Artsrun Abrahamyan

Artsrun Abrahami Abrahamyan (erm. Արծրուն Աբրահամի Աբրահամյան; 25 oktyabr 1909[1][2], Ərciş, Van vilayəti[1][2]17 sentyabr 1978[2], İrəvan[2]) — Ermənistan kimyaçısı, kimya elmləri doktoru (1971).

Artsrun Abrahamyan
Doğum tarixi 25 oktyabr 1909(1909-10-25)[1][2]
Doğum yeri
Vəfat tarixi 17 sentyabr 1978(1978-09-17)[2] (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Toxmaq qəbiristanlığı[d]
Elmi dərəcəsi
Elmi adı professor[d][2]
İş yerləri
  • Ermənistan Milli Aqrar Universiteti[d] (19411958)[1]
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Artsrun Abrahami Abrahamyan 25 oktyabr 1909-cu ildə Osmanlı imperiyası ərazisində, Ərcişdə anadan olmuşdur. O, İrəvan Pedaqoji (1931) və Politexnik (1936) institutlarını bitirmişdir. Abrahamyan 1941–1958-ci illərdə Kənd Təsərrüfatı İnstitutunun ümumi kimya kafedrasına, 1958-ci ildən Ermənistan SSR Üzvi Kimya İnstitutunun fiziki-kimya və üzvi analiz laboratoriyasına rəhbərlik etmişdir.

Abrahamyan Ermənistanda pemza və tufların adsorbsiya xassələrinin öyrənilməsi və üzvi materiallarda karbon, hidrogen, halogen, kükürd, civə və digər elementlərin mikroanaliz üsullarının işlənib hazırlanması ilə məşğul olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան 1974. C. 1. S. 42.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Erməni Qısa Ensiklopediyası (erm.). 1990. C. 1.