Arzu Qazıyeva

Qazıyeva (rəsmi Qazıyeva-Əzimova) Arzu Əliyar qızı (d. 24 sentyabr, 1966, Şəki şəhəri) — Azərbaycanlı jurnalist, ssenari müəllifi, televiziya aparıcısı, tərcüməçi, redaktor.

Arzu Qazıyeva
Arzu Əliyar qızı Qazıyeva
Doğum tarixi 24 sentyabr, 1966
Doğum yeri Şəki şəhəri
Vətəndaşlığı Azərbaycan
Həyat yoldaşları Tarixçi alim Dilavər Əzimli
İxtisası jurnalist, ssenarist
Tanınır jurnalist, ssenarist, televiziya aparıcısı, tərcüməçi, redaktor
Mükafatları Humay mükafatı

24 sentyabr, 1966-cı ildə Azərbaycanın Şəki şəhərində dövlət qulluqçusu ailəsində anadan olub. 1972-ci ildə Bakıda 3 saylı tam orta məktəbin birinci sinfinə gedib və 1982-ci ildə həmin məktəbi  bitirib. Orta ümumtəhsil məktəbində oxuduğu illərdə paralel 21 saylı musiqi məktəbində də ibtidai musiqi təhsili alıb. Orta məktəbi bitirdiyi ildə 1982-1986-cı illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində fortepiano sinfi üzrə orta ixtisas musiqi təhsilinə yiyələnib. 1988-1994-cü illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. Əmək fəlaiyyətinə 1986-cı ildən başlayıb. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun nəşriyyatında redaktor, “İnşaatçı” qəzetində korrektor işləyib. 1991-2002-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” redaksiyasında siyasət şöbəsinin şərhçisi,  1991-1994-cü illərdə proqramın aparıcısı, 1999-2002-ci illərdə parlament müxbiri işləyib. 2002-2008-ci illərdə “Lider” televiziyasında tarixi, ictimai-siyasi sənədli filmlər müəllif layihəsi ilə fəaliyyət göstərib. 2008-2012 –ci illərdə Milli Televiziya və Radio Şurasında ekspert qrupunun üzvü olub. 2012-2013-cü illərdə özəl “Çox yaşa” sağlamlıq jurnalının baş redaktoru olub. 2013-2014-cü illərdə “ANS” televiziyasında “Tezdən oyan” səhər proqramının baş redaktoru işləyib. 2014-2016-ci illərdə özəl prodüser mərkəzlərinin tele-radio layihələrində (Azad Azərbaycan TV, SPACE radio) redaktor, müəllif və aparıcı olub. 2017-2020-ci illərdə “Jurnalistikanın İnkişafına Yardım” İctimai Birliyinin fəaliyyəti çərçivəsində: vətənpərvərlik mövzusunda layihələrin müəllifi, ATV radioda yayımlanan “Müzakirə saatı” ictimai-siyasi proqramın müəllifi və aparıcısı olub.[1]

Hal-hazırda “Güney Azərbaycan” (GünazTV) peyk televiziyasında fəaliyyət göstərir. “Müzakirə edirik” siyasi proqramın redaktoru və aparıcısı olub, “Jurnalistlər danışır” ictimai layihənin redaktoru və aparıcısıdır. “Jurnalistikanın İnkişafına Yardım” İctimai Birliyinin İdarə heyətinin sədridir, “AQAP” Prodüser Mərkəzinin təsisçisi və rəhbəridir.  

Tarixçi alim (mərhum) Dilavər Əzimlinin həyat yoldaşıdır. İki övladı var.  

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]

Filmoqrafiyasında 38 tammetrajlı sənədli, 1 qısametrajlı bədii filmi var.

Sənədli filmlər

[redaktə | mənbəni redaktə et]
  • “Unudulmuşlar” (1941-1945-ci illər müharibəsində almanlara əsir düşmüş və həbs düşərgələrində yaradılmış milli legionlara – Azərbaycan legionuna qatılan azərbaycanlı əsirlər, legionun başçısı, müharibədən sonra ABŞ-nin "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının baş redaktoru Əbdürrəhman Fətəlibəyli Düdənginski  haqqında) 
  • “Bir karyeranın tarixçəsi” (Nəriman Nərimanov haqqında)[2]
  • "Qafqazın bu üzündə" [3]
  • “Uçan naməlum obyektlər: real miflər”
  • “Səfəvilər”
  • “Qız qalası”
  • “Canavar ovu” (ermənilərin “Böyük Ermənistan” xülyaları və terror siyasəti)
  • “Kabulun qaynar qışı”
  • “Qafqaz günləri” (yazıçı Madam Baninin – Əsədullayeva Ümmülbanu – eyniadlı romanı əsasında)
  • “Şəhərin rapsodiyası” (sovet Bakısı)
  • “Missiya” (1989-cu il, azərbaycanlı fəalların Araz çayı boyunca Azərbaycan-İran sərhəddini sökmələri)
  • “Proses” (azərbaycanlıların 1947-50-ci illərdə Ermənistandan kütləvi köçürülmələri)[4]
  • “Russayağı təcrübə” (1917-ci il bolşevik inqilabı haqqında)
  • “Jokey” (məşhur jokey Əli Tağıyev)
  • “Qulyabanılar gecələr oyanır” (ABŞ-ın İraqa girməsi)
  • “Pirat adası” (Qarabağ erməni əsirliyində)
  • “İstiqamət bir tərəfədir” (1941-1945)
  • “Əsgər” (general-polkovnik Tofiq Ağahüseynov)
  • “Ögeylər” (Xocalının qaçqın uşaqları)[5]
  • “Böyük ömrün 13 ili” (H.Əliyevin sovet dövrü, I hissə)
  • “Reyn sahillərində”
  • “7 gün Londonda”
  • “Anma gecəsi” (heykəltəraş Müslüm Eldarov)
  • “Onların qızıl payızı” (tanınmış səfəvişünas Oqtay və filoloq Tükran Əfəndiyevlər)
  • “416. Onlar birinci idilər” (416-cı Taqanroq azərbaycan diviziyası)
  • “Bir onilliyin bir epizodu” (1930-cu il Şəkidə kəndli üsyanı)
  • “Parlament haqqında” (Azərbaycanın parlamenti)
  • “38 ildən sonra” (Üzeyir Hacıbəyovun itmiş əsərləri)[6]
  • “Mələklərin göz yaşları” (həbsxanada doğulan uşaqlar haqqında)
  • “Şərqdən doğan günəş” (1918-1920 Azərbaycan Cümhuriyyəti)[7]
  • “Baharın tarixi anı” (Novruz bayramının tarixi və mənşəyi)[8]
  • “Çanaqqaladan başlanan yol” (Atatürkün istiqlal savaşında Azərbaycanın və azərbaycanlıların yardımı)[9]
  • “Qəhrəmanlıq salnaməsi” (Çanaqqala savaşı)[10]
  • “Atatürk”[11]
  • “073 saylı reys” (Azərbaycanda təzyiqlərə məruz qalmış jurnalistlər - İsveç TV-də yayımlanıb (2014)[1]
  • “Vətənpərvərlik əməldən başlayır”[12]
  • “Sirli qala” (Qız qalası)[13]
  • “Evimə sarı” (Qaxın sahibsiz qalmış Sarıbaş kəndi)[14]
  • “Qafqazın bu üzündə” (Rusiyanın Cənubi Qafqaz siyasəti)[15]

Bədii filmlər

[redaktə | mənbəni redaktə et]

“Mənə hörmət et, qardaş...” (Azərbaycanda müxtəlif dini konfessiyaların, məzhəblərin birgəyaşayışı)[16]

"Müzakirə edirik" verilişi

[redaktə | mənbəni redaktə et]

Arzu Qazıyevanın aparıcısı və redaktoru olduğu “Müzakirə edirik” siyasi proqramının bəzi buraxılışları:

  • İrəvan və Bakı razılığa gəldi - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[17]
  • Vaşinqton görüşünün açıqlanmayan məqamları - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[18]
  • Brüssel görüşü olmayacaq - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[19]
  • Zəngəzur yoluna kim nəzarət edəcək? - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[20]
  • İranın naziri Zəngilana nə üçün gəlib? - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[21]
  • Hikmət Hacıyev oyun bitdi - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[22]
  • Türkiyədə prezident seçkiləri- ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[23]
  • Qarabağ yeni mərhələ qarşısında - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[24]
  • İranın sərhəddində nələr baş verir? - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[25]
  • Seçki nəticələrinin təhlili - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[26]
  • İranın Güney hədəfi - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[27]
  • Fransanın çabaları: ayının minbir oyunu - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası[28]

Radiolayihələri

[redaktə | mənbəni redaktə et]

“Müzakirə saatı”

[redaktə | mənbəni redaktə et]

Müəllifi və aparıcısı olduğu ATV radioda yayımlanan “Müzakirə saatı” ictimai-siyasi proqramının bəzi buraxılışları:

  • 106.3 FM. "Müzakirə saatı": Neft müttəfiqlərin arasına təfriqə salmışdı" - youtube.com[29]
  • 106.3 FM. "Müzakirə saatı": "Vaxtım yoxdur vaxt itirməyə..." - youtube.com[30]
  • 106.3 FM. "Müzakirə saatı": "Nöqsan həvəskarlardadır" - youtube.com[31]
  • 106.3 FM. “Müzakirə saatı”: “Sara Pour: qadınların uğuru özünü tanımaqdan keçir” - youtube.com[32]
  • 106.3 FM. “Müzakirə saatı” Qulu Məhərrəmli ilə: “Şərait varsa, jurnalistikada qalmaq lazımdır” - youtube.com[33]
  • 106.3 FM. “Müzakirə saatı”Nəriman Qasımoğlu ilə: “Quranda qadınları aşağılayan heç nə yoxdur” - youtube.com[34]
  • 106.3 FM. "Müzakirə saatı":Cümhuriyyətin “Azərbaycan” adlandırılması böyük etirazla qarşılanmışdı - youtube.com[35]
  • 106.3 FM. “Müzakirə saatı”: Məktəblərdə yoxlanılmır ki, müəllim 45 dəqiqəni necə və nəyə sərf edir - youtube.com[36]
  • 106.3 FM. “Müzakirə saatı”: Məxfi məlumatın sızmasına görə jurnalist ittiham oluna bilərmi? - youtube.com[37]
  • 106.3 FM. “Müzakirə saatı” Sabir Rüstəmxanlı ilə - youtube.com[38]
  • 106.3 FM. “Müzakirə saatı” Bəzən QHT tərəfindən dövlət qurumunda işləyən şəxsləri belə maarifləndirməyə ehtiyac yaranır - youtube.com [39]
  • 106.3 FM. “Müzakirə saatı” Manatı yeni devalvasiya gözləyirmi? - youtube.com[40]

Tərcüməçilik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Con le Karre “Gecə inzibatçısı” romanı[41],
  • Con le Karre “Balaca təbilçi qız” romanı,
  • Məhbud Seraci “Tehranın damlarında” romanı[42][43]
  • Bencamin Qrem “Ağıllı sərmayədar” iqtisadi vəsaitin (dərslik) tərcüməsi.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Tarixi mövzuda ilin yaxşı proqramına görə “Humay” mükafatı laueratı (2002)[1][44]
  • MTN-nin S.Əsgərxanov adına (2004) mükafatı.[45]
  1. 1 2 3 "Copy of Flight 073 - 073 saylı reys (youtube.com)". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  2. ""Bir karyeranın tarxiçəsi" (youtube.com)". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  3. "Qafqazın bu üzündə - youtube.com". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  4. "Proses (youtube.com)". 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  5. "Ögeylər (youtube.com)". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  6. "38 ildən sonra (youtube.com)". 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  7. "Şərqdən doğan günəş. - YouTube". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  8. "Baharın tarixi anı (youtube.com)". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  9. "Çanaqqaladan başlanan yol (youtube.com)". 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  10. "Qəhrəmanlıq salnaməsi (youtube.com)". 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  11. "Atatürk (youtube.com)". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  12. "Vətənpərvərlik sevgidir, stimuldur, fanatiklikdir. (youtube.com)". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  13. "Sirli qala (youtube.com)". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  14. ""Evimə sarı" (youtube.com)". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  15. ""Qafqazın bu üzündə" (youtube.com)". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  16. "Mənə hörmət et, qardaş... (youtube.com)". 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  17. "İrəvan və Bakı razılığa gəldi - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  18. "Vaşinqton görüşünün açıqlanmayan məqamları - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  19. "Brüssel görüşü olmayacaq - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  20. "Zəngəzur yoluna kim nəzarət edəcək? - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  21. "İranın naziri Zəngilana nə üçün gəlib? - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  22. "Hikmət Hacıyev oyun bitdi - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  23. "Türkiyədə prezident seçkiləri- ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  24. "Qarabağ yeni mərhələ qarşısında - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  25. "İranın sərhəddində nələr baş verir? - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  26. "Seçki nəticələrinin təhlili - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  27. "İranın Güney hədəfi - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  28. "Fransanın çabaları: ayının minbir oyunu - ''Müzakirə edirik'' verilişi - Güney Azərbaycan Televiziyası". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  29. "106.3 FM "Müzakirə saatı": Neft müttəfiqlərin arasına təfriqə salmışdı" - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  30. "106.3 FM. "Müzakirə saatı": "Vaxtım yoxdur vaxt itirməyə..." - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  31. "106.3 FM "Müzakirə saatı": "Nöqsan həvəskarlardadır" - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  32. "106.3 FM. "Müzakirə saatı": "Sara Pour: qadınların uğuru özünü tanımaqdan keçir" - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  33. "106.3 FM. "Müzakirə saatı" Qulu Məhərrəmli ilə: "Şərait varsa, jurnalistikada qalmaq lazımdır" - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  34. "106.03 "Müzakirə saatı"Nəriman Qasımoğlu ilə: "Quranda qadınları aşağılayan heç nə yoxdur" - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  35. "106.3 FM. "Müzakirə saatı":Cümhuriyyətin "Azərbaycan" adlandırılması böyük etirazla qarşılanmışdı - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  36. "106.3 FM. "Müzakirə saatı": Məktəblərdə yoxlanılmır ki, müəllim 45 dəqiqəni necə və nəyə sərf edir - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  37. "106.3 FM "Müzakirə saatı": Məxfi məlumatın sızmasına görə jurnalist ittiham oluna bilərmi? - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  38. "106.3 FM "Müzakirə saatı" Sabir Rüstəmxanlı ilə - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  39. "Bəzən QHT tərəfindən dövlət qurumunda işləyən şəxsləri belə maarifləndirməyə ehtiyac yaranır - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  40. "106.3 FM. "Müzakirə saatı" Manatı yeni devalvasiya gözləyirmi? - youtube.com". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  41. Karre, Con le. Gecə inzibatçısı: [roman] /Con Le Karre ; tərc. A. Qazıyeva ; red. F. Əliyeva ; mətn dizaynı R. Şamilqızı ; qapaq dizaynı R. Qasım. Bakı: Qanun, 2019, 559 s.
  42. Məhbud, S. Tehranın damları: [roman] /M. Siraci ; tərc. A. Qazıyeva ; [red. G. Natiq ; mətn dizaynı R. Şamilqızı ; qapaq dizaynı R. Qasım]. [Bakı]: [Qanun], [2021], 391 s.
  43. "Tehranın damlarında - qanun.az". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  44. "Humay mükafatının təqdimat mərasimi - Lider TV". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  45. SAMİR ƏSGƏRXANOV ADINA MÜSABİQƏYƏ YEKUN VURULMUŞDUR - AZƏRTAC (azertag.az)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]