Padar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Padar | |
---|---|
40°57′42″ şm. e. 47°30′54″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsinin adı oğuz-səlcuq tayfalanndan biri olan padarların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın cənubunda yaşamış, Səfəvilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şimal zonasına köçürülmüşdülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XVIII əsrdə Cavad qəzasında yaşayan padarların ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən, ümumiyyətlə 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur.[1]
Padar türk-Azərbaycan mənşəli etnotoponimidir. Padarlar Oğuz-Səlcuq tayfalarından biridir. Akademik İ.M.Meşşaninov Azərbaycanda Padar oykonominin çox qədim tarixə malik olub, Patari (şəhər adı) oykonomini ilə bağlı olduğunu göstərmişdir. Tarixçi Əhməd Zəki Vəlidi Toğan "Azərbaycan" adlı kitabında padarlar haqqında yazır: "...müxtəlif yerlərdəki padar tayfasına aid məskənlər diqqəti cəlb edir. Hər iki qəbilə (Sulduz və Padar) bu əraziyə gəldikdən sonra torpağa bağlanmışdır. Padar onuyğur tayfasının biridir".
Tədqiqatçı etnoqraf Məmmədhəsən Vəlili (Baharlı) da padarları ən məşhur oğuz tayfalarından biri kimi təqdim edir və göstərirdi ki, "13-cü əsrin ortalarında, İranda hakimiyyət moğollardan olan hülakulara keçdikdə, Hülakü İranda öz mövqeyini möhkəmlətmək üçün 200 min türk ailəsini köçürüb, İranda oturtmuşdu (məskunlaşdırılmışdı). O ailələr bir müddətdən sonra Azərbaycana köçdülər. Bu türklər Qayı adlanan xüsusi türk tayfasıdır. Ağ hunların övladları hesab olunurlar, əvvəllər Qərbi Türküstanda yaşayırdılar. Qayı türklərinin məşhur qəbilələri bunlar idi: Qaçar, Əfşar, Zülqədər, Çoban, Baharlı, Padar, Ustacalı, Lək, Xəlili, Sorsor, Şəfəq, Ussalı, Zəngənə, Armalı və qeyriləri".[2]. Səfəvilər dövründə-XVI-XVII əsrlərdə Şimali Azərbaycana gələrək məskunlaşmışlar.
"Padar" — iki hissədən ibarətdir: "pad" və "ər". "Pad" (bat-pat-pad) — "bahadır, igid, möhkəm, mətin, cəsur, döyüşçü", "ar" (ər) isə — "igid, kişi" deməkdir. "Padar" — "ər kişi, igid döyüçü" anlamındadır. Dəvəçi, Ağsu, Qubadlı, Sabirabad, Xaçmaz, Hacıqabul rayonlarında da eyniadlı kəndlər var.
Kənd Alazan-Əyriçay vadisində yerləşir.
2017-ci il 1 yanvar siyahıyaalınmasına əsasən kəndə 2484 nəfər əhali yaşayır.
Kənd əhalisinin əsasən məşğuliyyətini heyvandarlıq, taxılçılıq və tərəvəzçilik təşkil edir. Kənddə ticarət, iaşə və məişət xidməti obyektləri fəaliyyət göstərir.
Hazırda kəndin bəzi sakinləri zəliçilik təsərrüfatı ilə məşğuldurlar.[3]
Kənddə klub, kitabxana, poçt, 269 nömrəlik elektron ATS mövcuddur.
Kənddə uşaq bağçası və orta məktəb fəaliyyət göstərir.
Kənddə xəstəxana mövcuddur.
Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |