Arzu Əliyev (şəhid)

Arzu Yaqub oğlu Əliyev (1963, Padar, Vartaşen rayonu15 dekabr 1990, Cəmilli) — Qarabağ müharibəsində Oğuz rayonunun ilk şəhidi.[1]

Arzu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1963
Doğum yeri
Vəfat tarixi 15 dekabr 1990(1990-12-15)
Vəfat yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Rəfiqə Əliyeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Döyüşlər

Həyatı[redaktə | mənbəni redaktə et]

Arzu Əliyev 1963-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olmuşdur. Padar kənd orta məktəbini bitirdikdən sonra Mərdəkan polis məktəbində təhsil almışdır. Padar kənd orta məktəbini bitirdikdən sonra Mərdəkandakı polis məktəbinə daxil olmuşdur. Burada təhsilini başa vurmuş, bir müddət Bakı və Sumqayıt şəhərlərinin polis şöbələrində çalışmışdır. Daha sonra Şəki şəhər milis şöbəsində işləməyə başlamışdır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

1990-cı ilin dekabrında Arzu Əliyev Şəki Daxili İşlər şöbəsindən Əsgəran rayonunun Cəmilli kəndinə göndərilmişdir. Yoldaşları ilə birgə bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Dekabrın 15-də Cəmilli kəndindən Şuşanın Kosalar kəndinə doğru hərəkət edərkən yolun İstisu deyilən ərazisində pusquda duran ermənilər onları qəfil atəşə tutmuş, cəsur el oğlumuzla birlikdə yeddi döyüş yoldaşı da şəhid olmuşdur. Onun döyüş yoldaşlarından biri əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov idi.

Şəhid doğulduğu Padar kəndində dəfn edilmişdir.

İrsi və xatirəsi[redaktə | mənbəni redaktə et]

Şəhidin adı əbədiləşdirilmişdir. Arzu Əliyevin oxuduğu Padar kənd tam orta məktəbinə və Oğuz şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bu da ilk şəhidə "sayğımız"". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.