Asəf Lənbərani — şair.
Asəf Ləmbərani | |
---|---|
Doğum adı | Seyid Mir Hüseyn ağa Seyid Mir Əhməd ağa oğlu |
Doğum tarixi | |
Doğum yeri | Bərdə rayonu |
Fəaliyyəti | şair |
Asəf Lənbərani 1843-cü ildə Şuşa qəzasının Kəbirli sahəsinin Lənbəran kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şair idi. Asəf təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Onun haqqında ədəbiyyatşünas Salman Mümtaz araşdırma aparmışdı.
Asəf Lənbəraninin bir neçə qəzəli və bir müxəmməsi Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiq" təzkirəsində verilmişdir.[1]