Artemisia affinis

Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Adi yovşan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü  50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir. Səbətcikləri kiçik olub, uzunluğu 2-4mm, eni 1-1,5mm, yumurtaşəkilli, sonu itiuclu və sarımtıl-yaşıl rənglidir. Kirəmitəbənzər 10-20 ədəd yarpaqcığı və 3-5 ikicinsli boruşəkilli və daxili qapalı sarınmış çiçəkləri vardır. Sarınmış yarpaqları hamar, parlaq, qayığabənzər, orta hissəsi sarımtıl-yaşıl, kənar hissələri isə bölünməklə, tükcüklərdən ibarətdir. Çiçəkləri sarımtıl-yaşıl və ya qonur-yaşıldır. Spesifik kəskin iyli və ədviyyəli-acı dadlıdır. İyun-avqust aylarında çiçəkləyir, sentyabr-oktyabr aylarında isə meyvələri yetişir.

Alaqotu olan yerlərdə, yeni pöhrəliklərdə, rütublətli torpaqlarda, yaşayış məntəqələrinə yaxın yerlərdə, yol ətraflarında, bostan və bağlarda yaşayır.

Yovşanının çiçək və yarpaqları avqust və sentyabrın ortalarına qədər – çiçək açana kimi toplanılır. Xammal əl ilə toplanılır. Xammal çardax və naveslərdə, kölgədə havası dəyişilən yerlərdə, kağız və parça üzərində  3-5 sm qalınlığında sərilməklə qurudulmalıdır. Quruducu şkafda 40ºС temperaturada qurudulmalıdır. Quru  havada otu 5-7 gün, yarpaqları isə 3-5 gün ərzində sərilərək qurudulur.

Quru, sərin və havası tez-tez dəyişilən yerlərdə saxlanılmalıdır. Aptekdə yeşiklərdə, anbarda isə taylarda saxlanılmalıdır. Saxlanılma müddəti 4 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Ot və yarpaqlarının tərkibində 0,

5-2% efir yağı, bitsiklik monoterpenoidlərdən tuyol (10-25%), tuyon (10%), azulen tərkibli seskviterpenli laktonlar, acı dad olan artabsin və absintin vardır. Çiçəklərinin tərkibində 7% santonin, 2% efir yağı, başlıca komponenti sienoldan (70-80%) ibarətdir. Yağının yaşıl-göy rəngli olması tərkibindəki azulenin olması ilə bağlıdır. Bundan başqa flavonoidlər, üzvi turşular, aşı maddələri, karotinoidlər və digər maddələrdən ibarətdir.

İştahartırıcı dərmandır. Acı maddələr ağızdakı reseptorlara təsir edərək, reflektor olaraq mədə-bağırsağın sekretor funksiyası güclənir. Bu başlıca olaraq absintiumdan asılıdır. Absintium öd, pankreas və öd şirəsinin ifrazını artırır. Mərkəzi sinir sisteminə kardiotonik təsir edir. Yüksək dozaları qıcolmalar yaradır. Azulen antiallergik, spazmolotik, iltihabsorucu və analgetik təsir edir.

Çiçəkləri qurdqovucu dərman kimi askaridozda bal, şəkər və mürəbbə ilə qatmaqla qəbul edilir. Bütün vasitələr üçün yeməkdən əvvəl qəbul edilməlidir. Normadan artıq qəbul edildikdə "yovşan epilepsiyası" yaranır.

  • Absinthium spicatum (Wulfen ex Jacq.) Baumg.
  • Artemisia affinis Hassk.
  • Artemisia apetala hort.pest. ex Steud.
  • Artemisia cannabifolia H.Lév.
    • Artemisia cannabifolia var. cannabifolia cannabifolia
  • Artemisia coarctata Forselles
  • Artemisia discolor Douglas ex DC.
    • Artemisia discolor var. glandulifera L.F.Hend.
    • Artemisia dubia var. orientalis Pamp.
    • Artemisia dubia var. septentrionalis Pamp.
  • Artemisia eriophora Ledeb.
  • Artemisia flodmanii Rydb.
  • Artemisia glabrata DC.
  • Artemisia heribaudii (Sennen) Sennen
  • Artemisia heyneana Wall.
  • Artemisia hispanica Stechm. ex Besser
  • Artemisia indica f. indica
  • Artemisia javanica Pamp.
  • Artemisia leptophylla D.Don
  • Artemisia leptostachya D.Don
  • Artemisia leucophylla (Ledeb.) Turcz. ex Pavlov [Illegitimate]
  • Artemisia longiflora Pamp.
  • Artemisia ludoviciana Besser [Illegitimate]
  • Artemisia michauxii Besser
  • Artemisia officinalis Gaterau
  • Artemisia opulenta Pamp.
  • Artemisia opulenta f. opulenta
  • Artemisia paniculiformis DC.
  • Artemisia parviflora Wight
    • Artemisia princeps var. orientalis Hara
  • Artemisia quadripedalis Gilib. [Invalid]
  • Artemisia rubriflora Turcz. ex Besser
  • Artemisia ruderalis Salisb.
  • Artemisia samamisica Besser
  • Artemisia selengensis Turcz. ex Besser
    • Artemisia selengensis var. selengensis selengensis
  • Artemisia superba Pamp.
  • Artemisia tongtchouanensis H.Lév.
  • Artemisia violacea Desf.
  • Artemisia virens Moench
  • Artemisia vulgaris Burm.f. [Illegitimate]
    • Artemisia vulgaris subsp. coarctata (Fors ex Besser) Ameljcz.
    • Artemisia vulgaris var. coarctica Besser
    • Artemisia vulgaris subsp. flodmanii (Rydb.) H.M.Hall & Clem.
    • Artemisia vulgaris var. flodmanii (Rydb.) M.Peck
    • Artemisia vulgaris var. glabra Ledeb.
    • Artemisia vulgaris var. glandulifera (L.F.Hend.) M.Peck
    • Artemisia vulgaris var. indica (Willd.) Hassk.
    • Artemisia vulgaris var. kamtschatica Besser
    • Artemisia vulgaris var. latiloba Ledeb.
    • Artemisia vulgaris var. selengensis (Turcz. ex Besser) Maxim.
    • Artemisia vulgaris subsp. urjanchaica Ameljcz.
    • Artemisia vulgaris var. vulgaris vulgaris
  • Artemisia wallichiana Besser
  • Artemisia wallichiana f. nitida (Pamp.) B.D.Naithani
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 848.