Arya Partiyası (fars. :زب آریا,[1] transliterasiya: Ḥezb-e Āryā) və ya Aria, Ariya Partiyası kimi də tələffüz edilir. İranda mövcud olmuş monarxiya tərəfdarı millətçi partiyadır. Partiya özünün Britaniyapərəst və sərt antikommunist siyasəti ilə seçilmişdir.[6] Partiya o dövrdə İranı idarə edən Pəhləvi sülaləsi tərəfindən maliyyələşdirilmişdir..[8]
Lideri | Həsən xan Ərfə |
---|---|
Quruluş tarixi | 1946[1] |
Baş qərargah | Tehran, İran |
İdeologiya |
*Faşizm[2] *Monarxizm[3] * Paniranizm[4] *Antiərəbizm[3] *Antisemitizm[1] * Antikommunizm[1] * İran milliyətçiliyi[3] * Şovinizm [5] * |
İdeoloji spektr | İfrat sağçılıq |
Üzv sayı | 300 (1951-ci ildə)[6] |
Rəngləri | Boz[7] |
Saytı | paniranist-party.org |
Vikianbarda əlaqəli mediafayllar |
Arya Partiyası da Paniranist Partiyası kimi digər kiçik sağçı partiyalarla birlikdə İran cəmiyyətinin bütün sosial problemlərinin kökünü müsəlmanların İranı fəth etməsində görürdülər.[3]
General Həsən xan Ərfə[a] partiyanın lideri idi.[6] Partiyanın aktiv və güclü hərbi qanadı mövcud idi. Deyhami tərəfindən rəhbərlik edilən bu qanada İran ordusunun zabitlərinin cəlb edilməsin çalışılırdı. Lakin hadisələrin arxasında duran əsl şəxs həsən Axəvi idi. O, 1953-cü ildə Məhəmməd Müsəddiqə qarşı həyata keçirilən çevrilişdə də aktiv rol almışdı.[6] Partiyada önəmli rol oynamış digər məşhur şəxslər arasında Hüseyn Mənüçöhrü, Aminzadə, Yəhyayi, Mahmud Eram kimi şəxslər də var idi.[11]
Partiya üzvləri boz köynək və papaq geyinərək alman nasistlərinin görünüşünü təqlid edirdilər.[7] Bütövlükdə partiyada Milli Sosialist meylləri var idi.[1]
Sosial bazası zəif olan partiyanın İran Azərbaycanında heç bir təşkilatı mövcud deyildi.[12]