Nadtereçnoye

Nadtereçnoye (çeç. Лаха Нёвре) — Çeçenistan Respublikasının Nadterek rayonunda kənd.

Nadtereçnoye
Лаха Нёвре
43°37′22″ şm. e. 45°20′23″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1783
Mərkəzin hündürlüyü 82 m[3]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 10.902 nəf. (2021)[4]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 366810
Xəritəni göstər/gizlə
Nadtereçnoye xəritədə
Nadtereçnoye
Nadtereçnoye

Nadtereçnoye eyni adlı kənd sovetliyinin mərkəzidir[5]. Kənd sovetliyinə Mineralnı xutoru da daxildir.

Kənd Terek çayının sağ sahilində, Znamenskoye kənd mərkəzindən 20 kilometr cənub-şərqdə və İşerskaya dəmiryol stansiyasından 28 kilometr aralıda yerləşir. Kənd üçün Aşağı Naur adıda istifadə edilir.

Ən yaxın yaşayış məntəqələri: qərbdə - Yuxarı Naur kəndi (8 km), şimal-şərqdə - Mekenskaya və Savelievskaya kəndləri, şimal-qərbdə - Naurskaya kəndi, cənubda - "Mineralnı" xutoru, şərqdə - Meken-Yurt (8 km) və Podqornoye kəndləri[6].

Kənd XVI əsrdə burada Qreben kazakları tərəfindən qurulur. 1715-ci ildə I Pyotrun əmri ilə kənd sol sahilə köçürülür. Köhnə yerdə sonradan çeçen kəndi olan Nijni Naur (indiki Nadtereçnoye kəndi) qurulur.

Mənbələrə görə Naur kəndinin yeni məskunlaşması 18-ci əsrin sonunda baş vermişdir. 1748-ci ilin sənədlərində yalnız "Naverene" və "Meken" yollarından bəhs olunur. 1769-cu ildə Terekin sol sahili kazak kəndliləri ilə yenidən məskunlaşdırılır.

1859-cu ildə Qafqaz müharibəsinin nəticəsi müəyyən edildikdə, İmam Şamilin keçmiş silahdaşları Xanaki Mamakayev və Çala Visinciyev rusların tərəfinə keçən Laxa Nevrada məskunlaşdılar. Hər ikisi zabit rütbəsi alır və Pritereçyedeki torpaqları əldə edir. Gəncliyində Xamaki Mamakayev artıq ərəb və rus dillərini yaxşı bilirdi ki, bu da ona uzun müddət kəndin rəhbəri vəzifəsini tutmağa imkan verirmişdir.

1886-cı ildə "Nijne-Naurski kəndinin ailə siyahısı"-nın tərtib edilməsi zamanı Laxa-Nevre əhalisi 2098 nəfər olaraq qeydə alınır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəlləri Laxa-Nevre üçün çiçəklənmə dövrü olur, kənd hər cəhətdən böyüyür və inkişaf edir. Əkinçilik və müxtəlif sənətkarlıqlar tərəqqi tapır. 1916-cı ildə əhalisi 3508 nəfərə qədər artır və torpaq sahəsi 9477 dessiatin (demək olar ki, 10 min hektar) olur. Bu da adambaşına 2,7 dessiatin torğın düşməsi demək olur. 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra və Vətəndaş Müharibəsi dövründə, burada yerləşən Terek üzərindəki strateji bərə keçidi səbəbindən Nijni-Naur kəndi dəfələrlə döyüşən tərəflərin əlinə keçir.

8 mart 1926-cı ildə Nijne Naur kəndində mərkəzi olan Nadterek rayonu qurulur. Yalnız 1965-ci ildə rayon mərkəzi Znamenskoye kəndinə köçürülür.

Böyük Vətən müharibəsi zamanı almanlar Terek sahillərinə çatır. Müharibə dövründə Nadterek rayonu nasist işğalçılardan müdafiə qərargahı Laxa-Nevre kəndində yerləşirdi. Buna görə kənd alman aviasiyası tərəfindən bir neçə dəfə bombardman edilir. Bombalamaqla yanaşı, hər gün artilleriya atəşinə məruz qalır. Lakin çeçen döyüşçülərinin Nasist Almaniyası üzərində qələbəyə yaxınlaşmasına verdiyi böyük töhfəyə baxmayaraq, 23 fevral 1944-cü ildə bütün çeçen xalqı QazaxıstanaOrta Asiyaya sürgün edilir.

Bu axın içərisində Qazaxıstanın Karağandı vilayətinə deportasiya edilmiş Nijni Naur sakinləri də var idi. Rus köçkünlərin yaşadığı kəndin adı dəyişdirilərək Nadtereçnoye kəndi adlandırılır. 1957-ci ildə çeçenlər tarixi vətənlərinə qayıdırlar.

2010-cu il Ümumrusiya Əhali siyahıyaalmasına görə kəndin etnik tərkibinin 99,39% ni çeçenlər, 0,61 % ni isə digərləri təşkil edir.[7]

  1. 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. http://www.skfo.ru/reference/city/Nadterechnoe/.
  4. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  5. "Надтеречная сельский округ (сельсовет)* (Надтеречный район)". www.ocato.ru (rus). 2012-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-19.
  6. "Карта Чечни". artofwar.ru (rus). 2012-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-19. Объём 8 МБ.
  7. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населенным пунктам, сельским населенным пунктам"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.