Asan üsyanı (qaz. Асан көтерілісі) — qazaxların məcburi kollektivləşdirməyə, ərzağın və mal qaranın yığılmasına qarşı qaldırdıqları üsyan.Üsyan 1930-cu ilin avqust sentyabr aylarında Qızılorda vilayətinin, Qazalı bölgəsində baş verib. Bu üsyan Qızılqum üsyanının davamı sayılır. 22-ci aulun D.Asanov, J.Tleubaev, A.Kaldıbaev və B.Tleuliev adlı sakinlərinin buğdaya görə vergi verməkdən boyun qaçırdıqları üçün Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən həbs olunmaları üsyanın başlamasına səbəb olur. Üsyançılar həbs olunanları güclə azad edirlər. Onlara 19, 20, 21, 23, 24, 25 nömrəli aullardan və qonşu Aral bölgəsindən də insanlar qoşuldular. Tezliklə üsyançıların sayı 1000 nəfərə çatdı. Üsyana imam Maksım Orımbetov rəhbərlik edirdi. Üsyan yatırıldıqdan sonra 98 nəfər həbs olunmuş 31 nəfər isə axtarışa verilmişdir. 19 noyabr 1930-cu ildə Jumaş Tleubaev, 20 noyabr 1930-cu ildə Abdıkalık İmbetov, 21 aprel 1931-ci ildə isə Kalımbet Edilqarayev, Abdiraman Karaqulov, Jubatxan Konısov, Pirimbet Kurekeev, Nasır Mambeteev, Mustafa Mirbekov, Ayjarık Tanatarov güllələnməyə məhkum edildilər. 28 nəfər islah əmək düşərgələrinə göndərildilər. 16 nəfər isə sürgün edildi. Üsyanın bir çox iştirakçısı Qaraqalpaqıstan və Özbəkistana qaçmaqla cəzadan qaça bildilər. 1989-cu ilin 27 noyabr tarixində Qızılorda vilayətinin məhkəməsi Asan üsyanı ilə bağlı işə yenidən baxmış və onun iştirakçılarına günahsız olduqları üçün bəraət verilib.[1]
Asan üsyanı | |||
---|---|---|---|
Qazaxların üsyanları | |||
Tarix | 1930-cu il avqust,sentyabr ayları | ||
Yeri | Qazalı bölgəsi, Qızılorda vilayəti | ||
Səbəbi |
Aclıq Həddən artıq olan vergilər Məcburi kollektivləşdirmə İnsanların dini inanclarının təhqir olunması |
||
Nəticəsi | Üsyan bolşeviklər tərəfindən yatırılıb, 98 nəfər həbs olunub, 31 nəfər axtarışa verilib. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Qızılorda vilayətinin, Qazalı bölgəsinin Ayteke qəsəbəsində Asan üsyanının qurbanlarının xatirəsinə abidə qoyulub.[1]