Arif Şamil oğlu Qazıyev (d. 2 yanvar 1937, İrəvan, Ermənistan Sovet Sosialist Respublikası - ö. Bakı, Azərbaycan Respublikası, 3 sentyabr 2021) — məşhur heykəltaraş və Qazıyevlər ailəsinin üzvü Şamil Qaziyevin oğlu, məşhur rəssam və heykəltaraş, Bakı Rəssamlıq Akademiyasının müəllimi, Azərbaycanın əməkdar incəsənət xadimi və Azərbaycanın xalq rəssamı (2018).
Arif Qazıyev | |
---|---|
Arif Şamil oğlu Qazıyev | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Şamil Qazıyev |
Fəaliyyəti | heykəltaraşlıq |
Mükafatları |
Heykəltaraş Şamil Qazıyevin oğlu 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olmuşdur. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini (indiki rəssamlıq Akademiyasını, 1958) və Moskvada V.Surikov adına Rəssamlıq Akademiyasını (1965) bitirmişdir.[1][2]
Təhsilini tamamladıqdan bir müddət sonra Bakı Rəssamlıq Universitetində müəllim işləməyə başlamışdır.
Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyug”, ”İki bumeranq” və s. əsərlərin müəllifidir. 1957-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə iştirak etmişdir. Əsərləri müxtəlif muzeylərdə (“Bakılı qız”, ”Məhəmməd Nəsirəddin Tusi” - R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, ”Tarla gözəli” - Şərq Sənətləri Muzeyi (Moskva) və s.), habelə ABŞ, Almaniya, Avstriya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.[1][2]
Arif Qazıyevin həyat yoldaşı Firəngiz xanım Abbas qızı 1944-cü ildə Bakıda anadan olub. Uşaqları Emin və Samir heykəltaraşdırlar, İlahə xanım isə rəssam-dizaynerdir, evlidilər.[4]
Arif Qazıyev 3 sentyabr 2021-ci ildə 84 yaşında vəfat etmişdir.[5]