Aruaa

Aruaa (abx. Аруаа; mənası – Müdafiəçilər) — 1992–1993-cü illərdə Gürcüstanla baş tutmuş müharibənin veteranlarını bir araya gətirən Abxaziya ictimai təşkilatı.

Aruaa
abx. Аруаа
Növü ictimai
Fəaliyyəti siyasi
Yaranma tarixi 10 may 2007 (17 il əvvəl) (2007-05-10)
Rəsmi dili abxaz dili
Mərkəzi Suxumi
Qurucusu Vladimir Arşba
Sədr İliya Quniya

10 may 2007-ci il tarixində qurulmuşdur. Təsis qurultayında 534 nəfər iştirak etmişdir. Abxaziyanın ilk müdafiə naziri Vladimir Arşba yekdilliklə təşkilatın sədri, Vadim Smir və Məhəmməd Kilba isə sədr müavinləri seçilmişdir. Arşba, Smir və Kilbadan başqa Ali Şuraya daha on nəfər seçilmiş: Sergey Matosyan, Eduard Buliya, Slavik Kuçuberiya, Adler Mikvabiya, Vitali Qabnya, Gennadi Marqani, Kaçubey Avidzba, Çingiz Biqvava, Liana Açba və Mziya Beya.

14 iyul 2010-cu il tarixində təşkilatın sədri Vadim Smir istefa etdiyini açıqlamışdır.[1] 20 iyulda "Aruaa" Ali Şurası Smirin istefasını qəbul etməyəcəyinə və ən azından təşkilatın növbəti qurultayına qədər sədr olaraq qalacağına qərar vermişdir.[2]

10 iyul 2013-cü il tarixində "Aruaa" müxalifət partiyaları olan "Birləşmiş Abxaziya", "Abxaziya Milli Birlik Forumu", "Abxaziya Xalq Partiyası" və "Abxaziya İqtisadi İnkişaf Partiyası" ilə bir sıra digər ictimai hərəkatlarla əməkdaşlıq müqaviləsi imzalamışdır.[3]

Hərəkat 30 iyul 2013-cü il tarixli üçüncü qurultayında Vitali Qabniyanı yeni sədr seçmişdir. O vaxta qədər Daur Açuqba təşkilatın sədri vəzifəsini icra edirdi.[4]

2014-cü ilin may ayında Abxaziya Prezidenti Aleksandr Ankvabın devrilməsindən sonra "Aruaa" 19 iyun tarixində fövqəladə bir konqres keçirmiş və avqust seçkilərində sırasıyla Raul Xacimba və onun sədri Vitali Qabniyanın prezident və vitse-prezident olaraq namizədliyini dəstəkləmişdir.[5] 12 dekabrda "Aruaa" bir qurultay keçirmiş, burada Xacimba və Qabniya seçkilərindəki qələbəni məmnuniyyətlə qarşılamış və İlya Quniyanı yeni sədr seçmişdir.[6][7]

4 mart 2016-cı il tarixində "Aruaa" erkən prezident seçkisinin keçirilməsi üçün planlaşdırılan referendumu qınamışdır.[8]

  1. "Вадим Смыр сложил с себя полномочия председателя "Аруаа"". Apsnypress. 14 July 2012. 17 February 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.
  2. "Высший совет организации ветеранов отечественной войны народа Абхазии 1992-1993гг". Apsnypress. 22 July 2010. 17 February 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.
  3. "Ряд политических партий и общественных движений Абхазии подписали Соглашение о сотрудничестве и совместную декларацию". Apsnypress. 10 July 2013. 20 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.
  4. "Виталий Габния избран председателем Высшего совета общественной организации ветеранов Отечественной войны народа Абхазии "Аруаа"". Apsnypress. 30 July 2013. 31 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.
  5. "В Сухуме остоялся внеочередной съезд республиканской общественной организации ветеранов Отечественной войны народа Абхазии 1992–1993 гг. «Аруаа»". Apsnypress. 19 June 2014. 13 October 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.
  6. ""Аруаа" приветствует изменившийся в положительном направлении курс страны и заявляет о своей поддержке нового руководства Республики Абхазия". Apsnypress. 12 September 2014. 1 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.
  7. "Илья Гуния избран председателем Республиканской общественной организации ветеранов Отечественной войны народа Абхазии 1992–1993 годов, «Аруаа»". Apsnypress. 12 December 2014. 9 October 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.
  8. ""АРУАА" ПРИЗЫВАЕТ СООТЕЧЕСТВЕННИКОВ НЕ УЧАСТВОВАТЬ В ПОЛИТИЧЕСКИХ АКЦИЯХ, КОТОРЫЕ УГЛУБЛЯЮТ РАСКОЛ В ОБЩЕСТВЕ, А ОППОЗИЦИЮ - К КОНСТРУКТИВНОМУ ДИАЛОГУ". Abkhazia Inform. 4 March 2016. 12 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.