Arzuya doğru qısametrajlı sənədli filmi rejissor Cahangir Zeynallı tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır.
Arzuya doğru | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Cahangir Zeynallı |
Ssenari müəllifi | Arif Əliyev |
Operatorlar |
Şərif Şərifov Rəfael Salamzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1983 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | Azərbaycan SSR |
İl | 1983 |
Texniki məlumatlar |
1 hissə 270 metr |
Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır. Onlardan bəziləri dünya şöhrəti qazanmışdır.[1]
Mahir fırça ustası Tahir Salahov, SSRİ Elmlər Akademiyasınn Moskvadakı Fizika İnstitutunda çalışan R. Dağkəsəmənli və onlarca başqaları sənət və elm aləminə ilk addımlarını məhz buradakı dərnəklərdə atmışlar.[1]
Ssenari müəllifi: Arif Əliyev
Rejissor: Cahangir Zeynallı
Operator: Şərif Şərifov, Rəfael Salamzadə
Azərbaycan filmlərinin siyahısı
1983-cü ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı