Asəf Mehman

Asəf Mehman oğlu Abdullayev (ləzg. Абдуллайрин Асеф Мегьманан хва; 18 aprel 1930, Əcəxur, Quba rayonu23 iyun 2015, Mahaçqala) — ləzgi şairi.

Asəf Mehman
ləzg. Абдуллагьрин Асеф Мегьманан хва
Təxəllüsü Асеф Мехман
Doğum tarixi 18 aprel 1930(1930-04-18)
Doğum yeri
Vəfat tarixi 23 iyun 2015(2015-06-23) (85 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti şair, bəstəkar, nasir, dramaturq
Fəaliyyət illəri 1970-ci ildən

Məşhur bəstəkar, şair, nasir və dramaturq, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu ildə Qusar rayonunun Əcəxür kəndində anadan olmuşdur. 1937-ci ildə kənddə məktəb təşkil edib orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub Sibirə sürgün edildikdə onun altı övladının tərbiyəsi ilə anası Xaselem və böyük bacısı Çimnaz məşğul olur. Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərir. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərir. Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olur. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndərirlər. Sonra o, hərbi xidmətə çağrılır. Xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirir. Buranı başa vurub, Dəvəçi rayonunda müəllim kimi fəaliyyətə başlayır. Onun şeirləri respublikanın qəzet və jurnallarında işıq üzü görür. İlk şeirlərini Azərbaycan dilində qələmə alan şairin imzası Azərbaycan mətbuatında tez-tez görünür. Sonralar o, ləzgi dilində yazmağa başlayır. Musiqi istedadı olan, tar çalıb mahnı oxumağı xoşlayan gənc mahnı yaradıcılığına başlayır və tezliklə onun mahnıları dildən-dilə düşür.

1960-cı ildə Dağıstana köçəndə Asəf Mehman çoxlu sayda mahnının müəllifi kimi tanınırdı. Məşhur müğənni Düriyyə Rəhimovanın Bakı radiosundan ləzgi dilində səsləndirdiyi "Qara gözlər", "Yuxu" kimi mahnıları onun müəllifinə böyük şöhrət gətirmişdi. Sənətkar təqaüdə çıxana kimi həmin vəzifədə çalışır. Böyük bacarığı ilə seçilən Asəf Mehman Dağıstan Dövlət Radio Verilişləri Komitəsinin ləzgi musiqisi redaksiyasının rəhbəri təyin olunur.

Asəf Mehman "Ana ürəyi", "Mənim vüqarım", "40 bahar", "Ləpələr", "Hörmət", "Mənsiz", "Özüm özüm haqqımda", "Fəxr edirəm", "Yüz bir mahnı", "100 qəzəl" kitablarının, "Mənim Sədəfım", "Şurşurəli", "Xarubəy və Tsarubəy" musiqili komediyalarının və "Daş sandıq" dramının müəllifidir.

K. Qurbanəliyev onun həyat və yaradıcılığına həsr olunmuş "Tanıdığımız Asəf Mehman" kitabını çap etdirmişdir.

2010-cu ildə Dağıstanın xalq artisti fəxri adına layiq görülmüş Asəf Mehman şirin mahnıları və lirik şeirləri ilə tanınan sənətkardır. O, bu yaxınlarda 80 illik yubileyini təntənə ilə qeyd edib.