İrəvan qalasının işğalı

İrəvan qalasının işğalı13 oktyabr (1 oktyabr Yuli təqvimi) 1827-ci ildə Rusiya imperiyası ordusunun İrəvan xanlığının paytaxtı olan İrəvan qala-şəhərini ələ keçirməsi. İrəvan xanlığı cənubdan Maku xanlığı, cənub-şərqdən Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, şimal-şərqdən Gəncə xanlığı, şimaldan Kartli-Kaxeti çarlığı və qərbdən Osmanlı İmperiyası ilə həmsərhəd idi. İrəvan qalasının işğal planı Sankt-Peterburqda cızılmışdı. Ancaq ilkin plan əvvəlcə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Aleksey Yermolovun (1816–1827) etirazlarına görə, sonra isə baş qərargah rəisi İvan Dibiç-Zabalkanskiy tərəfindən dəyişdirilmişdi.

İrəvan qalasının işğalı
Rusiya-İran müharibəsi (1826-1828)
İrəvan qalasının Çar Rusiyası tərəfindən işğal edilməsi. Rəssam Frans Rubo (1893)
İrəvan qalasının Çar Rusiyası tərəfindən işğal edilməsi. Rəssam Frans Rubo (1893)
Tarix 13 oktyabr (1 oktyabr Yuli təqvimi) 1827-ci il
Yeri İrəvan, İrəvan xanlığı
Nəticəsi Rusiya imperiyasının qələbəsi
Ərazi dəyişikliyi İrəvan xanlığı Rusiyanın tərkibinə daxil oldu.
Münaqişə tərəfləri

Qacarların bayrağı Qacarlar
İrəvan xanlığının bayraqları İrəvan xanlığı

Rusiya imperiyasının bayrağı Rusiya imperiyası

Komandan(lar)

Qacarların bayrağı Abbas Mirzə
İrəvan xanlığının bayraqları Hüseynqulu xan Qacar
İrəvan xanlığının bayraqları Həsən xan Qacar

Rusiya imperiyasının bayrağı İvan Paskeviç
Rusiya imperiyasının bayrağı Afanasiy Krasovski

İtkilər

4000 əsir

1 zabit və 8 əsgər
ölü;
2 zabit və 44 əsgər
yaralı[1]


İrəvan qalasının planı. Rəssam V. Potto (1827)

1827-ci ilin mayında general Aleksandr Benkendorf İrəvan ətrafına gəldi, ancaq şəhəri mühasirəyə almadı. Benkendorfun niyyəti Abbas Mirzənin düşərgəsinə hücum etmək idi. Qacarlarla döyüş itkilərə səbəb oldu. Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Paskeviç (1827–1831) Benkendorfun öncü birliyini general-leytenant Afanasiy Krasovskinin əsgərləri ilə əvəz etdi. İrəvan mühasirəsi zamanı quraqlıqdan əziyyət çəkən Krasovski mühasirədən vaz keçməyə məcbur edildi.

Paskeviç Sərdarabad qalasını ələ keçirdikdən sonra 5 oktyabr (23 sentyabr Yuli təqvimi) tarixində İrəvana hərəkət etdi. Krasovski mühasirə qoşunlarının başçısı təyin edildi. İrəvan qalasına rəhbərliyi xanın qardaşı Həsən xan Qacar edirdi. Üç gün sonra rus ordusu İrəvan ətrafında mühasirə işlərinə başladı. Ruslar şəhəri bombardman edir və şəhər qarnizonu da onlara cavab atəşi açırdı. Təcrübəsiz qarnizon topçuları ruslara ziyan verə bilməsə də rusların bombardmanı qala divarlarının dağılmasına səbəb oldu. Bir həftəlik müqavimətdən sonra şəhər ruslar tərəfindən işğal edildi və İrəvan xanlığı süqut etdi. 22 fevral (10 fevral Yuli təqvimi) tarixində Qacarlar dövləti və Rusiya imperiyası arasında imzalanan Türkmənçay müqaviləsinin şərtlərinə görə İrəvan xanlığı, Naxçıvan xanlığıTalış xanlığının bir hissəsi Rusiya imperiyasının tərkibinə keçdi. İrəvan və Naxçıvan xanlığı, həmçinin Ordubad mahalının ərazisində qurulan Erməni vilayəti İran və daha sonra Osmanlı imperiyasından ermənilərin miqrasiyası üçün cazibə mərkəzi oldu.

İrəvan şəhərinin görünüşü. Rəssam Q. Serqeviç (1796)

İrəvan xanlığı 1747-ci ildə Əfşarlar İmperiyasının banisi Nadir şahın ölümü və onun imperiyasının zəifləməsi ilə Çuxursəəd bəylərbəyliyinin ərazisinin bir hissəsində formalaşmışdır.[2] Çuxursəəddən fərqli olaraq İrəvan xanlığında hakimiyyət xan titulu vasitəsilə irsən keçirdi.[3] İrəvan xanlığı cənubdan Maku xanlığı, cənub-şərqdən Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, şimal-şərqdən Gəncə xanlığı, şimaldan Kartli-Kaxeti çarlığı [qeyd 1] və qərbdən Osmanlı İmperiyası ilə həmsərhəd idi.

Xanlığın mərkəzi İrəvan qala-şəhəri idi. Bu qala 1582–1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa tərəfindən inşa edilmişdi.[5] Hündürlüyü 40–50 metr olan qalanın divarı Zəngiçay tərəfdən mağzallar, cənub, şərq və şimal tərəfdən xəndəklərlə əhatə edilmişdi. "Təbriz", "Meydan" və "Körpü" adlı üç dəmir qapısı var idi. Qalanın içərisində Çuxursəəd bəylərbəyilərinin və İrəvan xanlarının yaşadığı Sərdar sarayı yerləşirdi. Burada xanın ailəsi üçün hərəmxana da var idi. İrəvan qalasından sonra xanlıqdakı ikinci ən böyük qala Sərdarabad qalası idi. Sərdarabad sonuncu İrəvan xanı Hüseynqulu xan Qacar tərəfindən 1810–1815-ci illərdə inşa edilmişdi. Arazın sol sahilində yerləşən bu qala xəndəklərlə əhatə edilmişdi. Qalanın içərisində Xan sarayı yerləşirdi. Həsən xan Qacar (xanın qardaşı) və nəvəsi Fətəli xan bu qalaya rəhbərlik edirdi.[6]

İrəvan hələ Birinci Rusiya-İran müharibəsi dövründə iki dəfə hücuma məruz qalmışdı. Bunların birincisi 1804-cü ildə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Pavel Sisianovun (1802–1806) komandanlığı ilə edilən hücum idi. 10 min əsgər və 20 topa sahib ordu ilə qarşılaşan İrəvan xanlığı həmin dövrdə nominal olaraq müstəqil idi və Qacar ordusu tərəfindən hədələnirdi. Qacar şahı Fətəlinin vəliəhdi Abbas Mirzənin 30 min əsgər və 6 topa sahib ordusu ruslar tərəfindən məğlub edilsə də, İrəvanın müqaviməti davam etdi.[7] İrəvan xanı Məhəmməd xan Qacar qalanın qapısını nə ruslara, nə Qacarlara açmaq istəmirdi.[8] Yağmurlu keçən payız daşınmanı çətinləşdirdiyi üçün Rusiya ordusu geri çəkildi. Daha sonra İrəvan öz qapılarını Qacarlara açdı.[7] Məhəmməd xan dərhal Tehrana göndərildi.[9] İrəvana edilən ikinci hücuma rəhbərliyi Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Qudoviç (1806–1809) edirdi. 1808-ci ildə baş verən hücum ilə eyni vaxtda 3000 nəfərlik rus ordusu Naxçıvanı tutdu. İrəvanın qarnizonu sayca çox idi və qida ilə yaxşı təmin edilmişdi, ancaq köhnə türk silahları xidmətə yararsız vəziyyətdə idi. Rusların gecə yürüşü və qala divarını zədələmə cəhdləri uğursuz oldu. Axırda həm İrəvanı mühasirə edən, həm Naxçıvanı işğal edən hərbi birləşmələr geri çəkildi. Gümrüyə qayıda bilən əsgərlərin sayı 5000-dən çox deyildi.[10]

İkinci Rusiya-İran müharibəsi dövründə İrəvan qalasının işğalı ruslar üçün çox vacib idi. Qalanın işğal planı Sankt-Peterburqda cızılmışdı. Ancaq ilkin plan əvvəlcə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Aleksey Yermolovun (1816–1827) etirazlarına görə, sonra isə baş qərargah rəisi İvan Dibiç-Zabalkanskiy tərəfindən dəyişdirilmişdi. Axırda isə planın icrası qida və daşınma problemlərinə görə mümkünsüz hesab edildi.[11]

İkinci Rusiya-İran müharibəsi dövründə İrəvan xanı olan Hüseynqulu Qacarların Qovanlı oymağına mənsub idi. Fətəli şah onun bacısı ilə evlənmiş və öz qızını da Hüseynqulu xanın oğlu Məhəmmədqulu ilə evləndirmişdi. Hüseynqulu xanın sikkə zərb etdirmək və dövlət gəlirinin çox hissəsini müdafiə məqsədləri üçün saxlamaq hüququ var idi. Erməni və rusdilli mənbələr onu mehriban, düzgün, alicənab, vicdanlı, ədalətli olaraq təsvir edirlər.[12]

İrəvan qalasının birinci mühasirəsi

[redaktə | mənbəni redaktə et]
Rusiya II Rusiya-İran müharibəsinin
xronologiyası

Şamxor döyüşü (1826)
Gəncə döyüşü (1826)
Uşaqan döyüşü (1827)
İrəvan qalasının işğalı (1827)
Türkmənçay müqaviləsi (1828)

1827-ci ilin mayında general Aleksandr Benkendorf İrəvan ətrafına gəldi, ancaq şəhəri mühasirəyə almadı. Benkendorfun niyyəti Abbas Mirzənin düşərgəsinə hücum etmək idi. Bunun üçün üç topla kazakların iki polkunu və bir yüngül piyada batalyonunu ayırdı. Çayı keçən əsgərlər qarşı sahildə qacarların hücumuna məruz qaldı. Kuban kazakları cəsarətlə onlara qarşı mübarizə aparakən, Don kazakları onlara kömək etmədi. 300 rus əsgər öldü, qalanlar piyada və topların köməkliyi ilə geri çəkildi.[13]

Mart ayında Tiflisdən hərəkətə keçmiş Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Paskeviç (1827–1831) iyunda Benkendorfun öncü birliyi ilə birləşdi. Benkendorfun öncü birliyini aclıq və xəstəlik yormuşdu və Qacarların düşərgəsinə edilən süvari hücumu itkilərə səbəb olmuşdu. Ona görə də bu birlik general-leytenant Afanasiy Krasovskinin əsgərləri ilə əvəz edildi. Əsgərlərin digər hissəsi isə Qərniçay yaxınlığında yerləşdirildi.[14]

Abbasabad qalasının açarı və planı

Bundan sonra Paskeviç Abbasabad qalasına doğru hərəkət etdi. Avropa üslubunda tikilmiş bu qala Naxçıvan xanlığının müdafiəsində stratejik əhəmiyyət daşıyırdı. Abbas Mirzə qalanın müdafiəsini Ehsan xan Kəngərliyə tapşırmışdı. Məhəmmədəmin xan Dəvəli və bəxtiyarilərin başçısı Abbas xan ona dəstək üçün göndərilmişdilər. Qala ərəb qeyri-regulyar piyada qoşunu və Kəngərlilərin qoşun batalyonu tərəfindən müdafiə edilirdi.[15] Ruslar nərdivanlar vasitəsilə qalaya dırmaşmaq istədikdə böyük itkilər verdilər və mühasirəyə davam etdilər. Ehsan xan Paskeviçlə gizli danışıqlara başladı və qalanın qapılarını ruslara açdı. O, Naxçıvan xanlığının naibi elan edildi.[16] Abbas Mirzə Cavanbulaqda məğlub olduqdan sonra Naxçıvan xanlığı Rusiya vilayətinə çevrildi, ruslar üçün Təbrizə gedən yol açıldı.[17]

1827-ci ilin yayının isti keçməsi İrəvan mühasirəsindəki Krasovskinin ordusuna əziyyət verirdi. Günəşdə temperatur 53,7 °C, kölgədə isə 41,2 °C idi.[18] Yerli iqlim Rusiyadan təzə gələn əsgərlərin kütləvi şəkildə xəstəliklərə tutulmasına səbəb olurdu.[19][20] Qızdırma və yayılan dizenteriyaya görə döyüşə girə biləcəklərin sayı 4000-dən az idi.[21] Avqustda Paskeviç Qafqazdakı rus ordusunun vəziyyətini təsvir edərkən I Nikolaya məlumat verdi ki, istilər davam edir, otluq yoxdur, atlar yorulub və əsgərlərin üçdə bir hissəsi hospitaldadır. 1800 nəfərlik polklarda təqribən 1000 nəfər qalmışdı[22] (qvardiyada isə xəstələr 200-dən çox deyildi, 900 nəfər isə silahlı idi[23]). İki ay yağışsız keçdikdən sonra Krasovski mühasirədən vaz keçməyə məcbur edildi. Beləliklə, İrəvanın mühasirəsini dayandırmaq və payızın başlanmasından əvvəl dağlara hərəkət etmək qərara alındı. Mühasirənin dayandırılmasının başqa bir səbəbi də o idi ki, azuqə və mühasirə silahlarının gətirilməsi avqustdan əvvəl gözlənilmirdi.[24] 3 iyul (21 iyun Yuli təqvimi) gecəsi diviziya mühasirə pozisiyasından geri çəkildi və Üçmüədzin monastırına getdi. Monastırda xəstə əsgərlər üçün xəstəxana qurulmuşdu.[şərh 1] 24 iyunda 2000-ə qədər əsgər azuqənin hazırlanmasına başladı. Krasovski qida ehtiyatı topladıqdan və monastrı silahlandırdıqdan sonra bir süvari batalyonu və erməni könüllülərindən ibarət kiçik bir birliyi burda qoyaraq öz korpusu ilə birlikdə Baş-Abaranskoy yüksəkliklərinə getdi və Cenquli mərzində düşərgə saldı.[26]

İrəvan sərdarı Hüseynqulu xan Üçmüədzin monastırında yalnız Sevastopol polkunun bir batalyonu olduğunu öyrənəndən sonra 15 iyul (3 iyul Yuli təqvimi) tarixində İrəvan qalasından hücuma keçdi. Bu zaman Araqaç (azərb. Alagöz‎) dağının mailliyində Krasovskinin əsgərlərinin hərəkətinə nəzarət etmək üçün Nağı xanın rəhbərliyi ilə 1000 nəfərlik qarapapaq [şərh 2] süvari dəstəsi yerləşirdi.[28] Monastırın mühasirəyə alındığı xəbərini alan Krasovski Üçmüədzinə doğru hərəkətə keçdi.[29] Qaraqapaq dəstəsindən Krasovskinin hərəkətlərini öyrənən Hüseynqulu xan mühasirəni dayandırdı və əvvəl Sərdarabada doğru geri çəkildi, sonra da İrəvana getdi.[30]

Uşaqan döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Uşaqan döyüşü

İlkin vuruşmalar

[redaktə | mənbəni redaktə et]
Qafqazda hərbi düşərgə. Rəssam Q. F. Şukaev (1862)

16 avqust (4 avqust Yuli təqvimi) tarixində Abbas Mirzənin ordusu (22 topla 15 min süvari və 10 min piyada[31]) Sərdarabad yaxınlığında Araz çayını keçərək İrəvan xanlığına soxuldu. O, 20 avqust (8 avqust Yuli təqvimi) tarixində Cenquli ilə Üçmüədzin arasında yerləşəm Əştərək kəndini ələ keçirdi. Baş-Abaranskoy yüksəkliklərindəki rusların pozisiyasının əlçatmazlığını nəzərə alaraq, Abbas Mirzə əsgərlərini Oşakana apardı və ordugahını qurdu.[32] 22 avqust (10 avqust Yuli təqvimi) səhərində rus ordugahı qarşısında 2 min Qacar süvarisi ortaya çıxdı.[33] Onlar əvvəlcə kazak piketləri tərəfindən güllə atəşinə məruz qaldı. Kazakların köməyinə iki topla iki kazak sotnyası və piyadaların iki bayalyonu gəldikdən sonra Qacar süvariləri geri oturduldu.[34] 25 avqust (13 avqust Yuli təqvimi) gecəsi[33] Qacar süvariləri gizli şəkildə rusların ordugahına doğru irəlilədilər və dan yeri ağararkən kazak avanpostlarına hücum etdilər. Mübarizə aparan kazaklar piyadaların gəlişindən sonra Qacar ordusunu bütün istiqamətlərdə geri oturtdular. Eyni vaxtda Krasovski general Pyotr Truzson və 50 kazakla birlikdə Üçmüədzin yolunda kəşfiyyat işi aparırdı. Qarnıyarıq dağ dərəsində Truzson 5 kazakla birlikdə kəşfiyyat qrupundan irəlidə hərəkət edərək pusquda gizlənmiş əsgərləri gördülər və dayandılar.[35] Təqribən 500 Qacar piyadası dəstənin arxasınca qaçdılar, ancaq rus piyadalarının gəlişini gördükdə geri qayıtdılar.

Bir müddət sonra Araqaç dağı və rus ordugahı arasında 4 min Qacar süvarisi ortaya çıxdı. Krasovski iki piyada batalyonu, 50-ə yaxın borçalılı (Azərbaycan türkü) süvari,[36] iki top və manqa konqriv raketi ilə hücuma keçdi. "Düşmən dəstələrini dağıdan" 20 konqriv raketi buraxıldı.[37][38] 27 avqust (15 avqust Yuli təqvimi) tarixində Üçmüədzin monastırı Qacarlar tərəfindən mühasirəyə alındı. 28 avqust (16 avqust Yuli təqvimi) tarixində monastır atəşə tutuldu. Top gurultusu hətta Cenqulidəki rus düşərgəsində də eşidilirdi.[39] Rus düşərgəsi ilə rabitə kəsilmişdi. Üçmüədzindən düşərgəyə və düşərgədən Üçmüədzinə girmək istəyənlər Qacar ordusu tərəfindən tutulurdu. Ancaq Krasovski Qacar düşərgəsindən qaçan dörd nəfərdən bəzi məlumatları ala bildi.[40] Həmin gün, günorta saat beşdə rus əsgərləri düşərgələrinin qabağında hücum üçün hazır vəziyyətdə idilər.[41] Cenqulidə general-mayor Aleksandr Berxmanın rəhbərliyi altında Krım piyada polku, yarım bölük mexaniki hissə əsgərləri və 10 top qaldı.[40]

Əştərək döyüşünün planı

29 avqust (17 avqust Yuli təqvimi) tarixində Krasovskinin əsgərləri ilə Qacarlar arasında Uşaqan döyüşü baş verdi.[42] Rus əsgərləri OşakanƏştərək kəndləri arasındakı qayalı təpəyə dırmaşdı. 10 min Qacar piyadası[43] isə üç cərgədə düzülərək Üçmüədzin yolunu tutdu.[44] Yola yaxın daş təpəcikdə ortaya çıxan 300 Qacar süvarisi yeger atıcı vzvodu tərəfindən hücuma məruz qaldı. Yeger təpəciyə dırmaşmazdan əvvəl süvarilər buranı tərk etdi.[44][45] Eyni zamanda rus dəstəsiylə qarşılaşan 5 min Qacar süvarisi onların top atəşləriylə yolun sol tərəfindəki yüksəkliklərə doğru geri çəkildi.[46][45]

Qısa müddətlik istirahətdən sonra rus ordusu yerləşdikləri təpədən Üçmüədzinə getmək üçün keçilməli olan, iki alçaq təpə arasındakı dərəyə endi. Rus dəstəsinin ön kolonnası Oşakan yüksəkliklərinə yanaşandan sonra atəş açıldı.[47] Eyni zamanda iranlıların böyük bir qüvvəsi rus dəstəsinin sol cinahında toplandı. Ruslar kolonnanı müdafiə etmək üçün cavab atəşi açdılar. Bu vaxta qədər Qacar ordusu əsgərləri Abarandan 6 top keçirərək çay və Üçmüədzin yolu arasındakı yamaclarda yerləşdirdi, ruslar top atəşinə məruz qaldı.[48] 39-cu yeger polkunun iki qabaqcıl polku 6 topla hakim təpələrə çıxdılar və Qacarları top və tüfəng atəşi ilə geri çəkilməyə məcbur etdilər.[49] Eyni vaxtda Qacarların böyük bir hissəsi rus arerqardına hücum etdi.[50] Dərənin hər iki tərəfindəki təpədən ruslara atəş açıldı. Ruslar düşmənə əhəmiyyətli dərəcədə itki versələr də, iranlıların hücumu davam etdi. 5 saat davam edən döyüşdən sonra əsgərlər susuzluqdan yanmağa başladı. Balaca dəstələrlə hərəkət edərək atəş açan yegerlər düşmənin çarpaz atəşi ilə həlak olurdular. Hakim təpələr alındıqdan sonra dərənin çıxışında rus ön kolonnaları düşmənə atəş açır, növbəti gələn kolonnanı müdafiə edirdi.[51] Beləliklə, Krasovskinin dəstəsi növbəti yüksəklikləri də ələ keçirdi.[52]

Yolun sol tərəfindəki kiçik təpələrdən birində yerləşən və rus arerqardını hərəkət zamanı mühafizə edən rus batareya topunun artıq işləmədiyini görərək Qacar ordusu əsgərləri ona tərəf hərəkətə keçdi. Rus piyadaları onların hücumuna davam gətirməyərək dağıldı.[53] Ancaq Krasovskinin ruhlandırması ilə əsgərlər iranlıların üzərinə hücum çəkdi və qanlı döyüşdən sonra onları dayandıra bildi.[54]

Üçmüədzin düzənliyindən əvvəl yerləşən axırıncı təpəyə yaxınlaşarkən Krasovski ön kolonnalara cinahlardakı pozisiyaları ələ keçirməyi və geridəki kolonnaları irəli ötürməyi əmr etdi. Üçmüədzin düzənliyi Qacar süvarisinin cəbhə boyu hərəkəti üçün çox gözəl müharibə meydanı idi.[55] Qacar piyada qoşunu qayalı təpədən sağ tərəfdə hərəkət edəndə ruslar tərəfindən atəşə məruz qaldı və yüksəkliklərə geri çəkildi. İran artilleriyası axırıncı yüksəkliyə dırmaşdı. Qacarlar yorulmuşdu, artilleriya və piyadalar çətinliklə hərəkət edirdi. Ancaq buna baxmayaraq, Qacar süvarilərinin sol qanada və rus arerqardının arxasına təzyiqi artdı. Rus cərgələrinə hücumun iranlılar üçün böyük itkilərə səbəb olmasına baxmayaraq, onların yenidən hücum edirdilər.[56]

Üçmüədzin monastırının qarşısındakı dərədə otlaqların suvarılması üçün su kanalları keçirdi.[57] Bunun uzun müddət susuz qalmış rusların hədəfi olacağını bilən Qacarlar yoldan çox uzaqda olmayan kanalın qarşısında pusqu qurmuşdu.[58] Kolonnalarından su içmək üçün ayrılan rus əsgərləri pusqudakı Qacar süvariləri tərəfindən qətlə yetirildi.[59] Daha sonra Abbas Mirzə Krasovskinin dəstəsinin mühasirəyə alınmasını əmr etdi.[60] Ancaq rusların köməyinə Üçmüədzindən Sevastopol batalyonu və erməni süvari sotnyasının gəlməsi Qacar ordusunun geri çəkilməsinə səbəb oldu.[58] Yol açılandan sonra ruslar monastıra qaçdı.[61]

Krasovski xəbər çatdırmaq üçün erməniləri Cenqulidəki düşərgəyə göndərdi. O, gələn köməklə birlikdə Qacar ordusunu iki atəş arasında məğlub etmək və ya onu geri çəkilməyə məcbur etməyi planlayırdı.[62] Vəziyyətdən xəbərdar olan Abbas mirzə 31 avqust (19 avqust Yuli təqvimi) tarixində Uşaqanı tərk edərək İrəvandan 20 verst aralı, Zəngiçayın sağ sahilində düşərgə saldı.[63][64] Krasovski isə Üçmüədzini 40-cı yeger polkuna buraxaraq gələn köməklə birlikdə Cenquliyə qayıtdı.[62]

Sərdarabad qalasının mühasirəsi

[redaktə | mənbəni redaktə et]
Sərdarabad qalası. Rəssam Q. Qaqarin (1847)

İvan Paskeviç Qacar ordusunun fəaliyyətindən xəbərdar olduqdan sonra Azərbaycanı işğal etmək planını təxirə saldı, Krasovskiyə kömək üçün[64] İrəvana doğru hərəkət etdi.[65] Abbas Mirzə döyüşmək istəmədiyi üçün Qarababaya doğru geri çəkildi.[66] Paskeviç yenidən İrəvanın mühasirəsinə başlatma niyyətində idi. Ancaq əvvəlcə 1500 əsgərin qoruduğu Sərdarabad qalası həll edilməli idi.[67] Paskeviç Sərdarabad qalasına hücum etməzdən əvvəl bir qrup əsgərini Osmanlı sərhədi yaxınlığındakı Qulp duz mədənini tutaraq buradan ordu üçün ərzaq gətirməyə göndərdi.[66] 26 sentyabr (14 sentyabr Yuli təqvimi) tarixində rus ordusu Sərdarabadı mühasirəyə aldı.[68] Qala qarnizonuna İrəvan xanı Hüseynqulu xan Qacarın qardaşı Həsən xan Qacar və onun nəvəsi Fətəli xan, mühasirə qoşunlarına isə Krasovski başçılıq edirdi.[67][69] Bir gün sonra qalanın müdafiəçiləri qala ətrafında topları yerləşdirmək üçün iş görən rusları atəşə tutdular.[70] 28 sentyabr (16 sentyabr Yuli təqvimi) tarixində isə rusların mühasirə artilleriyası bura gəlib çatdı. 30 sentyabr (18 sentyabr Yuli təqvimi) tarixində qalanın bombardmanı başladı.[68] Bombardımanın qalanın cənubundakı sərdar bağlarından ediləcəyi planlaşdırılmışdı.[66] Qalanın dördkünc qülləsi dağıdıldı, qala divarları və evlərə böyük ziyan dəydi.[70] Bu bombardman döyüş sursatının sərfindən başqa gələcəkdə rusların əlinə düşəcək ehtiyatların bir hissəsinin dağıdılması idi.[71] 1 oktyabr (19 sentyabr Yuli təqvimi) tarixində Sərdarabad qarnizonu ağ bayraq qaldırdı. Həsən xan Qacarın elçisinin üç günlük sülh və qarnizonunun çəkilməsinə icazə istəməsi Paskeviç tərəfindən rədd edildi. Paskeviç Həsən xana təslim olmaq üçün 24 saat vaxt verdi, qalanın bombardmanı şiddətləndirildi. Həsən xan axşam vaxtı iki adamı ilə qaladan qaçdı.[70] 2 oktyabr (20 sentyabr Yuli təqvimi) gecəsi qala qarnizonu, əsasən mazandaranlıərəb qeyri-regulyar qoşun hissələri[71] qaçmağa çalışdı.[68] Ancaq onlardan 500-ü öldürüldü, bir çoxu həbs edildi, qalanları isə öz istəkləri ilə təslim oldu.[67] Burada kifayət qədər ərzaqla təmin edilən Paskeviç dərhal İrəvanın mühasirəsinə başlamağa hazır idi.[71]

İrəvan qalasının ikinci mühasirəsi

[redaktə | mənbəni redaktə et]
İrəvan qalasının alınması. Rəssam K. Beqqrov (1827)

İvan Paskeviç Sərdarabadda qarnizon qoyaraq 5 oktyabr (23 sentyabr Yuli təqvimi) tarixində İrəvana hərəkət etdi.[72] O, İrəvana hərəkət etməzdən əvvəl Naxçıvandakı ordunun komadanlığını general-leytenant knyaz Georgi Eristova həvalə etmişdi. Ona kömək etməsi üçün polkovnik Nikolay Muravyov təyin edilmişdi. Abbas Mirzə rusların sayca az olmasından istifadə edərək Naxçıvanı işğal etmək istədi. Qacar avanqardı Naxçıvandan 7 verst məsafədə olanda Eristovun köməyinə 4 min piyada və 2 min süvariyə yaxın əlavə qoşun gəldi. Abbas Mirzənin ordusu Arazın o tayına çəkildi.[73]

Rus ordusu İrəvandan 2 verst aralı, Zəngiçayın sahilində yerləşdi. Krasovski mühasirə qoşunlarının başçısı təyin edildi.[72] İrəvan qalasına rəhbərliyi Həsən xan Qacar edirdi. Sərdarabad qarnizonunun sağ qalan üzvləri də İrəvan qarnizonuna qoşulmuşdu. İrəvan xanı Hüseynqulu xan Qacar Qacar ordusunun geri çəkilməsindən sonra İrəvandan çıxaraq Maku qalasına sığınmışdı.[74] Ruslar kəşfiyyat işi aparandan sonra hərbi şurada İrəvan qalasının işğal planı işlənib hazırlandı.[73] 8 oktyabr (26 sentyabr Yuli təqvimi) tarixində rus ordusu İrəvan ətrafında mühasirə işlərinə başladı.[68] Ruslar şəhəri bombardman edir və şəhər qarnizonu da onlara cavab atəşi açırdı. Ancaq qarnizon topçuları təcrübəsiz olduğundan ruslara ziyan verə bilmirdilər.[74] Şəhərin mühasirəsi dekabristlər üsyanında iştirakına görə sıraviliyə qədər alçalmış köhnə mühəndis Puşkinin ağıllı göstərişləri nəticəsində qızğın şəkildə davam edirdi.[67] İki gün sonra qala divarı, qüllə və tikilər, həmçinin mağzallar artıq böyük ziyan görmüşdü. 11 oktyabr (29 sentyabr Yuli təqvimi) günü qalanın cənub-şərq hissəsində yerləşən qüllə, ona bitişik sədd və bir neçə mazğal ruslar tərəfindən dağıdıldı. Paskeviç Həsən xana təslim olmağı təklif etdi. Bir gün sonra Həsən xan elçi göndərərək Abbas Mirzənin istəyi ilə qalanı təslim edəcəyini bildirdi.[75] 13 oktyabr (1 oktyabr Yuli təqvimi) tarixində şəhər ruslar tərəfindən işğal edildi.[68] Həsən xan qaladan qaçmaq istəsə də kazakların atəşinə görə geri döndü.[1] Rus ordusu şəhəri qarət etmək istədi, ancaq Paskeviç şəhərə daxil olduqdan sonra bu özbaşınalıq dayandırıldı.[76] Həsən xan həbs edildi və onun ən dəyər verdiyi malı — Əmir Teymurun qılıncı Krasovski tərəfindən Rusiya imperatoruna göndərildi. 4 min Qacar piyadası əsir edildi və 49 top ələ keçirildi.[67] Mühasirə zamanı rus ordusundan 1 zabit, 8 əsgər ölmüş, 2 zabit və 44 əsgər yaralanmışdı.[1]

İrəvan qalasının işğalı zamanı Hüseynqulu xana məxsus bir ştandart və piyada alaylarına aid üç bayraq rusların əlinə keçmişdi. Əvvəllər Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılan bayraqların ikisi daha sonra Azərbaycan SSR Dövlət Muzeyinə (indiki Azərbaycan Tarix Muzeyinə) verilmişdir.[77]

Nəticəsi və təsirləri

[redaktə | mənbəni redaktə et]
Sərdar sarayının divarında Qacar şahı Fətəli şah Qacarın və İrəvan xanı Hüseynqulu xan Sərdarın Mirzə Qədim İrəvani tərəfindən çəkilmiş rəsmləri

İrəvan işğal edildiyi zaman Abbas Mirzə ordusu ilə birlikdə Xoy şəhərində idi. Rus ordusunun İrəvanı tutduğu ortaya çıxandan sonra Abbas Mirzənin ordusunda ruh düşkünlüyü yarandı. General-leytenant Georgi Eristovun dəstəsi həmin vaxtda Çorsda idi. Ərzaq çatışmazlığı Eristovu Naxçıvana qayıtmağa məcbur edirdi, ancaq polkovnik Nikolay Muravyov onu Təbrizə getməyə razı saldı. İrəvanın işğalından bir gün əvvəl rus ordusu Arazı keçərək Azərbaycana soxuldu. İrəvanın işğalı Qacarlar dövlətinin ikinci ən böyük şəhəri və əhəmiyyətli ticarət mərkəzi olan Təbrizin işğalını asanlaşdırdı.[78] Müqavimətlə qarşılaşmayan rus ordusu 15 oktyabr (13 oktyabr Yuli təqvimi) tarixində Mərəndi tutdu, Muravyovun komandanlığındakı rus avanqardı döyüşsüz Təbrizə girdi.[79] 6 gün sonra İvan Paskeviç şəhərə daxil oldu.[80]

Paskeviç İrəvanın işğalına görə II dərəcəli Müqəddəs Georgi ordeni və "Erivanski" soyadı ilə təltif edildi. Digər şəxslər də mükafatlandırıldı.[67] İrəvan qalasının işğal edilməsi şərəfinə Sankt-Peterburqdakı Qış sarayının kilsəsində I Nikolayın iştirakı ilə dua mərasimi keçirildi.[81] 22 fevral (10 fevral Yuli təqvimi) tarixində Türkmənçay kəndində Qacarlar dövləti və Rusiya imperiyası arasında sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə İrəvan xanlığı, Naxçıvan xanlığıTalış xanlığının bir hissəsi Rusiya imperiyasının tərkibinə keçdi.[68][82] Müqavilənin şərtlərinə görə hər iki tərəfdən əsir götürülmüş şəxslər xanın qardaşı Həsən xan da daxil olmaqla geri qaytarılmalı idi. Hüseynqulu xan Qacarın digər Azərbaycan xanlarından fərqli olaraq ruslarla anlaşmaması və onların 20 il ərzində İrəvanı işğal etmə planlarını pozması qarşı tərəfdə qəzəbə səbəb olmuşdu. Bu qəzəb özünü Türkmənçay müqaviləsinin XII maddəsində göstərirdi. Hüseynqulu xan və qardaşı tərpənməz əmlakı satma və dəyişdirmə hüququndan məhrum edilmişdilər.[12]

XIX əsrin 50-ci illərində Azərbaycan rəssamı Mirzə Qədim İrəvani tərəfindən Sərdar sarayının restavrasiyası işi həyata keçirildi.[83] İrəvani restavrasiya işi üçün şah və sərdarların divar rəsmlərini çəkdi.[84] Bunların arasında Hüseynqulu xan və Həsən xanın da rəsmləri var.[85]

Ermənilərin köçürülməsi

[redaktə | mənbəni redaktə et]
Erməni vilayəti. Sarı rənglənmiş hissə köhnə İrəvan xanlığının, açıq-yaşıl rənglənmiş hissə isə köhnə Naxçıvan xanlığının ərazisidir.

İşğaldan sonra ermənilərin keçmiş İrəvan xanlığını köçürülməsi başlandı. Köçürülmələrdən əvvəl əhalinin 80%-i müsəlmanlar (Qacarlar, azərbaycanlılar, kürdlər), 20%-i isə xristianlar ermənilər təşkil edirdi. İrəvanın alınmasından dərhal sonra Rusiya erməniləri öz bayraqlarının və erməni idarəçiliyinin olacağı muxtar erməni regionu qurulması ideyasını irəli sürdülər. Xristofor Lazarev, Aleksandr Xudabaşev və Moisey Arqutinskiy-Dolqorukiy kimi rus ordusunda xidmət edən ermənilər rus protektoratında muxtar erməni knyazlığı qurulması üçün plan hazırladılar. Ancaq imperator I Nikolay (1825–1855) bu plandan imtina etdi və paytaxı İrəvan olan və rəhbərliyin ruslardan təşkil edildiyi Erməni vilayəti qurulması planını təqdir etdi.[86] Bu vilayətin ərazisi Naxçıvanİrəvan xanlığınıOrdubad mahalını (demək olar ki müasir ErmənistanNaxçıvan Muxtar Respublikası) əhatə edir.

Türkmənçay müqaviləsinin XV bəndində İran Azərbaycanında yaşayan Qacar təbəələrinin bir il ərzində Rusiyaya maneəsiz köçməsini nəzərdə tuturdu:

" Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir... Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir... "

İran hakimiyyəti əhalinin köçürülməsinin itkilərə səbəb olacağının başa düşəndə onların mülkiyyətlərini satmasını gizli şəkildə qadağan etdi. Köçürülmə işinə başçılıq edən L. E. Lazarev mühacirlərin siyahısını düzəltdi və kasıblara pul verdi. 3 ay yarım ərzində 8 mindən çox ailə (təqribən 40 min nəfər) Arazın o tayına keçdi.[87]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  1. Непосредственный участник тех событий капитан Соболев писал:
    «…Взяв мирные орудия: косы, серпы и топоры… одни, длинными рядами, косили траву, жали пшеницу, ячмень; другие, в ближайших деревнях искали дров. Везде раздавались громкие русские песни; слышны были весёлые рассказы, шутки. Казалось, что солдаты, припомнив себе тихую жизнь деревенскую, знакомые поля и резвую молодость, забыли о перенесённых, и не думали о предстоящих трудах».
    — «Несколько дней из моего Журнала во время Персидской кампании» М. Соболев[25].
  2. Azərbaycan türklərinin etnoqrafik qrupu.[27]
  1. İrəvan xanlığının şimalında yerləşən Borçalı, QazaxŞəmşədil Nadir şah tərəfindən Kartlinin idarəsinə verildi. 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Borçalı, Qazax və Şəmşədil sultanlığı rusların hakimiyyətinə keçdi.[4]
  1. 1 2 3 Qarayev, 2010. səh. 189
  2. Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. — Л., 1949. — С. 74
  3. Ереванское ханство — статья из Большой советской энциклопедии.
  4. Мустафаева С. О. Некоторые аспекты административно-территориальных реформ на Южном Кавказе в XIX—XX вв. Информационно-аналитический центр по изучению общественно-политических процессов на постсоветском пространстве. 29.10.2006 г. Arxivləşdirilib 2008-05-27 at the Wayback Machine
  5. Encyclopædia Iranica. "Erevan". 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-21.
  6. Qarayev, 2010. səh. 225-228
  7. 1 2 Baddeley, 2011. səh. 68-69
  8. Monteith, 1856. səh. 38
  9. Monteith, 1856. səh. 41
  10. Monteith, 1856. səh. 53-56
  11. Baddeley, 2011. səh. 164
  12. 1 2 BOURNOUTIAN, GEORGE A. ḤOSAYNQOLI KHAN SARDĀR-E IRAVĀNI // Encyclopædia Iranica. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-09.
  13. Monteith, 1856. səh. 133-134
  14. Baddeley, 2011. səh. 164-165
  15. Monteith, 1856. səh. 134
  16. Ekbal, Kamran. "ABBĀSĀBĀD Fortress". Encyclopedia Iranica. 29 April 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2009.
  17. Baddeley, 2011. səh. 165
  18. Бобровский, 1895. səh. 102 / Ч. 4
  19. Утверждение русского владычества на Кавказе, 1906. səh. 274 / Т. 4, Ч. 1
  20. Нерсисян, 1975. səh. 41
  21. Керсновский, 1993
  22. Бобровский, 1895. səh. 105 / Ч. 4
  23. Акты, собранные Кавказской археографической комиссией, 1878. səh. 560, № 517, «Рапорт ген. Паскевича» / Т. 7
  24. Baddeley, 2011. səh. 166
  25. Соболев, 1828. səh. 8
  26. Шишкевич, 1911. səh. 66 / Т. 6
  27. Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Баку: Главная редакция Азербайджанской советской энциклопедии, 1979. — Т. 3. — С. 64.
  28. Утверждение русского владычества на Кавказе, 1906. səh. 275 / Т. 4, Ч. 1
  29. Алавердянц, 1912. səh. 13
  30. Потто, 1888. səh. 454-455 / Т. 3
  31. Шишов, 2007. səh. 264
  32. Зубов, 1837. səh. 147
  33. 1 2 ХУВД, 1911. səh. 59 / Т. 3
  34. Нерсисян, 1978. səh. 244, «Реляция»
  35. Соболев, 1828. səh. 18
  36. Зубов, 1837. səh. 149
  37. Тунян, 2007. səh. 40
  38. Нерсисян, 1978. səh. 245, «Реляция»
  39. Соболев, 1828. səh. 24
  40. 1 2 Нерсисян, 1978. səh. 246, «Реляция»
  41. Утверждение русского владычества на Кавказе, 1906. səh. 276-277 / Т. 4, Ч. 1
  42. Утверждение русского владычества на Кавказе, 1906. səh. 280 / Т. 4, Ч. 1
  43. Соболев, 1828. səh. 26
  44. 1 2 Потто, 1888. səh. 469 / Т. 3
  45. 1 2 Соболев, 1828. səh. 27-28
  46. Потто, 1888. səh. 234 / Т. 3
  47. Соболев, 1828. səh. 29-30
  48. Акты, собранные Кавказской археографической комиссией, 1878. səh. 560, № 517 / Т. 7, «Рапорт ген. Паскевича»
  49. Потто, 1888. səh. 471-472 / Т. 3
  50. Соболев, 1828. səh. 30
  51. Соболев, 1828. səh. 32-33
  52. Потто, 1888. səh. 471—472 / Т. 3
  53. Нерсисян, 1978. səh. 249, «Реляция»
  54. Нерсисян, 1978. səh. 249, 252, «Реляция»
  55. Утверждение русского владычества на Кавказе, 1906. səh. 284 / Т. 4, Ч. 1
  56. Соболев, 1828. səh. 36-37
  57. Соболев, 1828. səh. 37
  58. 1 2 Тунян, 2007. səh. 41
  59. Андреев, 1876. səh. 30
  60. Нерсисян, 1978. səh. 251, «Реляция»
  61. Утверждение русского владычества на Кавказе, 1906. səh. 285—286 / Т. 4, Ч. 1
  62. 1 2 Потто, 1888. səh. 482—483 / Т. 3
  63. Зубов, 1837. səh. 155
  64. 1 2 Qarayev, 2010. səh. 183
  65. Шишкевич, 1911. səh. 67 / Т. 6
  66. 1 2 3 Qarayev, 2010. səh. 184
  67. 1 2 3 4 5 6 Baddeley, 2011. səh. 169
  68. 1 2 3 4 5 6 Лацинский, 1891. səh. 163 / Т. 3
  69. Qarayev, 2010. səh. 184-185
  70. 1 2 3 Qarayev, 2010. səh. 185
  71. 1 2 3 Monteith, 1856. səh. 136-137
  72. 1 2 Qarayev, 2010. səh. 186
  73. 1 2 Шишкевич, 1911. səh. 68 / Т. 6
  74. 1 2 Qarayev, 2010. səh. 187
  75. Qarayev, 2010. səh. 188
  76. Baddeley, 2011. səh. 170
  77. Bayraq (PDF). Bakı: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI. 2022-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-04.
  78. Tucker, Spencer C. (2010). A global chronology of conflict from the ancient world to the modern Middle East (1st ed.). Santa Barbara, Calif.: ABC-CLIO. p. 1148. ISBN 9781851096725.
  79. Зубов, 1837. səh. 183—191
  80. Шишкевич, 1911. səh. 69 / Т. 6
  81. И. П. Петрушевский – Очерки по истории феодальных отношений в Азербайджане и Армении вXVI – XIX начале в., Л., 1949, ст. 128
  82. Керсновский, 1993 (репр. 1910). səh. 101 / Т. 2
  83. Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М.. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.
  84. Эривани / Под ред. Б. В. Иогансона. — Искусство стран и народов мира (краткая художественная энциклопедия): Советская энциклопедия, 1962. — С. 61.
  85. Əliyev Z. Mirzə Qədim İrəvaninin yaradıcılığı (азерб.) // Каспий : газета. — 2015.
  86. George Bournoutian "Russian Annexation of Eastern Armenia" из The Armenian People From Ancient to Modern Times, Volume II, стр. 106. Под редакцией Richard G. Hovannisian
  87. Михайлова О. И. Л. Е. Лазарев, знакомый Грибоедова // А. С. Грибоедов: Материалы к биографии: Сборник науч. тр. — Л.: Наука. Ленингр. отд-ние, 1989. — С. 159
  88. Краткие биографии деятелей Кавказа // Кавказский календарь на 1889 год. — Тифлис, 1888. — С. 15.
  89. Классики русской литературы и Армения. Михаил Давидович Амирханян, Научно-исследовательский центр проблем высшего образования, 1991, с. 35
  90. Лицо и гений: зарубежная Россия и Грибоедов — Page 177, Михаил Дмитриевич Филин — 2001
  91. Р. Г. Ананикян. Ереван: Путеводитель Arxivləşdirilib 2012-04-16 at the Wayback Machine. — Прогресс, 1982. — С. 35. — 95 с.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]