Aday üsyanı (qaz. Адай көтерілісі) — 1929-1932-ci illərdə baş vermiş Mangistauda yaşayan aday tayfasından olan qazax şaruaların üsyanı. Üsyana səbəb həddən artıq olan vergilər, insanların dini inanclarının təhqir olunması, məcburi kollektivləşdirmə nəticəsində mal qaranın kütləvi qırılması, bütün qazax aullarının yoxsullaşması və nəticədə yaranan aclıq idi. 1929-cu ildə ayrı ayrı yerlərdə başlamış üsyan 1930-cu ildə ümumi xarakter daşıyaraq bir mərkəzdən idarə olunmağa başlayırdı. Bokımaş Şolaulı (1931-ci ilin aprel ayında xan seçilib), Mirzəqali Tınımbaevin (1931-ci ilin iyun ayında döyüşdə həlak olub), Yerqali Kutteqenovun, M.Salpıkulının, Jumatay Hüseynovun və digərlərinin başçılığı ilə üsyançılar hökumət qüvvələri ilə şiddətli döyüşlər keçirirdilər. 1931-ci ilin may iyul aylarında üsyançılar 4 dəfə Fort Aleksandrovsk şəhərinə hücum etmişdilər. Silahlı mübarizə 1932-ci ilin ortalarına qədər davam edib. Üsyan yatırıldıqdan sonra üsyançılar, Türkmənistanda, Qaraqalpaqıstanda, Tacikistanda, İran və Əfqanıstanda gizləndilər. Birləşmiş Dövlət Siyasi İdarəsi 800 nəfərdən artıq üsyançı mühakimə olundu.[1]
Aday üsyanı | |||
---|---|---|---|
Qazaxların üsyanları | |||
Tarix | 1929-1932-ci illər | ||
Yeri | Mangistau Qazaxıstan | ||
Səbəbi |
Aclıq Həddən artıq olan vergilər Məcburi kollektivləşdirmə İnsanların dini inanclarının təhqir olunması |
||
Nəticəsi | Üsyan bolşeviklər tərəfindən yatırılıb, 800 nəfər üsyançı mühakimə olunub. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|