Artemisia maritima

Kamfora yovşanı (lat. Artemisia maritima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Kamfora yovşanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Qara, Azov, Baltik dənizlərinin sahillərində bitir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20–100 sm olan, ağ tükcüklü yarımkoldur. Gövdələri çoxsaylı, yuxarı qalxan hissəsi busaqlıdır və kiçik çim əmələ gətirir. Bitki çoxillikdir; qısalmış sərilən, çılpaq budaqlara malikdir. Yarpaqları hər iki tərərfdən ağ tükcüklü, növbəli, lələkvari bölünmüş, ensiz, xətvari hissəli, səbətlərdən uzundur. Aşağı yarpaqları saplaqlı, ikiqat, üçər lələkvari, parçalanan,3–4 sm uzunluqdadır. Boruvari çiçəkləri qırmızımtıl və ya sarımtıl, çox xırda, ellipsvari-oval, uzunluğu 1–2 mm-dir. Səbətləri, adətən, 2–5 mm uzunluqda, sallaq, gövdə budaqlarının uclarında süpürgələrdə yerləşir. Çiçək yatağı, adətən səbətdən uzundur. Sentyabr ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Quru, şoran torpaqlarda çöl, yarımsəhra zonalarında təbaşir çöküntüləri olan yerlərdə bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Abşeronda dənizkanarı ərazilərdə rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Tərkibində olan efir yağında sineol, pinen, borneol, kamfen, açılmayan səbətlərfə saponin, acı qlikozidlər, qatranlar, müxtəlif turşuların duzları, fitonsitlər vardır. O, sidikqovucu, qurda, soyuqdəyməyə və ağrıya qarşı təsirə malikdir; mədə-bağırsaq yolunun fəliyyətini yaxşılaşdırır. Yovşanın quru otunun spirt məhlulu zədələnmələrdə kompres kimi və ovuşdurma üçün istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 846.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]