Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Arpaçay Karate Klubu — karate-do idman növü üzrə klub.
Klubun prezidenti Azərbaycan Milli Karate Federasiyasının Naxçıvan Muxtar Respublikasındakı Nümayəndəliyinin rəhbəri, IV dan qara kəmər sahibi, Əməkdar məşqçi Yavər Ənvər oğlu Hüseynov, klubun birinci vitse-prezidenti Əməkdar bədən tərbiyəsi və idman xadimi Hidayət Mikayıl oğlu Şabanov, baş məşqçisi beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Vüqar Kərimovdur.
Klubun Azərbaycanın 10 yaxın regionunda filialı var. Həmin filiallarda məşqçilər Rasim Ağayev (Bakı), Mehman Əlirzayev (Bakı, Sumqayıt), Toğrul Adilli (Bakı), Pərviz Quliyev (Buta-Sumqayıt), İsa Qasımov (Sumqayıt), Yasin Cəfərov (Gəncə), Mahir Məmmədov (Gəncə), Samir Ələkbərov (Ağstafa), Niyazi Cəndirli (Ağstafa), Füzuli İsmayılov (Xaçmaz) və digərləri karate idman növü üzrə idmançılar hazırlayırlar.
Arpaçay Karate Klubu 2015-ci ildə təsis olunub.[1] Azərbaycanın aparıcı karate klublarından biri olan Arpaçay Karate Klubu qısa müddətdə Azərbaycan Milli Karate Federasiyasının yeniyetmələrdən ibarət yığma komandasına ən çox idmançı yetişdirən kluba çevrilib.
2020-ci il ərzində əldə etdiyi uğurlara görə "MA Media Group" və "Lider" televiziya kanalının "İlin ən yaxşısı" nominasiyası üzrə keyfiyyət simvolu seçilib. 2020-ci ilin yekunlarına görə, Arpaçay Karate Klubu karate-do idman növünün inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə Bakı Karate-do Akademiyası tərəfindən də fəxri diplomla təltif edilib.
2021-ci ilin yanvarında Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və idman sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin Fəxri Fərmanı ilə təltif edilib.
Klub tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ilk beynəlxalq yarış 2016-cı ilin yanvarında keçirilib. Bundan sonra ənənəvi olaraq 20 Yanvar faciəsinin ildönümü ərəfəsində şəhidlərimizin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir keçirir. Eyni zamanda Arpaçay Karate Klubu vaxtaşırı Vətənin azadlığı və bütövlüyü uğrunda mübarizə aparan və şəhid olan qəhrəmanların əziz xatirəsinə həsr olunmuş yarışlar keçirməklə onları bir daha yad edir.
2016-cı ildəki ilk açıq çempionatda 400, 2017-ci ildə 600, 2018-ci ildəki üçüncü turnirdə 810, 2019-cu ildə keçirilən, sonuncu "Arpachay Open" adlanan beynəlxalq turnirdə isə 10 ölkədən 1150 nəfər idmançı iştirak edib. Sonuncu, 2020-ci ilin yanvarında keçirilən turnirdə Azərbaycan komandası ilə yanaşı, 10-dan çox ölkədən, o cümlədən Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İran, İsrail, Özbəkistan, Qazaxıstan, Ukrayna və Çexiyadan 1100-dək idmançı qüvvəsini sınayıb.
2019-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş "Naxchıvan Open" beynəlxalq turniri keçirilmişdir. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən (10 ölkə) 400-ə yaxın idmançı iştirak etmişdir.
Klubun 150-yə yaxın idmançısı, 30-a yaxın üzvü olan "yığma komanda"sı mövcuddur.
Hər il keçirilən Karate üzrə Respublika Çemionatında yüksək yerlər qazanan Arpaçay Karate Klubunun bir çox idmançısı Milli Karate Federasiyasının yeniyetmə və gənclərdən ibarət yığma komandalarının üzvüdür.