Asetilendikarbon turşusu - rəngsiz kristal maddədir;dihidrat əmələ gətirir.
Asetilendikarbon turşusu | |
---|---|
Ümumi | |
Sistematik adı | Asetilendikarbon turşusu |
Kimyəvi formulu | HOOCC=CCOOH |
Molyar kütlə | 114,06 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 179 °S |
Qaynama nöqtəsi | 80,1 °S |
Suda , etanolda və efirdə yaxşı həll olur.
H2SO4 və p-toluolsulfoturşunun iştirakında spirtlərlə diefir, PCl5 və NH3-lə müvafiq olaraq dixloranhidrid və diamid əmələ gətirir. Sirkə turşusu mühitində PCl5-in köməyi ilə xlorlaşdırdıqda xlorfumar və dixlorfumar turşularının qarışığı, KMnO4-dən istifadə etməklə oksidləşdirdikdə isə oksalat turşusu əmələ gətirir. Butadienlə dien sintezinə daxil olaraq heksadien-1,2-dikarbon turşusuna çevrilir. Asetilendikarbon turşusunun trimerləşməsi nəticəsində mellit turşusu əmələ gəlir. Pd/BaSO4 üzərində katalitik hidrogenləşməsi reaksiyanın aparılma şəraitindən asılı olaraq malein və ya kəhraba turşusunun alınması ilə nəticələnir. A.t.-nin dimetilefirinin hidrazinlə və ya alifatik diazobirləşmələrlə təsirindən pirazol törəmələri, hidroksilaminlə təsirindən oksazol törəmələri, azidlərlə və HN3-lə təsirindən isə 1,2,3-triazollar əmələ gəlir, məs. :
Asetilendikarbon turşusunu KOH-ın α, β-dibromkəhraba turşusuna (çıxım 80%) və ya qələvinin spirtdə məhlulunun α-xlormalein və ya α-xlorfumar turşusuna təsirindən alırlar. A.t.-nin dimetilefiri güclü lakrimatordur (gözyaşardıcı), dəridə irinli yaralar əmələ gətirir.
Asetilendikarbon turşusu mellit və alkoksifumar turşularının, dienlərin sintezində aralıq məhsuludur.