox janrlar qəhrəmanlıq və tarix, din, sevgi, təbiət və kənd gözəllikləridir. Şeirlərində gündəlik Türkcəni bir sənət dili halına gətirərək istifadə edən Arif Nihat'ın rahat, və sadə bir üslubu vardır. Şeiri üzərində Yahya Kemalın açıq təsiri görülür. Sosial və siyasi mövzuları, yurd sevgisini, dostlarını, yaxın çevrəsini, tarixi mövzuları, dini məsələləri, sevgini, təbiəti əhatə edən mövzular daha çox yer alır. [4]

Kitabları

  1. Kanatlarını Arayanlar
  2. Bir Bayrak Rüzgâr Bekliyor
  3. Kubbeler
  4. Ses ve Toprak
  5. Top Sesleri
  6. Dualar ve Aminler
  7. Kökler ve Dallar
  8. Aramak ve Söyleyememek
  9. Fatihler Ölmez ve Takvimler
  10. Ayın Aynasında
  11. Rübaiyyat-ı Arif 1
  12. Rübaiyyat-ı Arif 2

Şeirləri

  1. Heykeltıraş (1924)
  2. Yastığımın Rüyası (1930)
  3. Ayetler (1936)
  4. Bir Bayrak Rüzgâr Bekliyor (1946)
  5. Kubbe-i Hadrâ (Mevlana üzerine, 1956)
  6. Kökler ve Dallar (1964)
  7. Emzikler (1964)
  8. Dualar ve Aminler (1967)
  9. Aynalarda Kalan (1969)
  10. Bütün Eserleri (1975–1977)
  11. Rubaiyyat-ı Ârif (rubailer, 1956)
  12. Kıbrıs Rubaileri (rubailer, 1964, 1967)
  13. Nisan (rubailer, 1964)
  14. Kova Burcu (rubailer, 1967)
  15. Avrupa'dan Rubailer (1969)
  16. Şiirler (Ahmet Kabaklı derledi, 1971)
  17. Bütün Eserleri (1975–1977, Ötüken Yayınları)
  18. Bayrak (1940) [9]
  19. Çocuk ve Ağaç
  20. Bayrak Şiiri

Düz yazıları

  1. Kanatlar ve Gagalar (özdeyişler, 1946)
  2. Enikli Kapı (makaleleri, 1964)
  1. "Bayrak şiiri". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
  2. "Arxivlənmiş surət". 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
  3. "Arif Nihat Asya". 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
  4. "Arif Nihat Asya". 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.