Bu məqaləni vikiləşdirmək lazımdır. |
Arif Əliabbas oğlu Salahov (18 avqust 1937, Digah – 25 aprel 2006, Bakı) — artilleriya general-mayoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk 4 zabitindən biri olmuşdur.[1]
Arif Salahov | |
---|---|
Arif Əliabbas oğlu Salahov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Digah, Abşeron |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1956-2006 |
Rütbəsi | General-mayor |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Arif Salahov 18 avqust 1937-ci ildə Abşeron rayonunun Digah kəndində anadan olmuşdur.[1][2]
1955-ci ildə kənddə yerləşən 106 nömrəli orta məktəbi bitirmişdir. 26 oktyabr 1956-cı ildə SSRİ Silahlı Qüvvələrinin sıralarına hərbi xidmətə çağırılmışdır. 1956-1958-ci illər Leninqrad hərbi dairəsinin Lomonosov şəhərində yerləşən təlim tank alayında xidmət keçmişdir. 1958-1961-ci illər Tula Hərbi Artilleriya Məktəbində təhsil almışdır. 1961-ci ildə Məktəbi bitirdikdən sonra “leytenant” hərbi rütbəsi verilmişdir. 1961-1965-ci illər Odessa hərbi dairəsinin Tiraspol şəhərində yerləşən 59-cu motoatıcı diviziyada taqım komandiri vəzifəsində xidmət etmişdir.
1965-1970-ci illər Penza Ali Mühəndis-Artilleriya Məktəbində təhsil almışdır. 1970-ci ildə Məktəbi bitirdikdən sonra SSRİ Silahlı Qüvvələrinin Almaniya Demokratik Respublikasının Stendal şəhərində yerləşən 207-ci motoatıcı diviziyaya xidmətini davam etdirmək üçün göndərilmişdir. 1970-1972-ci illər diviziiyanın artilleriya alayının rəisi, 1972-1975-ci illər artilleriya divizionunun qərargah rəisi vəzifəsində xidmət etmişdir.[1]
1975-1976-cı illər Zaqafqaziya hərbi dairəsinin Lənkəran şəhərində yerləşən 60-cı motoatıcı diviziyanın 774-cü əlahiddə artilleriya divizionunun qərargah rəisi vəzifəsində xidmət etmişdir. 1976-1977-ci illər 60-cı motoatıcı diviziyanın 20-ci motoatıcı alayında artilleriya rəisi vəzifəsində xidmət etmişdir. 1977-1980-cı illər 60-cı motoatıcı diviziyanın tərkibində olan Port-İliç şəhərində yerləşən artilleriya alayının komandiri vəzifəsində xidmət etmişdir.
1980-1985-ci illər Kirovabad (Gəncə) şəhərində yerləşən 23-cü motoatıcı diviziyanın Raket-Artilleriya qoşunlarının rəisi vəzifəsində xidmət etmişdir.
1985-1986-cı illər Bakı şəhərində yerləşən 295-ci motoatıcı diviziyanın Raket-Artilleriya qoşunlarının rəisi vəzifəsində xidmət etmişdir.
1986-1990-cı illər Bakı şəhərində yerləşən 4-cü ordunun Gərargah rəisinin müavini - Təşkilatı-Səfərbərlik şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. 25 may 1990-cı ildə SSRİ Silahlı Qüvvələrinin sıralarında tərxis olunmuşdur. 1991-ci ilin oktaybr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına çağırılmışdır. 1992-ci ilin Yanvar ayının 30-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Artilleriya və HHM komandanı vəzifəsində xidmət etmişdir. 5 sentyabr 1992 – 25 aprel 1993-cü illər 922 nömrəli artilleriya briqdasının komandiri vəzifəsində xidmət etmişdir, Ağdam-Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir.[3]
25 aprel 1993 – 1 iyun 1993-cü il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təşkilatı-Səfərbərlik idarəsinin rəisi vəzifəsində xidmət etmişdir.
1 iyun 1993 – 1 noyabr 1993-cü il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandiri vəzifəsində xidmət etmişdir, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
10 noyabr 1993 – 2 iyul 1995-ci il Azərbaycan Respublikası Müdafiə Nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsində xidmət etmişdir, Beyləqan-Füzuli-Horadiz istiqamətlərində gedən döyüşlərə şəxsən rəhbərlik etmişdir.
14 iyul 1995 – 8 sentyabr 1998-ci illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Müfəttişlik idarəsinin rəisi vəzifəsində xidmət etmişdir.[3]
9 sentyabr 1998 – 2006-cı illər 109 nömrəli hərbi hissənin artilleriya rəisi vəzifəsində xidmət etmişdir.
Salahov Arif Əliabbas oğluna 22.08.1961-ci il tarixdə “leytenant”, 19.10.1964-cü il tarixdə “baş leytenant”, 24.01.1970-ci il tarixdə “kapitan”, 26.04.1974-cü il tarixdə “mayor”, 21.07.1978-ci il tarixdə “podpolkovnik”, 12.09.1983-cü il tarixdə “polkovnik”, 21.04.1994-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 134 nömrəli fərmanı ilə “general-mayor” hərbi rütbələri verilmişdir.
Silahlı Qüvvələr sıralarında xidmətlərinə görə çox sayda orden və medallarla təltif olunmuşdur. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.[1][4]
25 mart 2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir.