Aset İsayeva

Aset İsayeva[1][2] (5 sentyabr 1915, Nadtereçnoye, Terek vilayəti5 mart 1971, Qroznı) — Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrının aktrisası, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq artisti (1961), RSFSR-in əməkdar artisti (13.9.1968).

Aset İsayeva
Doğum tarixi 5 sentyabr 1915(1915-09-05)
Doğum yeri
Vəfat tarixi 5 mart 1971(1971-03-05) (55 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı
Fəaliyyəti aktrisa

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

5 sentyabr 1915-ci ildə Nadtereçnoe kəndin anadan olmuşdur. Ailədə ondan başqa İki oğlan və qız uşağıda var idi. Uşaqlar hələ gənc ikən ataları dünaysını dəyişir. Anası qohumları tərəfindən ərə verilir, uşaqlar isə uşaq evinə göndərilir.

Bir neçə il sonra Aset kəsmə və tikiş kurslarını bitirir, sonra partiya məktəbinə daxil olur. 1931-ci ildə direktoru Səid Baduyev olan teatr studiyasına daxil olur.

Burada Səid Baduyevin kiçik qardaşı, Movcinlə tanış olur. Tezliklə yaxınlarının istəklərinə qarşı olaraq onlar evlənir. Studiyanı bitirdikdən sonra Çeçenistan Dövlət Dram Teatrının truppasına qatılır. Tezliklə yeni evlənənlərin iki qızı olur.

1944-cü ilin deportasiyası zamanı cütlük bir-birini itirir. Aset anası, bacısı və qızları ilə birlikdə Özbəkistanda Auraximat qəsəbəsində yaşayır. Ailəsini dolandırmaq üçün zavodda fəhlə işləyir.

Sonra ailəni Çimkəndə köçürür. Tezliklə məlum oldu ki, əri və qohumları Merkedə yaşayırlar. Aset qızları ilə birlikdə onun yanına köçür. Əvvəlcə mişar fabrikində, sonra konserv zavodunda işə düzəlir. Olar axşamlar bütün ailə ilə özlərinə ev tikir.

1956-cı ildə çeçenlərin reabilitasiyasından sonra, ilk olaraq sənətçilərə evə qayıtmağa icazə verilir. Yarımçıq qalmış evdən çıxan qadınlar Əbdülhəmid Həmidov qurduğu mahnı və rəqs ansamblının tərkibində evlərinə qayııdır.

1961-ci ildə Çeçen-İnquşetiya Respublikasının xalq artisti, 13 sentyabr 1968-ci ildə isə RSFSR -in əməkdar aktrisası adına layiq görülür.

Said Çaxkiuyevin "Oğullar öləndə" pyesində, Aset yeddi oğlunu dəfn edən bir ananı canlandırır. Sovet İttifaqı Kommunist Partiyası rayon komitəsinin o vaxtkı birinci katibi Semyon Aryatkin, tamaşadan sonra respublikanın bütün partiya aparatı ilə birlikdə ona minnətdarlığını bildirir. Bu roldan sonra o, uzun müddət xəstə olur. Səhnədə özünə qulluq etməsi məsləhət görülür, amma o cavab verir ki: "Onda mənə kim inanacaq?"

Bir dəfə Canette rolu başqa bir aktrisaya həvalə edilir. Tamaşadan sonra İsayevadan soruşur: "Tamaşadan sonra yorulduğunu dedin və bu rol mənim üçün niyə bu qədər asan oldu?" İsayeva cavab verdi: "Sən mətni oxudun, mən də ürəyimi parçaladım".

4 mart 1971-ci ildə aktrisa infarkt keçirir və ertəsi gün ölür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "АСЕТ ИСАЕВА". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-10.
  2. "Зарета Осмаева. Асет Исаева. 27/2/2009". 2014-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-10.

Mənbə[redaktə | mənbəni redaktə et]