Armeriya (lat. Armeria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Armeriya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Armeriya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
cinsin adı qədim fransız sözündən götürülmüş, mənası saqqallı qərənfil deməkdir. Armeriya xarici görünüşcə qərənfilə çox oxşardır. Bu çoxillik ot bitkisi Avropa, Şimali Afrika və Qərbi Asiyanın dağlıq və sahilyanı vilayətlərində bitir, təxminən 50-yə yaxın növü vardır. Gülçülükdə 10 növündən geniş istifadə olunur. Onlardan Dənizyanı armeriya (A. maritima) - sıx rozetlər əmələ gətirən, tünd-yaşıl, yastı yarpaqları olan çoxillik bitkidir. Yaşıllaşdırmada, parkların, bağların, ofis interyerlərinin bəzədilməsində və eyni zamanda otaq bitkisi kimi də geniş istifadə olunur. Yarpaqları çılpaq və ya azca tüklü olur. Çəhrayı, bənövşəyi və ya al-qırmızı çiçəkləri qısa, sallaq saplaqlarda yerləşir. Dənizyanı armeriya 1627-ci ildən Rusiyada geniş yayılmışdır. Armeriyanı toxumlarla çoxaltmaq olar. Bu bitkinin normal həyat tərzi keçirməsi üçün yüngül, nəmli, qumluca torpaq və günəşli yer lazımdır. Vegetativ çoxaltma üçün xırda, kökətrafı rozetlərdən istifadə etmək mümkündür.