Hacıyev Asəf Adil oğlu (21 sentyabr 1967, Sarıxanlı, İmişli rayonu) — Xəzər TV və "Xəzər radiosu"nun təsisçisi və prezidenti çalışmışdır. BDU-nun Tarix fakültəsi, "Azərbaycanşünaslıq" ETM-nin "Dünya azərbaycanlıları" bölməsinin elmi işçisi. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri çalışır.
Asəf Hacıyev | |
---|---|
Asəf Adil oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Sarıxanlı, İmişli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Asəf Hacıyev 1967-ci il sentyabrın 21-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə İmişli rayonunun Sarıxanlı kənd orta məktəbində təhsil almışdır. 1985–1987-ci illərdə keçmiş SSRİ-nin Hərbi Hava Qüvvələri tərkibində hərbi xidmətdə olmuşdur. 1988–1990-cı illərdə İmişli rayonunun "Bakı" kolxozunda fəhlə işləmişdir. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə Tarix fakültəsinin "Dünya azərbaycanlıları" bölməsinə elmi işçi vəzifəsinə götürülmüşdür. Tarix üzrə fəlsəfə doktorudur. 1995–1996-cı illərdə Bakı şəhəri Yasamal rayonu 225 saylı orta məktəbdə tarix müəllimi işləmişdir. 1998–2007-ci illərdə "Azadinform" İnformasiya Agentliyinin direktoru, 2000–2007-ci illərdə "İntellekt" Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. 2007-ci ilin sentyabr ayından "Xəzər" TV-nin, 2008-ci ilin may ayından isə "Xəzər" radiosunun təsisçisi və prezidentidir. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 22 iyul 2010-cu ildə "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif edilib.
"Dərbənd əhalisi XIX–XX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat)" mövzusunda dissertasiya müdafiə etmişdir.